Icma.az
close
up
RU
“Qərbi Azərbaycan rəssamları” kitabının təqdimatı olub

“Qərbi Azərbaycan rəssamları” kitabının təqdimatı olub

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 19 fevral, AZƏRTAC

Fevralın 19-da Qərbi Azərbaycan İcmasında “Qərbi Azərbaycan rəssamları” kitabının təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycana dair kitab və nəşrlərin İcmada təqdimatının artıq ardıcıl və məqsədyönlü ənənəyə çevrildiyini vurğulayıb. O bildirib ki, “Qərbi Azərbaycan rəssamları” kitabı təkcə sənət adamlarının yaradıcılıq irsinin toplanması baxımından deyil, həm də milli yaddaşın, mədəni kimliyin və tarixi varlığın sənət dili ilə ifadəsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, nəşr Qərbi Azərbaycanın mədəni mühitini sistemli şəkildə sənədləşdirərək gələcək nəsillər üçün etibarlı mənbə rolunu oynayacaq.

Kitabın “Ön söz”ünün müəllifi, sənətşünas, Azərbaycan Milli İncəsənət Muzeyinin Sərgi və tərtibat şöbəsinin müdiri, Azərbaycan Rəssamlar İttifaqının üzvü Əsəd Quliyev nəşrin elmi və bədii əhəmiyyətini qeyd edib. O bildirib ki, kitabda təqdim olunan materiallar həm sənətşünaslıq araşdırmaları, həm də muzey işi üçün dəyərli mənbədir və Qərbi Azərbaycan mənşəli rəssamların yaradıcılıq xəritəsini bütöv şəkildə əks etdirir.

İdarə Heyətinin üzvü, tarix üzrə fəlsəfə doktoru, Prezident Kitabxanasının şöbə müdiri Nazim Mustafa kitabı tarixi-mədəni kontekstdə qiymətləndirərək onun Qərbi Azərbaycanın intellektual və mədəni mühitinin öyrənilməsi baxımından mühüm qaynaq olduğunu bildirib. O qeyd edib ki, nəşr sənət tarixinin müəyyən bir istiqamətini sistemləşdirilmiş şəkildə təqdim edir.

İcmanın Qadınlar Şurasının sədr müavini, Qərbi Azərbaycan Televiziyasının rəhbəri, əməkdar mədəniyyət işçisi Telli Pənahqızı kitabın ictimai və maarifləndirici əhəmiyyətinə toxunaraq, bu cür nəşrlərin geniş auditoriyaya çatdırılmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, mədəni irsin təbliği informasiya platformalarında daha da gücləndirilməlidir.

İcmanın Nərimanov rayon nümayəndəsi və Nərimanov rayon bələdiyyəsinin sədri Təmraz Tağıyev nəşrin yerli İcmalar üçün də dəyərli istinad mənbəyi olduğunu bildirərək, belə layihələrin milli-mənəvi dəyərlərin qorunmasına xidmət etdiyini qeyd edib.

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Təsviri materiallar fondunun müdiri, memarlıq üzrə fəlsəfə doktoru, dosent Nardanə Yusifova kitabda toplanmış vizual materialların elmi təsnifat və arxivləşdirmə baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. O vurğulayıb ki, nəşr gələcək tədqiqatlar üçün etibarlı baza yaradır.

İcmanın aparat rəhbəri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Qalib Qasımov kitabın konseptual baxımdan sistemli və ardıcıl şəkildə hazırlandığını qeyd edərək, bu nəşrin Qərbi Azərbaycan mədəni irsinin sənət prizmasından təqdimatının mühüm mərhələ olduğunu vurğulayıb.

Kitabın müəllifi, Azərbaycan Jurnalistlər Birliyinin və Azərbaycan Rəssamlar İttifaqının üzvü, rəssam və araşdırmaçı Əli İsmayıl Əliyev nəşrin hazırlanma prosesi barədə məlumat verərək, əsas məqsədin qərbi azərbaycanlı rəssamların yaradıcılığını bir araya gətirmək, onların sənət irsini sənədləşdirmək və gələcək nəsillərə çatdırmaq olduğunu bildirib.

Çıxışların ardınca kitabın müəllifi Əli İsmayıl İcmanın İdarə Heyətinin sədri tərəfindən Fəxri Fərmanla təltif olunub.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:188
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Fevral 2026 23:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see306

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see285

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see262

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see257

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see251

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see232

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see227

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see216

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see212

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see211

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see208

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see206

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see200

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see193

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see192

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see189

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see187

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see177

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see175

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see166
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri