Qəşəm İsabəyli ilə görüş keçirildi
Icma.az bildirir, Adelet.az portalına istinadən.
27 oktyabr 2026-cı ildə XII Bakı Beynəlxalq kitab sərgisində Azərbaycan Yazıçılar Birliyinin üzvü, Beynəlxalq Andersen Fəxri Diplomu laureatı Qəşəm İsabəylinin uşaqlar üçün yazdığı, Parafraz nəşrlərində yenicə çapdan çıxmış “Elnur, Əkil və onların başına gələnlər” adlı nağıl-romanının təqdimatı və oxucularla görüşü keçirilmişdir.
Təqdimatın moderatoru yazıçı, şair, filologiya elmləri doktoru, professor Zahid Xəlil Qəşəm İsabəylinin yaradıcılığı, bu günədək 40-dan çox kitabının işıq üzü görməsi, dünyanın bir sıra ölkələrində yayımlanan nüfuzlu jurnallarda hekayələrinin dərc olunduğu, bir çox sanballı mükafatlara layiq görülməsi haqqında oxuculara geniş məlumat verdi.
Parafraz nəşrlərin direktoru Cavid Qədir “Elnur, Əkil və onların başlarına gələnlər” nağıl-roman haqqında oxuculara məlumat verərək onun uşaqlara dostluq, dürüstlük barədə tövsiyələr verdiyini, problemin həll yolları və təşəbbüskarlıq kimi mühüm keyfiyyətləri aşılamasından söz açdı.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Xaqani Şirvani adına Aran regional filialının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Yaqut Bahadurqızı çıxış edərək Qəşəm İsabəylinin istər şeirlərinin, istərsə də hekayələrinin oxucuya vətən sevgisi, övlad məhəbbəti, yurda bağlılıq, zəhmətsevərlik, dürüstlük təlqin etdiyini, onun yazı, dil üslubunun folklorumuzdan qaynaqlandığını, doğulub böyüdüyü elin-obanın etnoqrafiyasını, adət-ənənələrini, təbiətini əsərlərinə hopdurmasını və buna görə də oxunaqlı olmasını qeyd etdi.
“Dədə Qorqud” Beynəlxalq mükafatı laureatı, şair Tariyel Ümid isə çıxışında Qəşəm İsabəylinin kitablarının həyatiliyindən, obrazların canlılığından bəhs edərək bu kitabları uşaqlığın işıqlı, rəngarəng dünyasına açılan bir qapı olduğunu vurğuladı.
Görüşdə yazıçı, şair Qəşəm İsabəyli xarakterik obrazları, əsərlərinin mövzu rəngarəngliyindən bəhs edərək şeirlərindən nümunələr səsləndirdi.
Yaqut Bahadurqızı
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:58
Bu xəbər 28 Oktyabr 2026 17:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















