Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Ayazlı saray, Ayarlı, Ayaslı, Ayğırgöl, Ayğırgöl türk tarixinin izləri Xəbər saytı Son xəbərlər və Hadisələr

Qərbi Azərbaycan Xronikası: Ayazlı saray, Ayarlı, Ayaslı, Ayğırgöl, Ayğırgöl türk tarixinin izləri Xəbər saytı Son xəbərlər və Hadisələr

Baku.ws saytına istinadən Icma.az xəbər verir.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə "Baku TV"də "Hayların hiyləsi - Ayaslı necə Ayqestan oldu?" adlı süjet hazırlanıb.

Süjetdə ermənilərin addəyişmə "terroruna" məruz qalan Ayazlı saray, Ayarlı, Ayaslı, Ayğırgöl toponimləri və Ayğırgöl hidronimi haqqında söz açılır.

Bildirilir ki, Qərbi Azərbaycan ərazilərində əsrlərdən bəri mövcud olan, lakin haylar tərəfindən dağıdılan yaşayış məskənlərinin izlərini müxtəlif yollarla itirmək ermənilər üçün əsas məqsəd olub.

Ayazlı Saray - Dərələyəz mahalında kənd olub. Adı tarixi mənbələrdə qeyd edilir.

Ayarlı - Karpibasar mahalının Üçkilsə, sonralar Eçmiədzin adlandırılan rayonda kənd adıdır. Azərbaycanlılar 1918-ci ildə, eləcə də 1924-1925-ci illərdə sıxışdırılaraq kənddən tamamilə çıxarılıblar. 1978-ci il yanvarın 25-də adı dəyişdirilib Lernamerdz qoyulub.

Ayaslı - Gərnibasar mahalının Qəmərli, sonralar Artaşat adlandırılan rayonda kənd olub. Ermənilər bura 1828-1829-cu illərdə İranın Xoy və Salmas bölgələrindən köçürülüblər. 1918-ci ildə kəndin adı dəyişdirilib Ayqestan qoyulub. 1929-1930-cu illərdə azərbaycanlılar tamamilə qovulublar.

Ayğırgöl - Karpibasar mahalının Üçkilsə, sonralar Eçmiədzin adlandırılan rayonda kənd adıdır. 1978-ci il yanvarın 25-də adı dəyişdirilib Aknaliç qoyulub.

Ayğırgöl - Karpibasar mahalının Üçkilsə, sonralar Eçmiədzin adlandırılan rayonda göl adıdır.

Sonda vurğulanır ki, Qərbi Azərbaycanın bu yaşayış məskənləri də xisləti düşmənçilik toxumu ilə yoğrulan ermənilərin yadlaşdırma siyasətinin qurbanı olub: "Lakin əminik ki, yaranan yeni reallıqlar əsasında əsl gerçəklik - qədim oğuz-türk torpaqlarının sahiblərinin yaxın gələcəkdə doğma yurda qayıdışı, eləcə də yer-yurd adlarının bərpası təmin olunacaq".

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlərdə ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı, yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray, istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiqləyən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://baku.ws
archiveBu xəbər 04 Dekabr 2024 08:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see304

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see224

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see216

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see201

Ən bahalı gənc futbolçular SİYAHI

06 Noyabr 2025 07:41see165

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see147

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see141

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see137

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see137

Fazil Mustafadan AzTV nin helikopter məsələsinə REAKSİYA

06 Noyabr 2025 23:47see136

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see134

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see131

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see131

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see129

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see128

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

ÇL: Qarabağ Çelsi oyunu bərabərə bitib

06 Noyabr 2025 07:44see125

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see122

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri