Icma.az
close
up
RU
Qərbi Azərbaycanlıların zorla deportasiya edilməsi ermənilərin faşist siyasətinin mahiyyəti ilə bağlıdır Məlahət İbrahimqızı Yeni Gündəm

Qərbi Azərbaycanlıların zorla deportasiya edilməsi ermənilərin faşist siyasətinin mahiyyəti ilə bağlıdır Məlahət İbrahimqızı Yeni Gündəm

Icma.az, Yenigundem saytına istinadən bildirir.

Dünya ictimaiyyəti və beynəlxalq hüquq səviyyəsində Ermənistanın Azərbaycan xalqına qarşı irqi ayrı-seçkilik və nifrət zəminində həyata keçirdiyi etnik təmizləmə və deportasiya siyasəti ilə bağlı ciddi reaksiya verilməlidir. Fakt odur ki, Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı irqi ayrı-seçkilik və nifrət zəminində həyata keçirdiyi soyqırımı, etnik təmizləmə və deportasiya siyasəti əsrlər boyu davam etdirilib. Qərbi Azərbaycanda yaşamış yüz minlərlə soydaşımızın öz tarixi ata-baba yurdlarından zorla qovulmaqla Ermənistanın şovinist və etnik təmizləmə siyasətinə məruz qalıb.

Bunu Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

O qeyd edib ki, Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətini erməni hərbi canilərinin özləri də etiraf ediblər: “Bütün bunlar azərbaycanlılara qarşı olan nifrət siyasətinin Ermənistan rəhbərliyi tərəfindən məqsədli şəkildə planlaşdırıldığını təsdiq edir. Bu günlərdə keçmiş Ermənistan prezidenti hərbi cani Levon Ter-Petrosyanın yayılan videolarında səsləndirmiş olduğu fikirlər bunun bariz nümunəsidir. Məhz onun Qərbi Azərbaycandan soydaşlarımızın zorla qovulması ilə bağlı məsələyə toxunması bu məkirli siyasətin təzahürüdür. Sözsüz ki, 90-cı illərin əvvələrində Qarabağ və ətraf ərazilərdə törədilən soyqırımlarının məhz onların rəhbərliyi altında məqsədli olaraq həyata keçirilməsi bir daha erməni xislətini göstərir”.

Millət vəkili bildirib ki, azərbaycanlıların Ermənistandan qovulması erməni şovinistlərinin Azərbaycana qarşı ərazi iddialarını gerçəkləşdirmək üçün həyata keçirilən siyasətin tərkib hissəsi idi: “Bu məqsədlə azərbaycanlılara qarşı Basarkeçərdə, Uluxanlıda, Amasyada və bütövlükdə Zəngəzurda qəsdən etnik təmizləmə həyata keçirilib. Təsadüfi deyil ki, keçmiş hərbi cani olan Levon Ter-Petrosyan azərbaycanlıların Ermənistandan zorla qovulmasını “erməni xalqının böyük uğuru” kimi dəyərləndirib. Bütün bunlar onu göstərir ki, azərbaycanlıların Qərbi Azərbaycandan zorla deportasiya edilməsi ermənilərin uzun müddət düşünüb həyata keçirdikləri şovinist, faşist siyasətinin mahiyyəti ilə bağlı olub”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:77
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 16 Yanvar 2025 12:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see273

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see254

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see242

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see228

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see220

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see203

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see203

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see198

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see185

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see179

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see174

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see174

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see164

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see163

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see162

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see150

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see148

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see147

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see144

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri