Icma.az
close
up
RU
Qərbdən asılılığı davam edən Hindistan, Çin Rusiya müttəfiqliyi uğruna ABŞ la əlaqəsini kəsməz

Qərbdən asılılığı davam edən Hindistan, Çin Rusiya müttəfiqliyi uğruna ABŞ la əlaqəsini kəsməz

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

ABŞ prezidenti Donald Tramp cümə günü bildirib ki, Hindistan və Rusiya liderləri bu həftə Çin prezidenti Si Cinpinlə görüşdükdən sonra Çinə “itirilmiş” görünür və Pekinin yeni dünya düzəni yaratması ilə bağlı Yeni Dehli və Moskvadan narazılığını ifadə edib. "Deyəsən biz Hindistan və Rusiyanı ən dərin, ən qaranlıq Çinə itirmişik. Qoy onların birlikdə uzun və firavan gələcəyi olsun!" Tramp sosial media hesabında üç liderin Çində Xi sammitində bir yerdə çəkilmiş fotosunu müşayiət edərək yazıb. Cümə günü Tramp jurnalistlərə ABŞ-ın Hindistanı Çinə uduzduğunu düşünmədiyini söyləyib. "Hindistanın, bildiyiniz kimi, Rusiyadan bu qədər neft alacağı məni çox məyus etdi. Və mən bunu onlara bildirdim."-deyə Tramp qeyd edib. Xi Çinin liman şəhəri Tianjində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitinə Rusiya prezidenti Vladimir Putin və Hindistanın baş naziri Narendra Modi də daxil olmaqla 20-dən çox qeyri-Qərb ölkəsinin liderini qəbul edib.

Politoloq Oqtay Qasımov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hazırkı şəraitdə Çin, Hindistan və Rusiyanın müttəfiqliyindən danışmaq erkəndir: “Doğrudur, Çinlə Rusiyanın strateji tərəfdaşlıq münasibətləri var və Rusiya Çin üçün böyük bir bazar və əsas xammal mənbəyi kimi vacibdir. Rusiya üçün də Qərb bazarları bağlandığına görə Çin bazarı maraqlıdır və özünün enerji daşıyıcıları məhz böyük qismini bu ölkəyə satmaqla Rusiya ayaqda durmağa çalışır. Eyni zamanda Çin Rusiyanı açıq şəkildə olmasa da, dolayısı yolla bu savaşda dəstəkləyən ölkədir.

Oqtay Qasımov

Hindistan-Çin münasibətləri ilə bağlı politoloq qeyd edib ki, bu ölkələrin son 70 ildə münasibətlərinə diqqət etdikdə bu münasibətlərdə zaman-zaman yumşalmalar olsa da, daha çox gərginliklər və hərbi toqquşmalara qədər münasibətlər mövcud olub: “Son gərginlik də ən azı çox uzaq tarixdə olmamışdı. Yəni, daha doğrusu, yaxın tariximizdə belə bir gərginlik yenə də Çin və Hindistan arasında sərhəd anlaşılmazlıqla bağlı mövcud olmuşdu”.

Politoloqun fikrincə, hazırkı şəraitdə Hindistan baş nazirinin Çində Şanxay Əməkdaşlıq Təşkilatının toplantısına qatılması, bu, ABŞ tərəfindən Hindistana tətbiq olunmuş 25 faizlik tariflərlə bağlıdır: “Donald Tramp Hindistanı məhz Rusiya neftini ucuz qiymətə almaqla bağlı tənqid etmişdi və buna görə də Hindistana tariflər tətbiq olunmuşdu və Hindistan baş naziri də bundan narazı qalaraq, yeddi ildən bəri iştirak etmədiyi Şanxay Əməkdaşlıq Təşkilatının toplantısına qatılmaq üçün Çinə getdi. Orada müəyyən bir görüntü verildi. Doğrudur, o görüntü həm Amerika Birləşmiş Ştatlarını, həm də Avropa İttifaqını kifayət qədər narahat etdi.

Hindistanın ümumiyyətlə müstəqillik qazanandan sonra tarixinə baxdığımızda onun Qərb, Rusiya ilə, o cümlədən Çinlə münasibətləri dalğavari olub. Qeyd etdiyimiz kimi, gah yumşalmalar, gah gərginləşmələr müşayiət olunub. Bu baxımdan hələlik müttəfiqlik münasibətlərindən danışmaq üçün çox tezdir. Çünki Hindistan da özünü qlobal aktor olaraq görmək istəyir. Ən azından belə bir iddiası var. Doğrudur, onun potensialı və ümumiyyətlə siyasi elitasının düşüncə tərzi bu rola qətiyyən uyğun gəlmir. Onlar böyük iddialarda olub, kiçik düşünən siyasətçilərdir. Xüsusən də nasist, rasist düşüncəyə malik olan bir hökumət heç cür böyük düşünə bilməz. O, daha çox kiçik düşüncələrlə yaşayır. Amma belə bir tərəfdaşlıq və yaxud daha irəli gedərsə, müttəfiqlik mümkün olarsa, əlbəttə ki, bu vəziyyət ABŞ üçün də, Avropa üçün də kifayət qədər itki demək olar. Amma Hindistanın bu addımı atması yaxın perspektivdə real görünmür. Çünki Hindistanın iqtisadiyyatı və onun inkişafı Qərbdən daha çox asılıdır. Xüsusilə, Qərbdən texnologiyalar məsələsi ilə bağlı Hindistanın ciddi asılılığı var. Bu baxımdan Hindistanın birdən-birə Amerika Birləşmiş Ştatları ilə əlaqələrini qoparacağı da real görünmür”.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:40
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 09 Sentyabr 2025 16:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see270

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see204

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see204

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see186

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see166

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see159

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see158

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see157

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see157

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see151

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see148

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see145

NATO Cənubi Qafqaza Bakıdan baxır

24 Yanvar 2026 01:15see145

Bu problemi olanlar, yumurta sarısına “yox” desin

23 Yanvar 2026 22:23see144

Soyuq günlərdə həyat qurtaran 8 ədviyyat: Qışın şəfa mənbələri

23 Yanvar 2026 22:56see143

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see141

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see137

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see137

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri