Qərbi Azərbaycan vilayətində döyüş 6 nəfər öldürüldü
Icma.az, Modern.az portalına istinadən məlumat verir.
İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) döyüşçüləri İranın şimal-qərbində yerləşən Qərbi Azərbaycan vilayətində bir qrup silahlını zərərsizləşdiriblər.
Modern.az İRİB agentliyinə istinadən xəbər verir ki, bu barədə SEPAH-ın "Həmzə Seyid əş-Şühəda" bazasındakı quru qoşunları qərargahının bəyanatına istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, SEPAH Mahabad və Piranşəhr rayonlarının yüksəkliklərində pusqu qurub. Artilleriya dəstəyinin də tətbiq olunduğu atışma nəticəsində 6 nəfərdən ibarət silahlı qrup məhv edilib. Döyüşdə həmçinin silah və sursatlar qənimət götürülüb.
Bundan əvvəl, elə həmin gün ölkənin qərbində yerləşən Kirmanşah vilayətinin Pave şəhərində silahlıların hücumu nəticəsində iki SEPAH üzvünün həlak olduğu, daha ikisinin isə yaralandığı məlum olub. İranın hərbi qanadı baş verən hadisəni terror aktı kimi xarakterizə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:135
Bu xəbər 02 İyul 2026 15:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















