Icma.az
close
up
RU
Qərbi Azərbaycana qayıdış hüququ təmin edilsin Azay Quliyev Ankara konfransından yazdı

Qərbi Azərbaycana qayıdış hüququ təmin edilsin Azay Quliyev Ankara konfransından yazdı

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Azay Quliyev, Milli Məclisin deputatı

Mayın 21-də Türkiyənin paytaxtı Ankarada keçirilmiş “Qərbi Azərbaycana Qayıdış – İnsan Hüquqlarının Aliliyinin Mühüm Şərti Kimi” mövzusunda beynəlxalq konfrans təkcə siyasi hadisə deyil, həm də regionda tarixi ədalətin bərpasına, etnik təmizləmənin nəticələrinin aradan qaldırılmasına və insan hüquqlarının qorunmasına yönəlmiş mühüm humanitar təşəbbüs kimi qiymətləndirilməlidir.

Bu tədbirin əhəmiyyəti onun miqyası və iştirakçıların təmsilçiliyi ilə də təsdiqlənir. Azərbaycan və Türkiyədən 250-yə yaxın iştirakçının, o cümlədən Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin, Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin birinci müavini Efkan Alanın, sədr müavini Zafer Sırakayanın, Türkiyə Böyük Millət Məclisinin komitə rəhbərlərinin, Azərbaycan Milli Məclisinin üzvlərinin, dövlət qurumlarının nümayəndələrinin, universitet rektorlarının, tanınmış alimlərin, iş adamlarının, qeyri-hökumət təşkilatları və media təmsilçilərinin qatıldığı konfrans Qərbi Azərbaycan məsələsinin artıq yalnız milli deyil, regional və beynəlxalq kontekstdə müzakirə mövzusuna çevrildiyini göstərdi.

Açılış mərasimində çıxış edən Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev Qərbi Azərbaycan məsələsinin Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildiyini vurğulayıb və dövlət başçısının konfrans iştirakçılarına ünvanladığı müraciəti səsləndirib.

Prezident İlham Əliyevin qəti mövqeyi və strateji mesajı

Azərbaycan Prezidenti İlham Əliyevin konfrans iştirakçılarına ünvanladığı müraciət həm hüquqi, həm də mənəvi baxımdan yol göstərici oldu. Prezidentin çıxışında Qərbi azərbaycanlıların doğma yurdlarına qayıdış hüququ insan hüquqlarının fundamental bir tələbi kimi dəyərləndirildi. Bu mesaj təkcə soydaşlarımızın tarixi haqlarını tanıtmaq deyil, həm də beynəlxalq ictimaiyyətə ünvanlanan hüquqi və siyasi çağırış idi.

Dövlət başçısının XX əsrin əvvəllərindən etibarən Ermənistan ərazisində azərbaycanlılara qarşı həyata keçirilən sistemli etnik təmizləmə siyasətinə diqqət çəkməsi bu gün də nəticələri hiss olunan bu tarixi ədalətsizliyin beynəlxalq tribunalarda gündəmə gətirilməsi üçün hüquqi baza yaradır. Prezidentin “bu qayıdış ərazi iddiası deyil, humanitar təşəbbüsdür” fikri isə təşəbbüsün sülhə, sabitliyə və barışa xidmət etdiyini açıq şəkildə ortaya qoyur.

Türkiyənin açıq dəstəyi və regional həmrəylik

Türkiyənin yüksək səviyyəli rəsmilərinin, o cümlədən Ədalət və İnkişaf Partiyasının birinci müavini Efkan Ala və sədr müavini Zafer Sırakayanın çıxışları, Türkiyə Böyük Millət Məclisinin komitə sədrlərinin iştirakı qardaş ölkənin bu təşəbbüsə verdiyi qəti və davamlı dəstəyi nümayiş etdirdi. “Bir millət, iki dövlət” fəlsəfəsinə uyğun olaraq, bu mövzuda göstərilən həmrəylik bölgədə barış və sabitlik naminə ortaq siyasi iradənin formalaşdığını göstərir.

Hüquqi və tarixi əsasların möhkəmləndirilməsi

Konfrans çərçivəsində keçirilmiş panel müzakirələr “Qərbi Azərbaycanın tarixi” və “Qərbi Azərbaycan: hüquqi və humanitar aspektlər” təşəbbüsün elmi-hüquqi bazasının möhkəmləndirilməsi baxımından mühüm rol oynadı. Tarixçilər və hüquqşünaslar tərəfindən təqdim olunan faktlar, sənədlər və beynəlxalq təcrübələr, bu məsələnin yalnız emosional deyil, eyni zamanda hüquqa əsaslanan praqmatik yanaşma tələb etdiyini ortaya qoydu.

Diplomatik uğur və yeni mərhələnin başlanğıcı

Azərbaycan nümayəndə heyətinin Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla keçirdiyi görüş, bu təşəbbüsün dövlətlərarası əməkdaşlıq kontekstində də strateji əhəmiyyət daşıdığını sübut etdi. Qərbi Azərbaycana qayıdış məsələsinin bu cür yüksək səviyyədə gündəmə gətirilməsi, diplomatik sahədə də yeni imkanlar və müttəfiqlik mexanizmləri formalaşdırır.

Ankarada keçirilən bu konfrans sübut etdi ki, Qərbi Azərbaycanlıların öz yurdlarına qayıdışı məsələsi milli məsələ olmaqla yanaşı, insan hüquqlarına dair qlobal prinsiplərin də təcəssümüdür. Təşəbbüsün beynəlxalq hüquqa, tarixi ədalətə və humanitar dəyərlərə söykənməsi onun legitimliyini və aktuallığını daha da artırır.

Bu səbəbdən, dünya ictimaiyyəti Qərbi Azərbaycana qayıdış təşəbbüsünə biganə qalmamalı, onu dəstəkləməli və beynəlxalq hüququn norma və prinsipləri əsasında bu çağırışa reaksiya verməlidir.

Qərbi Azərbaycana qayıdış sadəcə keçmişin bərpası deyil, gələcəyin daha ədalətli və sabit qurulması üçün vacib addımdır!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:87
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 23 May 2025 19:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see192

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see189

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see172

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see163

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see161

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see158

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see155

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see153

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see151

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see143

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see143

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see140

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see139

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see135

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see134

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see133

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see132

Dünyada ən çox televizor satan şirkətlər

11 Yanvar 2026 03:04see129

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see126

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri