Icma.az
close
up
RU
Qərbi azərbaycanlıların 87 faizi Ermənistanı 1988 ci ildə tərk edib

Qərbi azərbaycanlıların 87 faizi Ermənistanı 1988 ci ildə tərk edib

Azpost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Sosial Tədqiqatlar Mərkəzinin Qərbi Azərbaycanlılar arasında keçirdiyi rəy sorğusunun nəticələrinə əsasən, Qərbi Azərbaycanlıların 93.1%-i tarixən yaşadıqları torpaqları məcburiyyət altında tərk etdiklərini bildiriblər.

Bu nəticə Ermənistan hökumətinin etnik təmizləmə siyasətini təsdiq etməklə, azərbaycanlıların öz tarixi torpaqlarını zorakılıq, təzyiq və təhlükələr şəraitində tərk etmək məcburiyyətində qaldığını göstərir. 0.7%-lik göstərici isə könüllü olaraq köç edənlərin məhz 1988-ci ildən əvvəlki dövrə aid olanlar olduğunu müəyyən edir. Sorğu iştirakçılarının 6.2%-i bu sualı cavablandırmaqda çətinlik çəkib.

Sorğunun nəticələri Ermənistan hökumətinin azərbaycanlı əhaliyə qarşı məqsədyönlü deportasiya və etnik təmizləmə siyasətinin xüsusilə 1988-ci ildə daha intensiv xarakter aldığını deməyə əsas verir. Belə ki, sorğu iştirakçılarının mütləq əksəriyyəti, 87.1%-i tarixi torpaqları 1988-ci ildə tərk etdiklərini bildiriblər. Onların 3.0%-i 1960-cı ilədək, 9.9%-i 1960-1987-ci illərdə öz tarixi yurdlarını tərk etmək məcburiyyətində qalıb.

Tədqiqatın nəticələri 1988-ci ilin Ermənistan rəhbərliyinin etnik təmizləmə siyasətinin, zorakılıqların və kütləvi köçlərin pik mərhələsi olduğunu göstərir. Onların mütləq əksəriyyətinin yaşadığı rayonun coğrafi yerləşməsindən asılı olmayaraq, öz tarixi torpaqlarından qovulmasının bölgənin etnik və sosial strukturu üzərində uzunmüddətli təsirləri olub.

Sorğular 2025-ci ilin 9–12 yanvar tarixlərində, 1000 nəfər Qərbi Azərbaycanlı arasında keçirilib. Seçmə çərçivəsi onların əvvəllər yaşadıqları tarixi rayon və şəhərlər üzrə əhalinin paylanmasına proporsional müəyyən edilib. Məlumatların toplanılmasında kompüter dəstəkli telefonla müsahibə üsulundan istifadə olunub. Sorğular könüllü iştirak əsasında aparılıb və anonimlik təmin edilib. Respondentlərə nəticələrin yalnız tədqiqat məqsədləri üçün ümumiləşdirilmiş formada istifadə olunacağı barədə zəruri məlumatlar çatdırılıb. Sorğuda əhatə edilmiş respondent sayına əsasən, nəticələrin xəta əmsalı 95% əminlik intervalında 3% təşkil edir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://azpost.info
archiveBu xəbər 21 Yanvar 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see483

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see377

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see342

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see304

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see290

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see265

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see251

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see251

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see245

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see241

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see235

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see226

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see225

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see222

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see215

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see214

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see201

Rubio: Ərzaq ticarətindən siyasi və iqtisadi təzyiq vasitəsi kimi istifadə olunmamalıdır

01 Noyabr 2026 01:55see197

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see197

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri