Icma.az
close
up
RU
Qərb bölgəsində seçicilər bələdiyyə üzvlərini seçirlər

Qərb bölgəsində seçicilər bələdiyyə üzvlərini seçirlər

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Bu gün Azərbaycanda keçirilən bələdiyyə seçkiləri ilə bağlı 54 saylı Mingəçevir, 104 saylı Gədəbəy, 105 saylı Tovuz-Gədəbəy, 106 saylı Tovuz, 107 saylı Tovuz-Qazax-Ağstafa, 108 saylı Ağstafa, 109 saylı Qazax seçki dairələri üzrə ümumilikdə 325 məntəqədə səsvermə keçirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, seçicilər yeddi seçki dairəsi üzrə namizədliyi qeydə alınan namizədlər arasında seçim edirlər. Bütün məntəqələr zəruri texniki vasitə və metodiki vəsaitlərlə, elektrik enerjisi, rabitə şəbəkəsi və yanğın təhlükəsizliyi avadanlıqları ilə təmin olunub. Seçicilərin öz mövqelərini sərbəst ifadə etmələri üçün kabinələr quraşdırılıb. Seçki məntəqələrində katib və üzvlər, habelə seçkini izləyən müşahidəçilər üçün yerlər müəyyənləşdirilib.

106 saylı Tovuz seçki dairəsi üzrə isə seçici sayı 47 min 640-dır, onlardan 257 nəfəri ilk dəfə səs verməlidir, 1 nəfərin yaşı isə 100-dən çoxdur. 8 bələdiyyəyə 92 yerlə bağlı 174 namizəd qeydə alınıb. Müşahidəçi sayı isə 657 nəfərdir. 41 məntəqədən 12-də veb-kamera quraşdırılıb.

Seçki dairəsinin 1 saylı seçki məntəqəsinin sədri Hikmət Quliyev səhər saat 08:00-dan etibarən səsvermə prosesinin başlanıldığını, seçici aktivliyinin müşahidə edildiyini bildirib. Məntəqə üzrə 1300 seçici qeydə alınıb ki, onlardan ən yaşlısının 94 yaşı var, 32 nəfərin 18 yaşı bu il tamam olub.

Tovuz sakini 86 yaşlı Vilayət Səmədov səsvermə hüququndan istifadə edən seçicilərdən biridir. O, bələdiyyə seçkilərindəki səsvermə prosesində iştirak etməklə istədiyi namizədə səs verdiyini deyib. “Konstitusion hüququmdan istifadə edərək səsverməyə gəlmişəm, görürəm ki, hər şey şəffaf təşkil olunub. Səs verdim, arzu edirəm ki, yeni seçilən bələdiyyə üzvləri xalqın rifahı naminə fəaliyyət göstərsinlər”, - deyə seçici qeyd edib.

Digər seçki dairələrinə gəlincə, 54 saylı Mingəçevir seçki dairəsi üzrə 12-si veb-kamera ilə təhciz edilən 40 seçki məntəqəsi var. Ümumilikdə, 50 min 269 nəfər seçicidən 703-ü ilk dəfə səs verənlərdir, 1 nəfərin yaşı 100-dən çoxdur. Dairənin ərazisində 1 bələdiyyə üzrə 44 namizəd mübarizə aparır, müşahidəçi sayı isə 420 nəfərdir.

104 saylı Gədəbəy seçki dairəsində 8 bələdiyyə üzrə 94 yer uğrunda 195 namizəd mübarizə aparır. 53 məntəqədə seçki prosesini 609 müşahidəçi izləyir, seçici sayı 48 min 888 nəfərdir. Onlardan 3 nəfəri yaşı 100-dən çox olan şəxslərdir, 2 nəfərin isə 18 yaşı bu gün tamam olur.

105 saylı Tovuz-Gədəbəy seçki dairəsi ərazisində səsvermə 53 seçki məntəqəsində aparılır. 8 bələdiyyə üzrə 179 nəfər namizəd qeydə alınıb, seçici sayı ümumilikdə 51 min 951 nəfərdir.

107 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsi ərazisində 11 bələdiyyə üzrə 246 namizəd var. Seçicilərin ümumi sayı 49 min 787 nəfərdir ki, onlardan 6 nəfərinin yaşı 100-dən yuxarıdır. 53 seçki məntəqəsində seçki prosesini izləyən müşahidəçilərin sayı 688 nəfərdir.

108 saylı Ağstafa seçki dairəsi üzrə məntəqə sayı 47, seçici sayı isə 47 min 15 nəfərdir. 10 bələdiyyə üzrə namizəd sayı 239-dur.

109 saylı Qazax seçki dairəsinin ərazisində seçicilərin sayı 45 min 808 nəfər təşkil edir. Onlardan 51 nəfəri ilk dəfə səs verənlərdir. 8 bələdiyyə üzrə 184 nəfər namizəd qeydə alınıb. 39 seçki məntəqəsinin 10-da veb-kameralar quraşdırılıb. Müşahidəçilərin ümumi sayı 562 nəfərdir.

Qeyd edək ki, ölkə üzrə 08:00-da başlayan səsvermə prosesi saat 19:00-da başa çatacaq. Səsvermə 118 seçki dairəsinin 5846 seçki məntəqəsində keçirilir. 16 min 92 namizədin mübarizə apardığı səsvermədə 685 bələdiyyəyə 8 min 71 üzv seçiləcək. Səsvermə hüququ olan seçicilərin sayı 5 milyon 961 min 987 nəfərdir. Seçkiləri izləmək üçün 70 min 625 yerli müşahidəçi qeydiyyatdan keçib.

Səsvermənin şəffaflığını təmin etmək üçün 1000 seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Veb-kameralar quraşdırılmış seçki məntəqələrinin siyahısı media subyektlərində dərc olunub və MSK-nın internet səhifəsində yerləşdirilib.

Azərbaycanda mövcud olan 125 dairədən 7-si işğaldan azad edilmiş ərazilərdə yerləşdiyi üçün bu proseslərdə iştirak etmir. Ümumilikdə həmin dairələrdən başqa digər 4 dairədə də keçmiş məcburi köçkün vətəndaşlar var.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:359
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 Yanvar 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see700

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see334

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see331

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see304

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see292

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see291

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see288

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see271

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see266

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see263

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see253

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see247

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see247

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see226

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see222

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see209

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see207

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see205

Ağdaşda II Heyva və Aqrar Biznes festivalları Fotolar

07 Noyabr 2026 19:44see201

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri