Zülalın düzgün qəbul qaydaları: Həkimdən tövsiyələr
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
"Qida rasionunda zülalın çatışmazlığı onun həddindən çox olması qədər təhlükəli ola bilər. Bu, təkcə əzələ və bağlara deyil, həm də ürək, qaraciyər, böyrək və hətta dərinin işinə təsir göstərir".
Oxu.Az xəbər verir ki, bunu diyetoloq, endokrinoloq Darya Dibrova "İzvestiya" qəzetinə deyib.
"Zülal istehlakının norması insanın fiziki fəaliyyətindən, həmçinin onun sağlamlıq vəziyyətindən asılıdır. Orta norma aşağı fiziki fəaliyyəti, oturaq həyat tərzi olan şəxslər üçün minimum 1-1.2 q/kq bədən çəkisi zülaldır. Müntəzəm məşq edən insanlar üçün bu göstərici 1.6-1.8 q/kq-a qədər artır, çox sayda məşq fəaliyyəti olan insanlar, peşəkar idmançılar üçün isə 1.8-2.2 q/kq-a qədər artım tövsiyə olunur", - deyə Dibrova izah edib.
O qeyd edib ki, xəstəliklərdən sonra bərpa dövründə, həmçinin hamiləlik zamanı rasionda zülal miqdarının 1.6-2 q/kq bədən çəkisinə qədər artırılması tövsiyə olunur.
Həkimin sözlərinə görə, zülalın xroniki həddindən artıq olduğu halda ilk reaksiya verən mədə-bağırsaq traktıdır: ağırlıq, şişkinlik, meteorizm yaranır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 27 Oktyabr 2025 03:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















