Icma.az
close
up
RU
Baş Əzizə İsmayılova yazır

Baş Əzizə İsmayılova yazır

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Əzizə İSMAYILOV

Rejissor Mehriban Ələkbərzadənin quruluşunda nümayiş olunmuş "Baş" tamaşasının premyerasından qeydlər

Bu günlərdə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında "Baş" tamaşasının premyerası nümayiş olunub. Xalq yazıçısı Elçinin eyniadlı romanı əsasında səhnələşdirilən tamaşanın premyerası Elçinin xatirəsinə ithaf edilib. Tamaşanın quruluşçu rejissoru və səhnələşdirmənin müəllifi Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadədir.

Əslində bu, tamaşaya ikinci baxışım idi, çünki iyun ayında baş tutan ictimai baxışında iştirak etmişdim. Premyera ictimai baxış zamanı beynimdə sual kimi qalan bəzi məqamlara da aydınlıq gətirmiş oldu və məhz bu gün öz təəssüratımı bölüşmək istəyi yaratdı.

Şəxsi baxış bucağımdan doğan mülahizələrimə keçməzdən əvvəl xüsusi vurğulamaq istəyirəm ki, teatr biliciləri, necə deyərlər, "qüsurlarıma baxmasınlar". Bu, sıradan bir tamaşaçı baxışı, tamaşaçı təəssüratıdır - heç bir halda bu sahədə söz sahibi olmaq göstəricisi deyil...

Səhnə əsərində təkcə tarixi hadisələr deyil, həm də metafizik müstəvi ön plana çıxarıldığı üçün janr olaraq "Baş" tamaşası tarixi-metafizik dram janrındadır.

Bir məsələni vurğulamaq istərdim, səhnə əsəri tamaşaçısından müəyyən hazırlıq - ən azı, tarixi hadisələrin xronologiyası, obrazların tarixdəki kimlikəri barədə minimum biliyə sahib olmağı tələb edir. Rejissorun ötürmək istədiyi mesajların heç bir fon biliyi olmayan tamaşaçı üçün nə dərəcədə effektiv ola biləcəyi haqqında fikir söyləmək bir qədər çətindir.

Məsələn, tamaşanın iyun ayında baş tutan ictimai baxışından sonra, rejissorun hadisələrə baxış bucağı, proseslərə yanaşması məcbur etdi ki, verilən mesajları tam qavramaq üçün həm də əsərin özünü oxuyum, həm də bəzi tarixi hadisələrə göz gəzdirim.

Yazının sonda deməli olduğum nəticələrindən birini əvvələ gətirməli olsam, deyə bilərəm ki, əsərin əsas ana xətti olan Qafqazın rus imperiyası tərəfindən işğalı dövrünü, gürcüəsilli rus generalı, Rusiyanın Qafqazdakı qoşunlarının baş komandanı olan Sisianovun Bakıya yürüşü və ondan sonra baş verən faciəvi hadisələrlə yanaşı, Azərbaycan insanının tarixi yaddaşı, milli kimlik və işğal qarşısında davranışlarını tamaşaçıya çatdırmaq üçün M.Ələkbərzadənin bütün imkanlarını səfərbər etməyə çalışdığı diqqətdən yayınmır.

"Baş"ın süjet xətti Bakıda Sisianovun başının kəsilib Fətəli şah Qacara göndərilməsi və bundan sonrakı gərgin mənəvi-siyasi hadisələr fonunda qurulub.

Gəncəli Cavad xanın Sisianovla qarşılaşması zamanı aralarında keçən dialoq, Cavad xanın və qarabağlı İbrahim xanın öldürülmə səhnələri, Sisianovun kəsilmiş başının Qacarın sarayına gətirilməsi kimi səhnələr tamaşanın ən təsirli səhnələrindən hesab oluna bilər.

Tamaşanın mahiyyətinə vardıqca aydın olur ki, rejissorun əsas məqsədi yalnız mövcud tarixi hadisələri səhnədə canlandırmaq deyil, həm də "insan - hakimiyyət - işğalçı" münasibətlərini simvolik planda tamaşaçıya çatdırmaqdır. Bu mənada tamaşa həm tarixi, həm də fəlsəfi məna daşımış olur.

Zənnimcə, rejissorun əsərə bu cür üçlü prizmada yanaşmasını, onun daim qabartmağa çalışdığı milli kimlik və bundan sonra "hakimiyyət - insan - tarix" üçbucağının səhnədə inikası kimi də səciyyələndirmək olar.

Ümumilikdə, M.Ələkbərzadənin quruluş verdiyi tamaşaları izləyən, yaradıcılığı ilə yaxından tanış olan hər kəs onun hadisələrə yanaşmada özünəməxsus dəst-xəttinin olduğunun fərqindədir. O, bir növ klassikanı modern interpretasiya etməyi, tamaşaçını komfort zonasından çıxarmağı və səhnədə baş verən hadisələrin mərkəzinə gətirməyi, düşünməyə vadar etməyi sevən rejissorlardan hesab olunur.

Məsələn, qısa bir haşiyə çıxaraq deyim ki, onun Hüseyn Cavidin "İblis" əsəri əsasında hazırladığı "İblis və..." tamaşasındakı dekonstruktiv yanaşma, metaforik vizuallıq və dinamik mizanlı səhnələr tamaşaçının özünü bir növ hadisələrin mərkəzində hiss etməyə və düşünməyə vadar edir - əslində kimdir, nədir İblis?..

Bənzər rejissor yanaşması "Baş" tamaşasında da müşahidə olunur desəm, yəqin ki, səhv etmiş olmaram.

Real tarixi obrazların gerçəkliyi, metafizik səhnə elementləri, vizual baxımdan səhnədə işıqların quruluşu, dekorasiya və geyim vasitəsilə dövrün estetik atmosferinin yaradılması, nəhayət hakimiyyətin zorakılığı və fərdin faciəsi arasında dramatik toqquşmalardan doğan psixoloji gərginlik "Baş" tamaşasında da tamaşaçını rejissorun ünvanladığı "Əgər baş yoxdursa, bədən hara gedə bilər?" və ya "Biz kimik - baş, yoxsa bədən?" kimi ritorik suallar ətrafında düşünməyə vadar edir.

Bəlkə də bu səbəbdən M.Ələkbərzadə səhnədə yer alan aktyor ansamblından sadəcə tarixi hadisələrin təqdimat vasitəsi olan obrazlar toplusu kimi deyil, həm də bir rejissor kimi çatdırmaq istədiyi fəlsəfi ideyanın canlı daşıyıcıları kimi istifadə edib.

Səhnədə yer alan 30 nəfərə yaxın aktyorun hər birinin öz obrazlarını daha dolğun canlandırması - psixoloji gərginlik, daxili parçalanmalar, qərarsızlıq, gərginlik və həyəcan tamaşaçıya yüksək peşəkarlıqla təqdim olunur. Heç bir aktyor tamaşaçı gözündən yayınmır. Maraqlıdır ki, səhnədə baş rol, ikinci, üçüncü dərəcəli, epizodik rol anlayışı yoxdur - sanki səhnənin ən ön planında olanından, ən son planında olanına kimi hamı baş roldadır.

Baş verən hadisələr fonunda bəzən elə təəssürat yaranır ki, rejissor səhnədə yer alan bu qədər aktyorla yanaşı, bəstəkarı da, işıqçını da, rəssamı da, hətta bəzi məqamlarda tamaşaçı ilə göz təması zamanı səhnədə yaranan sükutu da danışdıra bilib.

Səhnədə sərgilənən özünəməxsus aktyor oyunu ilə yanaşı kostyumlar, işıq, dekorasiya, musiqi və bütün digər elementlər tamaşaçını tarixi hadisələrin mərkəzinə aparmağa, səhnənin emosional yükünün daha da gücləndirilməsinə xidmət edir ki, bu da tamaşanın repertuarda uzun müddət xüsusi yer tutacağına şübhə doğurmur.

Əlbəttə ki, hər bir tamaşanın uğuru həm də aktyor seçiminə bağlı bir məsələdir ki, "Baş"da da bu seçim, el dilində desək, obrazların boyuna biçilmiş şəkildədir.

Yeri gəlmişkən, M.Ələkbərzadə həm də aktyor seçimində olduqca prinsipial yanaşma sərgiləyən rejissor kimi tanınır. Hətta bununla bağlı müsahibələrinin birində belə bir fikir səsləndirmişdi: "Mən hətta şəxsən danışmadığım aktyoru belə baş rola dəvət etmişəm. Münasibətim yaxşı olmasa da, istedadlıdırsa, aktyoru istedadına görə qiymətləndirmişəm. Mən bu prosesdə öz şəxsi prinsiplərimdən keçərəm, tamaşamın uğursuz olmasını keçmərəm. Mən tamaşa naminə hər şey edərəm. Tamaşa mənim üçün ən ali nəticədir".

Görünür, bu ali prinsip "Baş" tamaşasında da öz sözünü deyə bilib. Belə ki, 30 nəfərlik aktyor ansamblında yer alanlar - Xalq artistləri Rafiq Əzimov, Hacı İsmayılov, Kazım Abdullayev, Əməkdar artistlər Füzuli Hüseynov, Vəfa Rzayeva, Elnar Qarayev, Anar Heybətov, Rövşən Kərimduxt, Kazım Həsənquliyev, Elxan Quliyev, Elşən Rüstəmov, Mətləb Abdullayev, Ayşad Məmmədov və digərləridir.

Nizam pozulmasın və diqqətdən kənarda qaldıqlarını zənn etməsinlər deyə, tamaşanın uğurlu alınmasında əməyi keçən quruluşçu rəssam, Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, geyim üzrə rəssam Vüsal Rəhim, işıq üzrə rəssam Rafael Vaqifoğlu, bəstəkar Azər Hacıəsgərli, rejissor assistentləri Ceyran Başaran və Nərmin Həsənovanın da adlarını xüsusi vurğulamaq istəyirəm.

İnanıram ki, "AzDrama"nın 153-cü teatr mövsümündə ilk premyerası olan "Baş" tamaşası uzun müddət repertuardakı ən çox izlənilən tamaşalar siyahısında yer alacaq.

Bu gün anşlaqla keçən premyera və susmaq bilməyən tamaşaçı alqışı da dediklərimə əyani sübut ola bilər.

Siz həmişə yaradın, əziz adamlar! Siz yaradanda çox MÖHTƏŞƏM OLURSUNUZ!

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Sentyabr 2025 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1429

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see709

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see558

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see480

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see470

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see459

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see446

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see412

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see389

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see350

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see315

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see302

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see297

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see292

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see287

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see284

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see269

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see266

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see266

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see265
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri