Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Qəribə amma həqiqət: Beynimiz daim öz özünü yeyir!

Qəribə amma həqiqət: Beynimiz daim öz özünü yeyir!

News24 saytına istinadən Icma.az xəbər verir.

İnsan beyninin imkanları uzun müddət dəyişməz hesab olunurdu. Alimlər düşünürdülər ki, yetkin insan beyninin əsas quruluşu sabitdir, yəni uşaqlıqda yaranan sinir əlaqələri əsasən dəyişməz qalır. Lakin zaman keçdikcə aparılan tədqiqatlar göstərdi ki, bu fikir öz etibarlılığını itirir.

News24.az-ın xəbərinə görə, indi artıq qəbul edilir ki, beynimiz düşündüyümüzdən daha elastik, dəyişikliyə açıq və dinamik bir quruluşa malikdir. Bu elastiklik təkcə beynin yeni şeylər öyrənmə qabiliyyəti ilə bağlı deyil. Eyni zamanda bu, onun öz-özünü tənzimləməsi və lazım olduqda bəzi hissələrindən xilas olma qabiliyyəti ilə də birbaşa əlaqəlidir. Üstəlik, bu "xilas olma" prosesi düşünüləndən daha radikaldır: Beyn vaxtaşırı öz hüceyrə və əlaqələrini sözün əsl mənasında məhv edir.

Bədənimizdə çoxlu həyati proseslərin əsasını təşkil edən fagositoz, hüceyrələrin zərərli və ya artıq işləməyən strukturları udub məhv etməsini təmin edən mexanizmdir. İmmun sistemimiz bu prosesə tez-tez müraciət edir: ağ qan hüceyrələri basqın edən bakteriya və ya virusları fagositoz edərək orqanizmi qoruyur. Amma bu proses təkcə xəstəlik vaxtı deyil, həm də beynin öz daxilində daim davam edir.

Beyndə baş verən fagositozun əsas məqsədi sistemin düzgün işləməsini təmin etməkdir. Çünki beynin normal fəaliyyəti zamanı çoxlu tullantı maddələr yaranır. Hüceyrə səviyyəsində yaranan bu "dağıntı" vaxtında təmizlənməsə, yığılıb işləməyə mane ola bilər. Buna görə də, evdə müntəzəm təmizlik aparılması kimi, beynin də daxilində fasiləsiz bir baxım prosesi həyata keçirməsi lazımdır.

Beyin enerji baxımından orqanizmin ən tələbkar orqanlarından biridir. Təkcə əsas funksiyalarını yerinə yetirərkən belə, mövcud enerji ehtiyatlarının təxminən üçdə birini istifadə edir. Bu sıx istehlak hüceyrələr arasında daimi informasiya ötürülməsi, kimyəvi siqnalların ötürülməsi və strukturu dəyişikliklərin baş verməsi deməkdir. Bu da özü ilə artıq maddələri, istifadə olunmayan sinapsları və zamanla funksiyasını itirən hüceyrələri gətirir.

Yuxu zamanı bu təmizlik fəaliyyətləri daha sıx şəkildə baş verir. Yuxu haqqında olan çoxlu nəzəriyyələrdən biri də ondan ibarətdir ki, beyin bu dövrü bir növ "gecə növbəsi" kimi istifadə edir: gün ərzində yığılan sinir tullantıları yuxu zamanı fagositik hüceyrələr tərəfindən aradan qaldırılır.

Fagositoz təkcə təmizlik üçün deyil, inkişaf prosesində də əsas rol oynayır. Xüsusilə yeniyetməlik dövrünə qədəm qoyulduqda, "sinaptik kəsmə" adlanan proses başlayır. Bu dövrdə uşaqlıqda yaranan və artıq aktiv istifadə olunmayan sinir əlaqələri müəyyən edilib sistemdən çıxarılır. Bu həm enerjiyə qənaət edir, həm də beynin daha səmərəli işləməsinə imkan verir. Yəni beyin istifadə olunmayan yolları bağlayır və resurslarını daha vacib vəzifələrə yönəldir.

Bu proses təkcə təmizlik deyil, eyni zamanda yenidən qurulmadır. Beyn lazımsız əlaqələri aradan qaldıraraq idrak qabiliyyətini daha diqqətli və effektiv edir.

Beyin haqqında ən təəccüblü həqiqətlərdən biri onun statik deyil, daim forma dəyişən, özünü yeniləyən və lazım olduqda öz strukturlarını fəda edə bilən bir orqan olmasıdır. Onun elastikliyinin və uyğunlaşma qabiliyyətinin mənbəyi də buradadır. Amma bu elastiklik təkcə yeni şeylər öyrənmək qabiliyyəti ilə deyil, eyni zamanda köhnəni tərk etmək cəsarəti ilə mümkün olur./hit.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:223
embedMənbə:https://news24.az
archiveBu xəbər 01 Avqust 2025 20:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see510

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see481

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see294

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see273

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see267

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see264

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see255

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see255

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see253

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see248

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see244

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see232

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see229

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see228

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see221

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see220

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see208

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see204

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see202

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri