Icma.az
close
up
RU
Qərbi Azərbaycan gerçəkləri Tatoyanı cin atına mindirdi:Hariçavank monastır kompleksi...

Qərbi Azərbaycan gerçəkləri Tatoyanı cin atına mindirdi:Hariçavank monastır kompleksi...

Adelet.az saytından alınan məlumata görə, Icma.az bildirir.

44 günlük Vətən müharibəsi gedişində Azərbaycana qarşı görünməmiş nifrət və böhtan dolu açıqlamaları, beynəlxlaq qurumlara göndərilən saxta hesabatları ilə yadda qalan Ermənistanın eks ombudsmanı, “Tatoyan” adlı fondu direktoru  Arman Tatoyan eyni nifrət və saxtakarlıqla yenidən fəaliyyətə başlayıb
Adalet.az
xəbər verir ki, keçmiş hüquq müdafiəçisi sosial şəbəkə hesabında Azərbaycana hücuma keçərək paylaşım edib. Sərsəmləməsində yazıb ki, Azərbaycan hökumətinin Ermənistanı işğal etmək planı ikinci dəfədir ki, Hariçavankı Azərbaycan irsi kimi təqdim edib. Azərbaycan hökumət televiziyası Ermənistanın Şirak rayonundakı Hariçavank monastır kompleksini tarixi faktları saxtalaşdıraraq “Qərbi Azərbaycan” mədəniyyətinin tərkib hissəsi kimi təqdim edir.
Bu videoda Haricavank Alban dini və mədəni irsi kimi təqdim olunur. Ermənilərin ilk xristian xalqı kimi mövcudluğunu inkar etməyə cəhd edilir.
Video Azərbaycan dövlətinin ermənilərə qarşı irqçilik və düşmənçilik təbliğatının bir hissəsidir ki, bununla da Ermənistana qarşı təcavüzün əsasları ardıcıl yalanlarla yaradılır".
Həyasızlıqda hədd tanımayan Tatoyan sonda vurğulayıb ki, Haricavank Erməni Apostol Müqəddəs Kilsəsinin monastır komplekslərindən biridir, onun əsası erkən orta əsrlərdə qoyulub və tarixən ermənilərin təkcə mənəvi mərkəzi deyil, həm də mühüm təhsil və mədəniyyət ocağı olub.
1813-1828-ci illərdə Rusiya tərəfindən Qafqaza köçürülən qaraçı hay tayfalarının orta əsrlərdə Qafqazda monastırı və yaxud "mənəvi mərkəzi" necə yarana bilər?- sualını vermədən keçid edək Azərbaycan televiziyasının məlum videosuna..


Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə sakinləri zaman-zaman tarixi etnik vətənlərindən deportasiyaya məruz qalan, coğrafi məkanlarımızın izinin itirilməsinə çalışılan Düzkənd rayonu haqqında süjet hazırlanıb.
"Report" xəbər verir ki, “Düzkənd niyə Axuryan rayonu adlandırılıb?” adlı süjetdə indiki Ermənistanda tarixi gerçəkliyi özündə əks etdirən qədim oğuz yurdlarının adının dəyişdirilməsi daim əsas hədəf və siyasi xətt olduğu vurğulanır.
Bildirilir ki, Düzkənd Qərbi Azərbaycanın, indiki Ermənistanın Şörəyel mahalı ərazisində yerləşir. Rayon ərazisinin böyük bir hissəsini qədim türk tayfası olan Şirakların adını daşıyan Şirək düzənliyi təşkil edir: “İrəvan quberniyasının Aleksandropol qəzasında mövcud olan, sonradan Düzkənd rayonuna aid olan Bacoğlu, Türk Qarakilsəsi, Təpədölək, Kiçik Keyti, Qonaqqıran və digər kəndlərdə daim azərbaycan türkləri yaşayıb. 1918-ci ildə azərbaycanlılar erməni soyqırımına məruz qalaraq yurdlarından didərgin salınıblar. Bu deportasiyadan sonra Türkiyədən ermənilər köçürülərək bu ərazidə yerləşdirilib. İndiki Ermənistanda sovet hökuməti qurulandan sonra sağ qalan azərbaycanlıların bir hissəsi öz evlərinə qayıdıblar. Lakin 1928-1929-cu illərdə azərbaycanlılar tamamilə başqa kəndə köçürülüb və oğuz-türk izləri silinməyə başlayıb”.
Diqqətə çatdırılır ki, Düzkənd rayonu 1937-ci il dekabrın 31-də yaradılıb, 1945-ci il dekabrın 7-dən etibarən isə Axuryan rayonu adlandırılıb. 1988-ci ilə qədər Düzkən rayonunun tərkibinə daxil olan kənd və digər yaşayış məntəqələrindən azərbaycanlı əhali sıxışdırılaraq deportasiaya məruz qalıb. Bununla da məkrli ermənilərin izitirmə siyasəti yeni vüsət alıb. 1995-ci ildə Ermənistanın yeni inzibati-ərazi bölgüsünə keçidi zamanı Düzkənd, yəni Axuryan rayonu ləğv edilib və Şirak mərzliyinin tərkibinə daxil edilib. Ermənistan rəhbərliyinin müxtəlif fərmanları ilə rayon üzrə, təqribən, 44 tarixi yer adları dəyişdirilib.
Sonda vurğulanır ki, Azərbaycan türklərinin dədə-baba yurdlarından olan Düzkənd rayonu da erməni saxtakarlığının qurbanı olub: “Tarixi reallığın unudulmaması naminə bu ərazidə qədimdən yaşayıb məskən salan insanların doğma yurda qayıtması isə zamandan doğan zərurətdir. Əminik ki, bu məqsədlə aparılan haqlı mübarizə uğurlu olacaq, o yerlərin əsl sahibləri isti ocaqlarına yenidən qovuşacaqlar”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır".

 Əntiqə Rəşid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:74
embedMənbə:https://adalet.az
archiveBu xəbər 10 Yanvar 2025 11:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see304

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see277

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see248

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see196

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see184

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see166

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see165

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see162

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see146

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see141

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see140

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see133

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see131

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see129

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see129

Neymar və het trik

04 Dekabr 2025 09:17see128

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see128

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see128

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see126

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri