Icma.az
close
up
RU
Qərbin maraqları Ukraynada sülhə mane olur? ŞƏRH

Qərbin maraqları Ukraynada sülhə mane olur? ŞƏRH

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Artıq Rusiya-Ukrayna müharibəsinin üçüncü ili arxada qalıb və dördüncü ilə başlanır. Bu müddət ərzində Avropa İttifaqının Ukrayna məsələsində mövqeyi zahirən birmənalı görünsə də, əslində ittifaq daxilində ciddi fikir ayrılıqları müşahidə olunur. Bu parçalanmanın gələcəkdə daha da dərinləşəcəyi ehtimal edilir”.

Bu sözləri Gununsesi.info-ya politoloq Samir Hümbətov bildirib:

“Bir qrup dövlət hesab edir ki, Rusiya ilə münasibətləri tamamilə pozmaq olmaz. Onlar enerji sahəsində Rusiyaya olan asılılığı əsas gətirərək, münasibətlərin tam kəsilməsinin zərərli olduğunu düşünürlər. Digər bir qrup isə qeyd edir ki, əgər Rusiya bu müharibədə qalib gələrsə, növbəti hədəf Avropa ola bilər. Bu baxımdan, Avropa üçün yeganə çıxış yolu Ukraynanı silahlandırmaq və müharibənin davamını dəstəkləməkdir.

Bu yanaşma Avropa İttifaqının sülh məsələsində o qədər də maraqlı olmadığını göstərir. Çünki müharibənin uzanması həm Ukraynanı, həm də Rusiyanı iqtisadi cəhətdən zəiflədərək nəticədə Rusiya tərəfinin danışıqlar masasında daha güzəştli mövqe tutmasına səbəb ola bilər”.

Politoloqun fikrincə, Ukraynanın Qərblə əlaqələrinin daha da dərinləşməsi, Rusiyanın isə iqtisadi baxımdan çöküşə doğru irəliləməsi diqqətdən kənarda qalmır:

“Belə bir şəraitdə Ukrayna müharibəsi Qərb üçün həm böhran, həm də fürsət xarakteri daşıyır. Avropa dövlətləri bu prosesə böyük maliyyə vəsaitləri ayırır, Ukraynanın silahlandırılması üçün ciddi resurslar sərf olunur. Hətta bu məqsədlə Rusiyanın Avropada dondurulmuş aktivlərindən də istifadə edilir.

Görünən odur ki, Qərb bu vəziyyəti öz maraqları çərçivəsində bir fürsətə çevirməyə çalışır. Müharibənin davam etməsi isə, təəssüf ki, onların bu maraqlarına tam uyğun gəlir”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 28 İyul 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlətçilik tariximizin şanlı salnaməsi

20 Sentyabr 2026 16:31see339

Sumqayıtda mənzil bazarında qiymət sıçrayışı: Köhnə tikililər bahalaşdı Video

20 Sentyabr 2026 14:09see286

Professor: Üzeyir Hacıbəylinin musiqisi Qazaxıstan mədəniyyətində xüsusi yer tutur

20 Sentyabr 2026 16:21see280

Özümü dəfn edib, yaşamağı bacaran adamam

20 Sentyabr 2026 12:26see270

Körpənin ilk nəfəsini gözləmədən gələcəyini dəyişə bilərik Hamiləlik zamanı müayinələr nə üçün vacibdir? Foto

21 Sentyabr 2026 03:30see230

Ağdamda quyudan kişi meyiti tapılıb

20 Sentyabr 2026 14:58see229

“Namaz qılmaq istəyirəm...”

20 Sentyabr 2026 21:52see227

Veyplər və erkən saç ağarması: həkimlər bir əlaqə görürlər, amma...

20 Sentyabr 2026 21:20see221

Yeni həftədə hansı bürclər şad xəbər eşidəcək?

20 Sentyabr 2026 23:39see208

Berlin meri türk ola bilər

20 Sentyabr 2026 23:34see207

REM yuxusu 83 xəstəliyin daha aşağı riski ilə əlaqələndirilir: araşdırma

20 Sentyabr 2026 20:37see198

Ermənistandakı Alban kilsləri ya dağıdılıb, ya da ermənilər tərəfindən mənimsənilib RƏY

20 Sentyabr 2026 16:44see197

20 Sentyabrın tarixi əhəmiyyəti: Dövlət hakimiyyəti bütün ölkədə tam təmin olundu

20 Sentyabr 2026 19:45see194

Qarabağda 3 867 sakin məşğulluğa cəlb edildi

20 Sentyabr 2026 13:28see193

Bundesliqa: Bayer inamlı qələbəyə sevindi

21 Sentyabr 2026 03:36see190

“Bavariya” prezidenti: “Yamal yaxşıdır, amma...”

21 Sentyabr 2026 03:39see190

Çinlə ABŞ arasında ticarət iqtisadi məsləhətləşmələr başlayıb

20 Sentyabr 2026 19:53see189

Diplomatların Qarabağa səfərinə Ermənistan cəmiyyətinin reaksiyası Azərbaycanın daxili işlərinə kobud müdaxilədir

20 Sentyabr 2026 23:11see187

Türkiyə Superliqası: Beşiktaş dan gözlənilməz məğlubiyyət Video

20 Sentyabr 2026 23:24see181

Biznesi sürətlə böyütməyin yolları

21 Sentyabr 2026 03:17see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri