Qətəri məğlub edərək dünya çempionatına vəsiqə qazandıqdan sonra bütün Özbəkistan komandasına avtomobillər hədiyyə edilib
Icma.az bildirir, Oxumeni.az portalına istinadən.
2026-cı il dünya çempionatının Asiya seçmə mərhələsinin 10-cu turunun oyunundan sonra Özbəkistan millisinin bütün futbolçularına və məşqçilər korpusunun üzvlərinə avtomobil hədiyyə edilib.
Oxuməni.az xəbər verir ki, bu barədə “Çempionat” məlumat yayıb.
Təsnifat mərhələsinin final oyununda Özbəkistan Qətər üzərində qələbə qazanıb (3:0). Xatırladaq ki, bundan əvvəl komanda 2026-cı ildə ABŞ, Kanada və Meksikada keçiriləcək dünya çempionatının final mərhələsinə vəsiqəni ilk dəfə təmin etmişdi.
Özbəkistan millisinin hər bir üzvü üçün avtomobillər birbaşa futbol meydançasına aparılıb.
Özbəkistan Qətər üzərində qələbədən sonra 10 turda 21 xal toplayaraq 1-ci qrupda birinci yerə yüksəlib. İkinci yeri doqquz oyundan 20 xalla İran millisi tutur. Son turda iranlılar KXDR millisi ilə qarşılaşacaq. Xatırladaq ki, ilk iki yer 2026-cı il dünya çempionatının final mərhələsinə vəsiqəni təmin edir.
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 11 İyun 2025 11:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















