Qətər ABni təhdid etdi: Qazı tədarükünü dayandıracaq
Axar.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Avropa Birliyi parnik qazı tullantıları tələbini yerinə yetirməyən şirkətlərə cərimə tətbiqini nəzərdə tutan qanunu qəbul etsə, Qətər Aİ-yə qaz tədarükünü dayandıra bilər.
Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Qətərin energetika naziri Saad Əl Kaabi deyib.
“Avropaya tədarükdə gəlirimin 5%-ni itirəcəyəmsə, oraya tədarük gerçəkləşdirməyəcəm. Mən blef etmirəm. “QatarEnergy”nin 5% gəliri Qətər dövlətinin 5% gəliridir. Bu, xalqın pullarıdır və mən onları itirə bilmərəm. Heç kim belə pulların itirilməsi ilə barışa bilməz”, – o bildirib.
Qeyd edək ki, 2027-ci ildə qüvvəyə minəcək qanuna görə, şirkətlərə illik gəlirinin 5%-i həcmində cərimə qoyula bilər. Qanunda məqsədin Avropada 2050-ci ilə qədər parnik qazları tullantılarını sıfıra endirmək olduğu bildirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 22 Dekabr 2024 17:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















