Qərb Qafqazdan Mərkəzi Asiyaya birbaşa çıxış əldə edir
Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.
Mərkəzi Asiya ölkələri və Azərbaycan hələ də uzun müddətdir qüvvədən düşmüş “Cekson–Vanik” düzəlişinin qalıqları ilə üzləşirlər.
Bu sözləri ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deyns Vaşinqtonda Trans-Xəzər Forumuda deyib. O bildirib ki, Nümayəndələr Palatası və Senat ikipartiyalı əsasda bu düzəlişin aradan qaldırılması istiqamətində birgə çalışır.
Senator “Soyuq müharibə”dən qalan bu mirasın ləğv edilməsinin vacibliyini vurğulayıb və Amerikanın real dəyişikliklərə nail olması üçün zəruri olan uzunmüddətli investisiyaları həyata keçirə bilməsinin önəmini qeyd edib.
ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü vurğulayıb: “Bjezinskinin Qafqazda sülh yolu ilə Mərkəzi Asiyanı açmaq arzusu, nəhayət, gerçəkləşir. Mərkəzi Asiyanın ilk dəfə olaraq Rusiya və İrandan keçməyən, Qərbə dayanıqlı alternativ çıxış yolu formalaşacaq. Bu yeni əlaqələr Qərblə daha geniş iqtisadi tərəfdaşlığa, eləcə də Mərkəzi Asiya ilə Qafqaz arasında regional əməkdaşlığın güclənməsinə təkan verəcək”.
Onun sözlərinə görə, Mərkəzi Asiyada və Qafqazda artan iqtisadi inteqrasiya birgə maraqlara xidmət edəcək, əhali üçün daha geniş iqtisadi inkişaf imkanları yaradacaq və ümumi təhlükəsizliyi gücləndirəcək.
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:150
Bu xəbər 12 İyun 2026 03:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















