Icma.az
close
up
RU
“Qərbin gücü yoxdur, Rusiya sülh istəmir...” Ukraynalı politoloqdan ÖZƏL AÇIQLAMA

“Qərbin gücü yoxdur, Rusiya sülh istəmir...” Ukraynalı politoloqdan ÖZƏL AÇIQLAMA

Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.

“Yaxın vaxtlarda vəziyyətin hansısa kritik şəkildə müsbətə doğru dəyişməsi gözlənilmir. Əksinə, proseslər indiki səviyyədə təxminən eyni formada qalacaq, yəni döyüş əməliyyatları davam edəcək. Rusiya bu günə qədər nə atəşkəsə, nə də heç olmasa müvəqqəti hərbi fasiləyə hazır olduğuna dair heç bir əlamət göstərmir”.
Bu fikirləri Bizim.Media-ya açıqlamasında ukraynalı hərbi ekspert Aleksandr Kovalenko deyib.
Ukrayna liderinin “Sky News”a son açıqlamalarını, Moskvaya qarşı sanksiyaların yetərsiz olduğunu şərh edən ekspert, prosesin daha da gərginləşə biləcəyini istisna etmir:
“Putin üçün prioritet məhz müharibənin davam etdirilməsidir və o, bunu atdığı addımlarla nümayiş etdirir. Onun son vaxtlar “Qərb-2025” hərbi təlimlərində hərbi geyimdə görünməsi də diqqətçəkən məqamdır.

Qeyd etmək lazımdır ki, Putin çox nadir hallarda hərbi forma geyinir. Bu isə simvolik jest kimi onun niyyətlərini açıq şəkildə ortaya qoyur. Bundan əlavə, yaxın zamanda Rusiya Silahlı Qüvvələrinin ali rəhbərliyində dəyişikliklərin şahidi olacağıq. Aydındır ki, Baş Qərargah rəisi Valeri Gerasimov vəzifədən kənarlaşdırılacaq. Onun yerinə əsas namizədlərdən biri isə general Mordviçev hesab olunur. Xüsusilə də o, özünü məhz “Qərb-2025” təlimlərində göstərmişdi”.

Kovalenko hesab edir ki, baş verən dəyişikliklər cəbhədə vəziyyətə ciddi şəkildə təsir edəcək və müharibə davam edəcək.
“Diplomatik arenada isə, şübhəsiz, sülh təşəbbüsləri adı altında müəyyən cəhdlər ediləcək. Amma əsasən bunlar imitasiya xarakteri daşıyacaq, xüsusən də Rusiya tərəfindən. Moskva bütün gücü ilə guya sülhməramlı diplomatiyaya hazır olduğunu göstərməyə çalışacaq ki, yalnız Donald Tramp Rusiyaya qarşı sanksiyalar tətbiq etməsin. Təəssüf ki, Putin hələlik bu məqsədinə nail olur. Tramp isə ikinci prezidentlik müddəti ərzində, Rusiya nə qədər cinayət törətsə və onu neçə dəfə aldatsa belə, indiyədək birbaşa Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyib”.
Ukrayna təhlükəsizlik zəmanətləri tələb edir.
Analitik qeyd edir ki, bunu davamlı olaraq Ukrayna prezidenti Volodimir Zelenski bildirir. Lakin bu günə qədər görürük ki, Qərb ölkələri Ukraynaya real, icra edilə bilən təhlükəsizlik zəmanətləri verə bilmirlər. Belə zəmanətlər yalnız kağız üzərində qalır:
“Reallıqda isə, məsələn, Polşa ərazisinə daxil olan pilotsuz uçuş aparatlarını (PUA) dayandırmaq məsələsində belə Qərb ölkələri sərt reaksiya göstərmir. Polşanın hava hücumundan müdafiə vasitələri onları tam şəkildə vurmaqda çətinlik çəkir. Eyni şəkildə, Ukrayna hava məkanında Rusiya dronlarını və kamikadzeləri NATO-nun resurslarından istifadə etməklə Qərb PUA müdafiə vasitələrinin vurması təklifi də analoji problemlə üz-üzədir. Yəni hansı təhlükəsizlik zəmanətlərindən danışmaq olar?”.
Aydın görünür ki, Ukraynanın irəli sürdüyü tələblər yerinə yetirilməyəcək:
“Ona görə də bu gün bizim üçün əsas məsələ Avropa İttifaqı və ABŞ tərəfindən göstərilən dəstəyin qorunub saxlanmasıdır. Halbuki ABŞ-ın yardımı artıq biznes münasibətləri formatına keçib. Yəni ABŞ silahları birbaşa Ukraynaya vermir, onları Avropaya satır, Avropa isə həmin silahları Ukraynaya ötürür.
Bununla belə, bizim üçün vacib olan odur ki, belə yardım həcmləri qorunub saxlanılsın və imkan daxilində artırılsın. Hazırda biz sülhdən, atəşkəsdən və təhlükəsizlik zəmanətlərindən danışmağa davam edirik. Amma yaxşı başa düşürük ki, Rusiya bu prosesdə maraqlı deyil, Qərb isə indiki vəziyyətdə etibarlı təhlükəsizlik zəmanətləri təqdim etmək gücündə deyil”, - deyə A.Kovalenko əlavə edib.
Tehran Orucoğlu, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:68
embedMənbə:https://bizim.media
archiveBu xəbər 20 Sentyabr 2025 16:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see648

Marneulidə “Borçalı Xalçası Keçmişdən Gələcəyə” adlı tədbir təşkil olunub

01 Fevral 2026 14:20see280

Tramp uzun müharibəyə girmədən İrana sürətli zərbə endirmək istəyir WSJ

01 Fevral 2026 12:43see254

Onlayn aldığı məhsulu geri qaytarmaq istəyi problemə çevrildi: Bizə dedilər ki, planşeti qoyub getsəniz, çölə atacağıq

01 Fevral 2026 19:13see245

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see243

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see204

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see202

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see187

“Anamı cavanlığımda başa düşmürdüm...” Barat Şəkinskayanın 94 yaşlı qızı

01 Fevral 2026 17:10see173

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see167

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see162

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see156

Bakıda Gənclər Festivalı keçirilir

01 Fevral 2026 18:31see148

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see147

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see146

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see144

Cəlilabadda DƏHŞƏT: Qardaşının azyaşlı uşaqlarına ağır xəsarətlər yetirdi

01 Fevral 2026 18:03see144

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see141

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see141

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri