Icma.az
close
up
RU
“Mükəmməlliyin sərhədi yoxdur!”

“Mükəmməlliyin sərhədi yoxdur!”

Moderator.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Prezident İlham Əliyevdən inkişaf və tərəqqi üçün yeni düstur...

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 5 yanvar 2026-cı il tarixində yerli televiziya kanallarına verdiyi müsahibədə dövlətimizin yaxın keçmişi ilə yanaşı, bugünü və gələcəyi ilə bağlı da bir sıra məqamlara aydınlıq gətirib, mühüm faktlara diqqət çəkib.

44 günlük Vətən müharibəsi və Azərbaycan Silahlı Qüvvələrinin bu müharibədə göstərdiyi misilsiz qəhrəmanlıq hər bir müsahibəsində olduğu kimi bu müsahibəsində də dövlət başçısının toxunduğu əsas mövzulardan biri olub. Müzəffər Ali Baş Komandan bildirib ki, Azərbaycan 44 günlük Vətən müharibəsinin hər bir mərhələsini təhlil edərək özünün güclü tərəfləri ilə yanaşı, inkişaf etdirilməsi gərəkən tərəflərini də müəyyən edib və post-müharibə dönəmində bu istiqamətdə ciddi addımlar atıb:

“Ermənistanın nümunəsi də gözümüzün qabağındadır. Bu müştəbehlik və yalançı özünütərif onların 2020-ci ildə, daha sonra isə 2023-cü ildə torpaqlarımızdan rüsvaycasına qaçmağa məcbur olmaları ilə nəticələndi. Buna görə də dərhal Silahlı Qüvvələrimizi gücləndirməklə məşğul olmağa başladıq. Xüsusilə İkinci Qarabağ müharibəsi həm güclü tərəflərimizi, həm də daha yaxşı nəticələr əldə etmək də daxil olmaqla, idarəetməni təkmilləşdirmək üçün fəal şəkildə işləməli olduğumuz sahələri açıq şəkildə nümayiş etdirdi. Çünki hətta Zəfərlə nəticələnsə və bizimki kimi müzəffər olsa belə, nəticə çıxarmaq üçün həmişə əvəzsiz bir təcrübədir. Mən məhz bunu əsas götürdüm.

Güclü tərəfləri gözəl bilərək, eyni zamanda, biz lazım olanları düzəltməklə məşğul olduq. Hərçənd onların sayı az idi. Amma, necə deyərlər, mükəmməlliyin sərhədi yoxdur”.

Dövlət başçısının səsləndirdiyi bu fikirlər Azərbaycanın zəfərə baxışı ilə yanaşı, həm də gələcəyə və tərəqqiyə olan baxışını əks etdirir. Prezidentin məlum çıxışı onu deməyə əsas verir ki, Azərbaycan dövləti zəfərə gedən yolda belə çatışmazlıqları təhlil etmək, qələbə sevinci içində belə gələcək qarşıdurma və mübarizələrə hazırlaşmaq müdrikliyinə qadirdir.

Bundan başqa, İlham Əliyevin səsləndirdiyi bu fikirlər Müzəffər Ali baş Komandanın, onun timsalında Azərbaycan dövləti və xalqının zəfərə və tərəqqiyə olan münasibətini əks etdirir. Bu yanaşma sübut edir ki, Prezidentimiz və dövlətimiz üçün tərəqqi, mükəmməllik hansısa mərhələdə bitən, başa çatan, yekunlaşan bir proses deyil. Əksinə, tərəqqi və mükəmməllik heç vaxt bitməyən, daim davam edən, sonu olmayan prosesdir. Eyniylə, Prezident İlham Əliyevin dediyi kimi, “mükəmmlliyi sərhədi yoxdur!” Buna görə də mükəmməllik davamlı səy, dinamiklik və fasiləsizlik tələb edir. Kim ki, tərəqqi və mükəmməllik üçün zəruri olan bu şərti gözləyir, o, hər zaman gücün zirvəsində qərar tutmağı bacarır. Buna nümunə olaraq Azərbaycan örnəyini göstərmək olar. 44 günlük Vətən müharibəsində dövlətimizin əldə etdiyi tarix zəfər və bu zəfərdən sonra da ölkəmizin öz liderlik mövqeyini qoruyub saxlaması, Azərbaycanın “mükəmməllik disturu”na bələd olduğunu göstərir. Və Prezident İlham Əliyevin müsahibəsi onu deməyə imkan verir ki, Azərbaycan bundan sonra da mükəmməlliyin sərhəd tanımayan sonsuzluğunda əzmlə irəliləməkdə davam edəcək, öz liderlik taxtında əbədi qərarlaşacaq.

Seymur ƏLİYEV

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://moderator.az
archiveBu xəbər 10 Yanvar 2026 20:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see373

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see286

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see284

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see281

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see280

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see274

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see273

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see255

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see252

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see247

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see243

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see241

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see236

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see224

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see216

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see216

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see215

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see198

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see191

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri