Icma.az
close
up
RU
Qərb ölkələri Ukraynadakı müharibə ilə bağlı sülh planını müzakirə edəcəklər

Qərb ölkələri Ukraynadakı müharibə ilə bağlı sülh planını müzakirə edəcəklər

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Berlin, 23 noyabr, AZƏRTAC

ABŞ, Ukrayna və Avropanın bir sıra dövlətlərinin nümayəndələri Birləşmiş Ştatların Ukraynadakı müharibə ilə bağlı irəli sürdüyü sülh planını müzakirə etmək Cenevrədə toplaşıblar.

AZƏRTAC xəbər verir ki, görüşə Ukrayna, ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya və Avropa İttifaqının nümayəndələri qatılıblar. Görüşdə ABŞ-ı dövlət katibi Marko Rubio və Prezidentin xüsusi nümayəndəsi Stiv Uitkof təmsil edirlər.

Cenevrə görüşü ABŞ Administrasiyasının Ukrayna müharibəsi ilə bağlı ötən həftə təqdim etdiyi 28 maddəlik sülh planı ətrafında yaranmış fikir ayrılığının müzakirəsi məqsədilə təşkil olunub. Plana əsasən, Ukrayna ölkənin şərqində bir neçə vilayəti Rusiyaya verməli, NATO-ya üzvlükdən imtina etməli, ordusunun şəxsi heyətinin sayını 600 min nəfərlə məhdudlaşdırmalı, uzaqmənzilli silahlardan istifadə etməməlidir.

Bu, Ukraynada və Avropa ölkələrində ciddi narahatlıq və narazılıqla qarşılanıb, sərt etiraz transatlantik münasibətlər üçün ciddi sınağa çevrilib. Avropalı liderlər sülh prosesində Avropanın da iştirakının vacibliyini irəli sürürlər. Cənubi Afrika Respublikasında keçirilən G20 çərçivəsində Avropanın və digər ölkələrin liderlərinin bəyanatında sərhədlərin zor tətbiqi ilə dəyişdirilməsinin yolverilməzliyi və sülh məsələsində Avropa İttifaqı və NATO üzvlərinin razılığının tələb olunduğu vurğulanıb.

Almaniya Kansleri Fridrix Merts də G20 sammiti çərçivəsində media nümayəndələrinə açıqlamasında hər hansı həllin həyata keçməsinin həm Ukraynanın, həm də Avropanın razılığını tələb etdiyini bildirib: “Bu müharibə yalnız Ukraynanın və bizim, yəni Avropanın razılığı ilə başa çata bilər, çünki müharibə Avropa qitəsində baş verir”.

Elvin Mövsüm

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:52
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Noyabr 2025 14:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see738

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see224

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri