Icma.az
close
up
RU
Qərbi Azərbaycan bizim üçün vətəndir Kafedra müdiri

Qərbi Azərbaycan bizim üçün vətəndir Kafedra müdiri

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

"Qərbi Azərbaycan dünyanın xəritə üzərində mövcud olan məkanlarından biridir. Lakin bu coğrafiya bizim üçün təkcə bir məkan deyil, eyni zamanda vətəndir. Abbas Səhhətin, yəqin ki, hər birinizin əzbər bildiyi misralarında deyildiyi kimi: "Vətən əcdadımızın mədfənidir, Vətən övladımızın məskənidir"".

Redaktor.az xəbər verir ki, bu fikirləri "Tarixi Yurda Qayıdış" konfransında filologiya üzrə elmlər doktoru, professor, Bakı Avrasiya Universiteti, Azərbaycan və dünya ədəbiyyatı kafedrasının müdiri Elmira Məmmədov Kekeç bildirdi.

O vurğuladı ki, bu gün Qərbi Azərbaycan bizim övladlarımızın məskəni deyil:

"Biz artıq bir müddətdir qayıdışdan bəhs edirik. Elə Əfqan müəllimin kitablarının bir çoxunda, hətta başlıqlarında belə qayıdış məsələsi, qayıdış problemi öz əksini tapıb. Ziyalıların, alimlərin və burada toplaşan bütün dəyərli insanların əsas hədəflərindən və məqsədlərindən biri də məhz bu qayıdışdır. Təbii ki, biz mədəni və sülh yolu ilə qayıdışdan danışırıq. Çünki müharibə cəhənnəmdir. Qeyd etdiyiniz kimi, müharibə yanğılar, dağıntılar, qanlı hadisələr deməkdir və bunlar arzuolunan deyil. Lakin bəzən də qaçılmaz olur. Qərbi Azərbaycan bizim məscidlərimizin, kəndlərimizin, eyni zamanda ailə xatirələrimizin yaşadığı bir məkandır. İrəvan, Zəngəzur, Dərələyəz, Basarkeçər, Qarakilsə və digər adlar tariximizin, milli keçmişimizin və bu günümüzün ayrılmaz hissəsidir. Millətin gücü yalnız onun silahlarında deyil, həm də tarixi yaddaşındadır. Bu tarixi yaddaşı canlı saxlayan ziyalılarımızdan biri də Əfqan müəllimdir.

Mən öz adımdan ona təşəkkür edirəm, eyni zamanda “MİMTA” nəşrlərinə də minnətdarlığımı bildirirəm. Sosial Tədqiqatlar Mərkəzinə də təşəkkür edirəm ki, biz hər zaman fiziki olaraq iştirak edə bilməsək də, fəaliyyətinizi izləyirik və bu mövzuların daim işıqlandırıldığını görürük. Kitabı Qərbi Azərbaycan haqqında yazılmış ən yaxşı xronikalardan biri kimi qiymətləndirmək olar. Biz öz tədqiqatlarımızda bu mövzuya müraciət edərkən müxtəlif mənbələr oxuyuruq, lakin düşünürəm ki, bu kitab həm tələbələr, həm də yuxarı sinif şagirdləri üçün son dərəcə faydalıdır. Çünki burada eramızdan əvvəlki dövrlərdən başlayaraq bu ərazilərdə Azərbaycan türklərinin yaşaması elmi faktlar, sənədlər və dəlillərlə sübut olunur. Üstəlik, təkcə azərbaycanlı araşdırmaçıların deyil, erməni professorlarının əsərlərinə də istinad edilir. Kitabda Qərbi Azərbaycanın xüsusilə Çar Rusiyası dövründən etibarən erməniləşdirilməsi siyasətinə xüsusi diqqət yetirilir. Faktlara əsasən göstərilir ki, 1807-ci ildə bu ərazilərdə 567 türk ailəsi və təxminən eyni sayda erməni ailəsi mövcud olub. 1828-ci il martın 21-də “Erməni vilayəti”nin təsis olunmasından sonra isə bugünkü Ermənistanın tarixi dayaqları formalaşmağa başlayıb. Deportasiya hadisələri də kitabda xronoloji ardıcıllıqla təqdim olunub".

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 16 Yanvar 2026 12:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri