Icma.az
close
up
RU
Qərb vahid mövqeyə gəlib: Ukraynanın ərazi bütövlüyü və suverenliyinə “zəhərli iynə” vurulur

Qərb vahid mövqeyə gəlib: Ukraynanın ərazi bütövlüyü və suverenliyinə “zəhərli iynə” vurulur

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Almaniya kanslerinin Ukraynanın ərazi güzəştlərini qəbul etdiyini açıqlaması Rusiya-Ukrayna müharibəsinin mümkün sonu ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən politoloq Aqşin Kərimov bildirib ki, Rusiya-Ukrayna müharibəsinin tənzimlənməsi prosesində Birləşmiş Ştatlar öz rolunu müəyyənləşdirib və strateji məqsədlərinə ilk mərhələdə çatıb. Hər nə qədər ABŞ Rusiyaya qarşı mübarizə aparan tərəf kimi təqdim olunmağa çalışılsa da, bu, daha çox Moskvanın apardığı informasiya kampaniyasının nəticəsidir:

"Əslində isə Amerika Birləşmiş Ştatlar ardıcıl şəkildə öz strateji hədəflərinə doğru irəliləyir və Donald Tramp administrasiyası dövründə iqtisadi, siyasi və biznes elitaları arasında razılaşmaların əsas açarı Avropanın mərkəzində formalaşıb.
Bu baxımdan Almaniya həlledici və ya qərarverici ölkə deyil. Almaniya uzun müddət Rusiyayönlü siyasəti ilə tanınıb. Yalnız Merz hakimiyyətə gəldikdən sonra Berlin daha radikal xətt tərəfdarı kimi Rusiyaya qarşı mövqe sərgiləməyə başlayıb. Avropada əsas qərarverici mərkəz Böyük Britaniyadır. Fransa isə Böyük Britaniyanın verdiyi qərarlara real müqavimət göstərə bilmir və fərqli mexanizmlərlə Avropada öz hegemonluğunu qorumağa çalışır ki, bu da Paris üçün olduqca çətin prosesdir".

Politoloqun sözlərinə görə, Böyük Britaniya ilə Avropa İttifaqı arasında fikir ayrılıqları mövcud olsa da, onlar strateji müttəfiqdirlər. Böyük Britaniyanın strategiyası isə Ukraynanın ərazi bütövlüyü və suverenliyinin təmininə hesablanmayıb.

Müsahibimiz hesab edir ki, Böyük Britaniya ilə Çin arasında gələcəkdə müəyyən razılaşmalar və sövdələşmələr mümkündür:

“Bu, yaxın zamanda Venesuelada baş verən hadisələrlə də öz təsdiqini tapdı.

Venesuelada, xüsusilə regionda Venesuela ilə əlaqəli narkokartellərə qarşı Donald Trampın həyata keçirdiyi əməliyyatlar və bu qruplara endirilən zərbələr Böyük Britaniyanın maraqlarına uyğun deyildi. Bundan sonra London ABŞ ilə kəşfiyyat məlumatlarının mübadiləsinə müəyyən məhdudiyyətlər tətbiq etdi. Ardınca Çin də ABŞ-nin həmin əməliyyatlarını tənqid edən bəyanatlarla çıxış etdi".

Aqşin Kərimov: Artıq bu mərhələdə son qərar Volodimir Zelenskinindir

Politoloq bildirir ki, burada geosiyasi faktorlar mövcuddur. Onun sözlərinə görə, narkokartellərə qarşı aparılan əməliyyatların Böyük Britaniyanın maraqlarına zidd olması təsadüfi deyil. Bu məqamda Britaniya ilə Çin arasında dövlət səviyyəsində olmasa da, kriminal şəbəkələr üzərindən qurulan əlaqələrin mövcudluğu üzə çıxdı. Göründü ki, bu şəbəkələr dövlət siyasətlərinə təsir göstərə biləcək qədər güclüdür:

"Rusiya-Ukrayna münaqişəsini bütün istiqamətləri ilə anlamaq üçün proseslərə regional deyil, qlobal miqyasda baxmaq lazımdır. Artıq demək olar ki, Qərb Ukrayna məsələsində vahid mövqeyə gəlib. Lakin bu mövqe Ukraynanın ərazi bütövlüyü və suverenliyinə “zəhərli iynə” vurulması bahasına formalaşır".

A.Kərimov qeyd edib ki, bu strategiyanı ABŞ həyata keçirir və Avropanı ya inandıraraq, ya da təzyiq göstərərək öz planına cəlb edir. Burada əsas məqsəd böyük sərvətlərə nəzarət etmək və onların istismarında dominant mövqe qazanmaqdır. Hazırda ABŞ və Rusiya arasında aparılan danışıqlarda da əsas fikir ayrılığı məhz bu məsələ ilə bağlıdır:

"Ümumilikdə siyasi məsələlərdə müəyyən yaxınlaşmalar müşahidə olunsa da, sərvətlərin istismarı mövzusunda razılaşma hələ əldə olunmayıb. Almaniya kansleri də faktiki olaraq ABŞ və Rusiya arasında vasitəçi rolunda çıxış edərək bu planın qəbul edildiyini dolayısı ilə bəyan edir".

Politoloq bildirib ki, artıq bu mərhələdə son qərar Volodimir Zelenskinindir. O, referenduma getməklə öz mövqeyini gücləndirməyə çalışır. Lakin Ukrayna rəhbərliyinin mövqeyi olduqca zəifdir və real icra mexanizmlərindən məhrumdur. Rusiya da məhz bundan məharətlə istifadə edir.

Zeynəb Rzayeva

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:76
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 15 Dekabr 2025 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see257

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see222

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see206

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see203

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see193

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see189

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see185

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see172

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see166

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see160

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see160

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see160

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see156

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see156

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see153

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see144

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see143

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see138

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see137

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri