Icma.az
close
up
RU
Статья не опубликована
Qərbi Azərbaycanın Göyçə mahalından olan deputatımız Paşinyana səsləndi: İki qəpiklik dəyəri olmayan layihənizi unudun!

Qərbi Azərbaycanın Göyçə mahalından olan deputatımız Paşinyana səsləndi: İki qəpiklik dəyəri olmayan layihənizi unudun!

Icma.az, Aznews.az portalına istinadən məlumatı açıqlayır.

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan Naxçıvanla Azərbaycanın Qərb hissəsi arasında maneəsiz dəmir yolu əlaqəsinin əleyhinə deyil. Baş nazirin sözlərinə görə, İrəvan Azərbaycana çox konkret təklif verib: "Bu, hətta təklif deyil, bu, bizim qiymətləndirməmizdə və açıq şəkildə həm Ermənistanın, həm də Azərbaycanın mövqelərini nəzərə alan məsələnin həllidir. Biz mövqeləri formalaşdırırıq, ifadə edirik, o mövqeləri paketləyirik və s. Lakin biz nəinki öz mövqelərimizi ifadə etmişik, həm də Azərbaycanın qaldırdığı məsələləri, həm də bizim tərəfimizdən qaldırdığımız məsələləri həll edən yollar təklif etmişik. Təklif edirik ki, Qərbi Azərbaycandan, yəni Azərbaycanın qərb rayonlarından Naxçıvan Muxtar Respublikasına və əksinə dəmir yolu yük əlaqəsi olsun. Amma eyni prinsiplə Arazdəyəndən Naxçıvan ərazisi ilə də əlaqə olsun, Mehriyə və əksinə".

Baş nazir qeyd edib ki, o cümlədən, beynəlxalq ticarət üçün Azərbaycan ərazisi vasitəsilə Ermənistana şərait yaradılsın: "Həmin təklifin mühüm nüanslarından biri də odur ki, atmosferi və münasibətlərdəki gərginliyi nəzərə alaraq, indiki mərhələdə biz bir müddət yükdaşımalara başlayacağıq, sonra atmosfer daha uyğun olanda sərnişin nəqliyyatı haqqında da düşünəcəyik. İndi, düzünü desəm, biz Azərbaycandan müsbət cavab gözləyirik. Azərbaycanın mövqeyini bilirəmsə, mən başa düşmürəm ki, onlar bunu niyə rədd etsinlər. Biz qaldırdığımız hər iki problemə cavab verən bir həll tapdıq".

Paşinyan vurğulayıb ki, bu təklif “Sülh kəsişməsi” proqramı çərçivəsində səslənən prinsiplərə tam uyğundur, eyni zamanda Azərbaycanın danışıqlar zamanı qaldırdığı gözləntilərə cavab verir: "Biz maneəsiz ünsiyyətin əleyhinə deyilik, lakin maneəsiz olmaq Ermənistan Respublikasının yurisdiksiyasından yan keçmək demək deyil". Paşinyanın Zəngəzur dəhlizinə Ermənistanın jurisdiksiyasının tətbiq etmək istəyi hansı müəmmalara yol aça bilər?

Millət vəkili Rizvan Nəbiyev "Sherg.az"a açıqlamasında deyib ki, Azərbaycan və Ermənistan qarşılıqlı olaraq bir-birlərinin ərazi bütövlüyünü tanıyır, suverenliklərinə hörmət edirlər.

Deputat bildirib ki, bu məsələlər sülh müqaviləsi layihəsinin mətnində də yer alıb. Amma Nikol Paşinyanın açıqlamasında Zəngəzur dəhlizində "hərəkətin maneəsiz təmini" ilə yanaşı, gündəmə gətirdiyi "Ermənistanın yurisdiksiya çərçivəsində" artıq ziddiyətli məqamları ortaya qoyur:

"Azərbaycan Ermənistanın suverenliyini sual altında qoymur.Yurisdiksiyanın tətbiqi isə dövlətin və hökumətin səlahiyyətlərinə aid çoxsaylı məsələlərin icrasını ehtiva edir. "Sabah yurisdiksiyanın tətbiqi çərçivəsində sərhəd kontrolu, gömrük rüsumu nəzərdə tutula bilər, pasport yoxnalışı ola bilər. Yəni dövlətin öz yurisdiksiyasını icra etməsi çox geniş anlam ifadə edir. O baxımdan Paşinyanın maneəsiz gediş-gəlişin təmin olunması və yurisdiksiya məsələsini paralel olaraq qabartması yeni suallar doğurur. Yurisdiksiya maneəsiz gediş-gəlişin təmin olunmasında məhdudlaşdırmalara səbəb ola bilər. Azərbaycan Prezidenti cənab İlham Əliyev nəqliyyat məsələlərinə həsr olunan müşavirədə bildirdi ki, Azərbaycanın Azərbaycana gediş-gəliş maneəsiz təmin olunmalıdır. Burada da, yəni Azərbaycanın qərb rayonlarından Naxçıvana və əks istiqamətdə heç bir gömrük nəzarətindən, sərhəd yoxlanışından söhbət gedə bilməz. Ermənistan tərəfi yurisdiksiya deməklə gələcəkdə dəhlizdə görmük nəzarətini, sərhəd yoxlanışı kimi məsələləri tətbiq edə bilər. Paşinyan ehtimal ki, məhz bunu nəzərdə tutur".

Parlament üzvü vurğulayıb ki, Baş nazir Paşinyanın Zəngəzur dəhlizinın açılması ilə bağlı belə bir açıqlama verməsinin bəzi obyektiv səbəbləri var:

"Bu da hazırda Ermənistanın düşdüyü vəziyyətlə bağlıdır. Paşinyan Davos Forumunda çıxış edərkən, cənab Prezidentin təbirincə, desək, iki qəpiklik dəyəri olmayan "sülh kəsişməsi" layihəsini gündəmə gətirdi və dedi ki, Ermənistan müstəqilliyini qazanandan bəri izolyasiya vəziyyətindədir. Düzdür, Paşinyan məhz işğalçılıq siyasətinin nəticəsində bu izolyasiyanı özlərinin yaratdığını demədi, amma izolyasiya sözünü işlətdi. Hətta bugün də təcrid olunmuş vəziyyətdə olduqlarını vurğuladı. Bununla Paşinyan nəyə işarə edir? Məsələn, Zəngəzur dəhlizinin açılışı dedikdə, nəzərdə tutulur ki, ilk istifadəyə verilən kommunikasiya xəttlərindən biri dəmiryolu nəqliyyatı olmalıdır. Ermənistanın dünya bazarına çıxışında 4 istiqamətdə dəmiryol xətti var, amma potensial olaraq. Biri Qazax istiqamətində - İcevan, digərləri Meğri,Türkiyə və Gürcüstandır. 4 yoldan 3-ü bugün Ermənistanın 30 illik təcavüzkar siyasətinin nəticələrinə görə bağlıdır. Gürcüstandan istifadə olunan yeganə xətt isə köhnəlib və uzundur, yükgötürmə qabiliyyətində və digər məsələlərdə də problemlər var. Həmçinin, bu yol Rusiya Dəmir Yollarının nəzarətindədir. İki dövlət arasında 2008-ci ildə 30 illik müqavilə bağlanılıb, icra və nəzarət Rusiya Dəmir Yollarına verilib. Müqavilə nəzərə tutur ki, hələ müddət tamam olanadək, məhz 2028-ci ildə bu müddətinin daha 10 il uzadılması məsələsinə baxılacaq. Ermənistan tərəfi istəyirdi ki, Gürcüstanın Qara dəniz limanlarına və oradan da dünya bazarına çıxmaq üçün təxminən 112 km-lik bir məsafəni qısaltsın. Bunun üçün təxminən 32 km.lik bir xətt çəkmək lazımdır. Hardasa 15 ildir danışıqlar aparılır. Bu layihənin investisiya dəyəri 250 milyon dollar təşkil edir. Amma icra olunmadı, çünki nə investor tapıldı, nə də siyasi iradə ortaya qoyuldu. Hətta Paşinyan hakimiyyətə gələndən sonra da bu məsələylə məşğul oldu, lakin həll edə bilmədi. Avtomobil yolu, Gürcüstandan keçən Yuxarı Lars yolu da qış aylarında donur, dumanlı, əlverişsiz olur. Bəzən Rusiya siyasi təzyiq vasitəsi kimi yolu bağlayır. Paşinyan da bu reallıqları görür. Bilir ki, ölkəsinin rifahının təmini Azərbaycan və Türkiyə ilə iqtisadi münasibətlərin normallaşmasından gedir. Bunun üçün də nəqliyyat və kommunikasiya xətllərinin açılması zərurətdir".

AzNews.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:51
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 04 Fevral 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see274

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see222

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see203

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see179

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see158

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see156

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see155

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see143

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see138

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see138

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri