Icma.az
close
up
RU
Qərbi Azərbaycan Xronikası: Gecəyarısı bacımla gedib atamın qəbrinin üstündən torpaq götürdük

Qərbi Azərbaycan Xronikası: Gecəyarısı bacımla gedib atamın qəbrinin üstündən torpaq götürdük

Oxu.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu "Həyat Hekayəsi" verilişinin növbəti buraxılışı hazırlanıb.

Oxu.Az xəbər verir ki, "Kəndi tərk edəndə 12 yaşım vardı, meşədə azmışdım" adlı veriliş Loru mahalı, Allahverdi rayonunun Böyük Ayrım kəndinin sakini Güllü Qocayevanın həyat hekayəsinə həsr olunub.

O, 1976-cı ildə doğulduğunu, uşaqlıq və məktəb illərinin xoş keçdiyini xatırladıb: "Uşaqlıqda yayda Ləlvər dağına köç edər, müxtəlif oyunlar oynayar, meşəyə gedər, meyvə toplayar, səhənglə bulaqdan su gətirərdik. Məktəbdə oxuyanda İrəvana olimpiadaya gedirdik. Babamın dörd kəndin arasında Daşkəsən adlı binəsi vardı. O cığırların hamısı gözümün önündədir".

Onun sözlərinə görə, 1988-ci ilin sentyabr ayında kəndin bütün uşaqları, qadınları Gürcüstanın Sadaxlı kəndinə yerləşdirilib: "Biz 15 gündən sonra kəndimizə döndük. İnsanlar təşviş, qorxu içində idilər. Noyabrın 28-də gecəyarısı xəbər gəldi ki, kəndi boşaltmalısınız. Kəndə yaxın sanatoriyaya Sumqayıtdan gəlmiş ermənilər yerləşdirilmişdilər. Onlar kəndə xətər yetirmək istəyirdilər. Əşyaları yavaş-yavaş yığışdıranda, nənəm anama dedi ki, biz oğlumun üstündən torpaq götürmədik. Qəbiristanlıq evimizdən 100 metr aralı idi. Mən bir yaş kiçik bacımla heç kimə demədən atamın qəbrinin üstündən torpaq götürdük. Qohumlar elə bilmişdilər ki, bizi ermənilər aparıblar. Torpağı gətirib nənəmə verəndə qabağımızda diz çökdü. Beləliklə, gecəyarısı hamı kənddən çıxdı. Meşə ilə gedib Axtala kəndindən keçib Gürcüstanın Sadaxlı kəndinə düşməli idik. Xeyli uzun yol idi. Hamı elini, obasını, ocağını qoyub köç edirdi. Yolda ermənilər dayanmışdı, camaatı yoxlayırdılar. Hamı ağlaya-ağlaya gedirdi. Balaca qardaşım qucağımızda idi, 5 yaşı vardı. Gecə saat 3-də göz-gözü görməyən duman gəldi. Mənim 12 yaşım vardı, yolumu azdım. Səhərə yaxın bir kəndə gəlib çıxdım. Bir qoca kişi dedi ki, bura Mollaoğlu kəndidir. Oradan da məni Sadaxlı kəndinə apardılar. Orada nənəm qurbanlıq kəsdi. Sonra Bakıda məskunlaşdıq".

Ürəyi kəndləri ilə döyündüyünü deyən G.Qocayeva doğma yurda qayıtmaq ümidini itirmədiyini söyləyib: "Atamın orada uyuyan qəbrini ziyarət etmək istəyirəm. Vətənimə, uşaqlıq həsrəti yaşadığım kəndimə, babamın, elimin-obamın yurduna mütləq dönəcəyik".

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüz minlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Qərbi Azərbaycan Xronikası: "Gecəyarısı bacımla gedib atamın qəbrinin üstündən torpaq götürdük"

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://oxu.az
archiveBu xəbər 17 May 2025 01:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see212

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see201

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see197

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see194

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see185

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see177

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see166

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see153

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see151

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see149

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see145

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see144

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see139

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see138

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see137

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see137

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri