Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Hayların hiyləsi Ayaslı necə Ayqestan oldu?

Qərbi Azərbaycan Xronikası: Hayların hiyləsi Ayaslı necə Ayqestan oldu?

Icma.az bildirir, Oxu.az saytına əsaslanaraq.

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifliyi ilə Baku TV-də "Hayların hiyləsi - Ayaslı necə Ayqestan oldu?" adlı süjet hazırlanıb.

Bugünkü süjetdə ermənilərin "addəyişmə terroruna" məruz qalan Ayazlı saray, Ayarlı, Ayaslı, Ayğırgöl toponimləri və Ayğırgöl hidronimi haqqında söz açılıb.

Bildirilib ki, Qərbi Azərbaycan ərazilərində əsrlərdən bəri mövcud olan, lakin haylar tərəfindən dağıdılan yaşayış məskənlərinin izini müxtəlif yollarla itirmək ermənilər üçün əsas məqsəd olub.

Ayazlı saray - Dərələyəz mahalında kənd olub. Adı tarixi mənbələrdə qeyd edilir.

Ayarlı - Karpibasar mahalının Üçkilsə, sonralar Eçmiədzin adlandırılan rayonda kənd adıdır. Azərbaycanlılar 1918-ci ildə, eləcə də 1924-1925-ci illərdə sıxışdırılaraq kənddən tamamilə çıxarılıblar. 1978-ci il yanvarın 25-də adı dəyişdirilib Lernamerdz qoyulub.

Ayaslı - Gərnibasar mahalının Qəmərli, sonralar Artaşat adlandırılan rayonda kənd olub. Ermənilər bura 1828-1829-cu illərdə İranın Xoy və Salmas bölgələrindən ermənilər köçürülüblər. 1918-ci ildə kəndin adı dəyişdirilib Ayqestan qoyulub. 1929-1930-cu illərdə azərbaycanlılar tamamilə qovulublar.

Ayğırgöl - Karpibasar mahalının Üçkilsə, sonralar Eçmiədzin adlandırılan rayonda kənd adıdır. 1978-ci il yanvarın 25-də adı dəyişdirilib Aknaliç qoyulub.

Ayğırgöl - Karpibasar mahalının Üçkilsə, sonralar Eçmiədzin adlandırılan rayonda göl adıdır.

Sonda vurğulanıb ki, Qərbi Azərbaycanın bu yaşayış məskənləri də xisləti düşmənçilik toxumu ilə yoğrulan ermənilərin yadlaşdırma siyasətinin qurbanı olub: "Lakin əminik ki, yaranan yeni reallıqlar əsasında əsl gerçəklik - qədim oğuz-türk torpaqlarının sahiblərinin yaxın gələcəkdə doğma yurda qayıdışı, eləcə də yer-yurd adlarının bərpası təmin olunacaq".

Ümumiyyətlə, Qərbi Azərbaycana aid toponimlərin, oykonim, oronim və hidronimlərin öyrənilməsi və təbliği günümüzün reallığı olmaqla yanaşı, gələcək nəsillərin doğma yurd-yuvamıza sahib çıxması baxımından çox böyük məna və əhəmiyyət daşıyır. Çünki bunlar yerli xalqın tarixini, etnoqrafiyasını, coğrafiyasını əks etdirir. Hazırlanan süjetlə də ermənilər tərəfindən dəyişdirilən Qərbi Azərbaycan toponimlərinin tarixi və etimologiyası araşdırılır, həmçinin yer adlarının mənşəyi, mənası və sonrakı taleyi haqqında məlumat verilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Ətraflı süjetdə:

Qərbi Azərbaycan Xronikası: Hayların hiyləsi - Ayaslı necə Ayqestan oldu?

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:130
embedMənbə:https://oxu.az
archiveBu xəbər 04 Dekabr 2024 01:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see212

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see173

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see165

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see135

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see131

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri