Icma.az
close
up
RU
Qərb Gürcüstanla dialoq imkanını açıq saxlayır ŞƏRH

Qərb Gürcüstanla dialoq imkanını açıq saxlayır ŞƏRH

Sherg.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Münasibətlərin yaxşılaşması üçün əsas şərt siyasi islahatlar, hüququn aliliyi və insan haqlarının qorunmasıdır

Tbilisi meri Kaxa Kaladze deyib ki, Gürcüstanın Avropa İttifaqına (Aİ) inteqrasiya məsələsi hökumət və ölkəyə təzyiq vasitəsi kimi istifadə olunur. Onun sözlərinə görə, Avropa İttifaqı ilə danışıqları biz yox, özləri dayandırıb:

"Baş nazir, parlament üzvləri, eləcə də mən dəfələrlə demişik ki, Gürcüstan hakimiyyəti danışıqlara başlamağa hazırdır, amma onların buna marağı yoxdur, çünki siyasi proses gedir. Çalışırlar ki, avrointeqrasiya yolunu hökumət və ölkəyə təzyiq mexanizmi kimi istifadə etsinlər. Bunun əsas səbəblərindən biri budur ki, biz onların göstərişlərinə tabe olmadıq, (Rusiyaya qarşı) ikinci cəbhə açmadıq, sanksiyalara qoşulmadıq. Bu isə son aylarda bəzi Avropa bürokratlarının dilindən eşitdiyimiz spekulyasiyalar və çirkinliklərin əsas hərəkətverici qüvvəsinə çevrildi". Kaladze bildirib ki, son bir il ərzində ölkə daha da güclənib, daha suveren olub: "Dünyaya göstərdik ki, Gürcüstan dövlətinə barmaq silkələməklə danışmaq olmaz. Biz müstəqil dövlətik, bunu əcdadlarımızın qanı ilə qazanmışıq və heç kəsə imkan verməyəcəyik ki, bunu ayaqlar altına alsın". 

Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev Sherg.az-a deyib ki, Qərbin narazılığı təkcə Gürcüstan hökumətinin geosiyasi mövqeləri ilə məhdudlaşmır. Ekspertin sözlərinə görə, bu təzyiqlər həm də son illərdə ölkədə demokratiya və media azadlığı sahəsində müşahidə olunan geriləmə ilə bağlıdır:

"Bu, yalnız ideologiya və ya demokratiya məsələsi yox, Qafqazda balans, nəqliyyat marşrutları, qonşularla münasibətlər baxımdan da vacibdir. Həm AB, həm ABŞ Gürcüstana qarşı “ömürlük düşmən” kimi deyil, müəyyən “mənafelər çərçivəsində” dialoqu saxlamaq meyli göstərir. Məsələn, bəzi Avropa liderlərinin 2025-ci ildə Gürcüstanla yenidən ünsiyyət qurmağa çalışdıqları ilə bağlı məlumatlar var. Əgər Gürcüstan hökuməti gələcəkdə siyasi dəyişikliklərlə, demokratiya, insan hüquqları, azad media, seçki ədaləti kimi sahələrdə AB-nin və ABŞ-nin gözləntilərinə yaxınlaşsa, münasibətlərin normallaşması tam mümkündür. Niyə də yox, ortada strateji və region maraqları var".

V.Əfəndiyev vurğulayıb ki, hazırda Aİ rəsmiləri açıq şəkildə Gürcüstanda demokratik standartların zəiflədiyini bəyan ediblər: "ABŞ də qanunvericilik və siyasi idarəçilik sahələrindəki dəyişiklikləri demokratik dəyərlərlə uyğunsuz hesab edir. Nəticədə Gürcüstan hökuməti ilə Qərb arasında münasibətlər gərgin və etimadsız vəziyyətdədir. Hazırkı siyasi kurs dəyişməzsə, münasibətlərin yumşalması ehtimalı olduqca zəif görünür. Qərb üçün Gürcüstan strateji baxımdan mühüm əhəmiyyətə malik olsa da, dəyərlər və demokratik islahatlar olmadan normallaşma çətin hesab olunur. Hökumət Aİ-nin tələblərinə uyğun addımlar atmasa, inteqrasiya proseslərinin dondurulması da davam edə bilər. Bununla belə, Qərb Gürcüstanla əlaqələri tam kəsmək niyyətində deyil və dialoq imkanını açıq saxlayır. Münasibətlərin yaxşılaşması üçün əsas şərt siyasi islahatlar, hüququn aliliyi və insan haqlarının qorunmasıdır. Gürcü cəmiyyətində Aİ-yə dəstəyin yüksək olması gələcəkdə hökumətin kursunu dəyişə biləcək daxili təzyiq yarada bilər. Ümumilikdə isə yaxın gələcəkdə Qərb-Gürcüstan münasibətlərinin gərgin olaraq qalması daha real görünür".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Noyabr 2025 07:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see377

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see344

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see320

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see312

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see274

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see265

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see255

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see246

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see239

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see233

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see229

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see224

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see217

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see215

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see210

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see205

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see202

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see190

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see182

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri