Icma.az
close
up
RU
Qərb Navalnının zəhərlənməsi ilə bağlı məlumatları niyə gizlədir? Gizli razılaşmalar İDDİASI

Qərb Navalnının zəhərlənməsi ilə bağlı məlumatları niyə gizlədir? Gizli razılaşmalar İDDİASI

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Rusiyalı müxalif siyasətçi Vladimir Kara-Murza “Dojd” telekanalına verdiyi müsahibədə diqqətçəkən açıqlama ilə çıxış edib. O bildirib ki, Qərb ölkələrinin laboratoriyaları Aleksey Navalnının koloniyada zəhərlənməsi ilə bağlı əldə etdikləri nəticələri ictimaiyyətə açıqlamır. Siyasətçinin fikrincə, bu, müxtəlif ölkələrin xüsusi xidmət orqanları arasında mövcud olan “dil tapmalar” və gizli razılaşmalarla əlaqəlidir.

Kara-Murza ABŞ-də yaşadığı şəxsi təcrübəyə istinad edərək bildirib ki, 2020-ci ildə ABŞ Ədliyyə Nazirliyi ona Federal Təhqiqat Bürosunun (FBI) 2015 və 2017-ci illərdə Rusiyada baş vermiş zəhərlənmə cəhdləri ilə bağlı sənədləri təqdim edib: “Analizlər aparılmışdı, amma nəticələr gizli elan edildi. Yalnız məhkəmə prosesi zamanı yüzlərlə səhifəlik sənəd əldə edə bildik. Orada bu hadisənin məqsədli zəhərlənmə olduğu açıq şəkildə görünürdü. Heç kim buna şübhə etmirdi. Lakin istifadə olunan maddənin konkret adı açıqlanmadı.”

Onun sözlərinə görə, FBI bu addımı ABŞ-ın 1947-ci ildən qüvvədə olan milli təhlükəsizlik qanununa əsasən atıb. Qanuna görə, xüsusi xidmətlərin mənbələrini və metodlarını ifşa edə biləcək məlumatların açıqlanması qadağandır.

Müxalif siyasətçi hesab edir ki, eyni vəziyyət Aleksey Navalnının ölümü ilə bağlı da müşahidə olunur: “Əgər Qərb laboratoriyaları Navalnının bioloji materialları üzərində apardıqları analizləri dərc etsəydilər, bu, Putinin rəhbərlik etdiyi Rusiya dövlətinin kimyəvi silahdan istifadə etdiyini rəsmən sübut edəcəkdi. Bu isə beynəlxalq konvensiyaların kobud şəkildə pozulması deməkdir və Qərb bu halda məcburən sərt reaksiya göstərməli olacaqdı. Görünür, onlar bu addımı atmaq istəmirlər.”

Xatırladaq ki, Aleksey Navalnının həyat yoldaşı Yuliya Navalnaya da bir neçə gün əvvəl bəyanat vermişdi. Onun sözlərinə görə, Rusiyadan kənarda yerləşən iki müstəqil laboratoriya Navalnının ötən ilin fevralında koloniyada məhz zəhərlənmə nəticəsində öldüyünü təsdiqləyib. Lakin həmin laboratoriyalar nəticələri hələ də ictimaiyyətə açıqlamayıb. Yuliya Navalnaya bunu “siyasi səbəblərlə” izah edib.

Qərb dairələrinin və laboratoriyaların bu məsələdəki susqunluğu isə Kremlə qarşı beynəlxalq təzyiq mexanizmlərinin niyə işə salınmadığı ilə bağlı ciddi suallar doğurur.

Rasim Əliyev

AzPolitika.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:61
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 19 Sentyabr 2025 12:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see278

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see248

Qəbələ bu gün Qarabağ ı sınağa çəkəcək

21 Dekabr 2025 08:54see220

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see169

Bundesliqa futbolçusu İngiltərə klublarının HƏDƏFİNDƏ

21 Dekabr 2025 03:47see163

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see159

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see151

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see145

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see145

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see144

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see140

“Express Bank”dan tələ: “kredit xətti müqaviləsi” nə deməkdir?

21 Dekabr 2025 12:35see136

Odessanın liman infrastrukturu ballistik raketlərlə vurulub, ölənlər var

20 Dekabr 2025 08:15see136

Mərkəzi oyunu “Yuventus” qazandı

21 Dekabr 2025 02:25see135

Qusarda aztəminatlı ailənin evinin təmirinə göstəriş verildi FOTO

20 Dekabr 2025 20:00see135

Hökumətlərarası Komissiyası Bakıda toplanacaq KONKRET

21 Dekabr 2025 14:11see133

“Hakimlərin bizə qarşı kobud səhvləri ilə üzləşirik” “Sabah”ın məşqçisi

21 Dekabr 2025 00:31see132

Azərbaycanda qeyri adi toy FOTO

21 Dekabr 2025 03:49see131

Putindən NATO baş katibinə sərt sözlər: Nə deyirsən, oxuyub yazmağı da bilmirsən?

20 Dekabr 2025 16:19see128

Voltemade ilk 20 dəqiqədə “Çelsi”nin qapısına iki qol vuran dördüncü oyunçu olub

21 Dekabr 2025 02:45see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri