Icma.az
close
up
RU
Qərib qəribi sükutundan tanıyır!

Qərib qəribi sükutundan tanıyır!

Icma.az xəbər verir, Bizimyol saytına əsaslanaraq.

Bu sabah çox kədərli xəbərlə açıldı. Zülfüqar Rüfətoğlunun ömrünün 66-cı ilində London xəstəxanasında ölüm xəbəri bir şeirində yazdığı “killer” gülləsi kimi gəldi.

Bütün ölümlər kədərlidir, bilirəm, qürbətdə ölməyin acısı isə bir başqadır!

Mən Zülfüqarı hələ 1992-ci ildə bir yerdə işlədiyimiz “Azərbaycan” qəzetindən tanıyıram. Bizim nəslə örnək olacaq qədər istedadlı jurnalistlərdən biri kimi rəğbətim vardı. Şeirlərinə sonralar heyran qalacaqdım. BBC-dəki verilişlərinə, səsinə də həmçinin. Amma bunların heç biri onu sonacan tanımağıma yetmədi.

Onu Londonda tanıdım.

Ailəmlə gəzməyə gələcəyimi ona yazanda sevindi, bizi aeroportda qarşılamağı bir dostundan xahiş etmişdi. Özü xəstə imiş. Ciddi xəstəliyini görüşəndə bildim. Bizi Londanla tanış elədi, restoranda qonaqlıq da verdi. Maraqlı söhbətləriylə ailəmin də rəğbətini qazandı. Sonra balaca Ayan mənə deyəcəkdi: “Ata, sən xoşbəxt adamsan, belə dostların var”. Ona verdiyimiz suallara həvəslə cavab verdi. Amma duyurdum ki, danışa-danışa susur.

Bir axşam isə orada yaşayan şair dostum Rauf Qaraişıqla bizi bir ingilis pabına apardı. Yağışlı bir gecədə unudulmaz anlar yaşadıq!

Dedim axı, qərib qəribi sükutundan tanıyır. İngilis pabında sükutumuz da dilə gəlmişdi. Və mən onun bu uzun illər qürbətdə yaşadıqlarını duya bildim – Zülfüqarı o gecə tanıdım. Geri qayıdanda daha şeirlərini də bir başqa gözlə oxudum. Zülfqar beləcə mənə doğmalaşdı.

Nigaran qaldığı çox şeylər, kəslər vardı bu dünyada. Hamı bu dünyada hər şeyini qoyub gedir. Qərib adam isə özüylə tək bir şey aparır – sükutunu…

Qayıtmayacağı yerə getdi, bir vaxt şerində yazdığı kimi:

“Qayıtmayan şeylər vardır –

Göz yaşı gözə qayıtmır,

Çox “hələlik” deyən dostlar,

Gedir və bizə qayıtmır”.

Nur içində yat, əziz Zülfüqar bəy!

Vahid Qazi

10 noyabr 2024

Helsinborq, İsveç

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Noyabr 2024 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see387

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see352

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see332

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see331

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see329

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see311

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see307

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see284

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see274

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see264

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see263

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see257

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see256

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see255

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see238

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see218

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see214

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see206

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri