Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

Qazancımızın neçə faizi ərzağa gedir?

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

2025 ci il kifayət qədər uğurlu oldu

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

ChatGPT də problem yarandı

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Qətiyyətli adamın qızıl fiti və ya hakim mərkəzi göstərir Tofiq Bəhramov 100 KONKRET

Qətiyyətli adamın qızıl fiti və ya hakim mərkəzi göstərir Tofiq Bəhramov 100 KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

Onun haqqında çoxlu yazılar yazılıb, filimlər çəkilib, televiziya proqramları hazırlanıb. Dünyanın elə bir ölkəsi yoxdur ki, onun qətiyyətindən xəbərdar olmasınlar. Sadəcə son anda verdiyi  qərarla milyonların yaddaşında qalan insanı bu gün hər kəs xatırlayır. Ən yüksək texnologilayaların istifadə edildiyi dövrdə də onun düzgün qərar çıxartdığı sübuta yetirilib. Bəli, söhbət bu gün  100 yaşı tamam olan əfsanəvi Azərbaycan hakimi Tofiq Bəhramovdan gedir.  

Tofiq Bəhramovun şəxsiyyəti barədə çox yazılıb. Onun özünə məxsus keyfiyyətləri, qətiyyəti keçmiş SSRİ-nin Hakimlər Komitəsində hər kəsə bəlli idi. Ona görə də Tofiq müəllim o vaxtkı SSRİ çempionatının ən prinsipal oyunlarına təyinat alırdı. “Spartak”-“Dinamo”(Kiyev), “Dinamo”(Kiyev) – “Dinamo”(Moskva) və digər prinsipal matçlara həmyerilimizin təyinatı, həmin komandalarda da arxayınlıq yaradırdı. Hər kəs bilirdi ki, oyunu idarə edən Bəhramovdursa görüşdə ədalət sona qədər qorunacaq. Həmişə də belə olurdu və Tofiq müəllim əbəs yerə SSRİ-nin ən yaxşı hakimlərindən biri deyildi.  Məhz buna görə də, Tofiq Bəhramov 1966-cı ildə İngiltərədə keçirilən futbol üzrə  dünya çempionatına dəvət alan hakimlər sıyahısına daxil edilmişdi. Həmyerlimizin çempionatın final oyununu idarə edən hakimlər sırasında yer alması, ona olan inamın nəticəsi idi. Həlledici matçda İngiltərə millisi Almaniya Federativ Respublikasının futbolçuları ilə qarşılaşırdı. Hər şey də həmin matçda baş verdi və bütün dünya Tofiq Bəhramovdan danışdı. Bu gün 100 illik yubileyini qeyd etdiyimiz Tofiq Bəhramov həmin gün dünya futbol tarixinə adını qızıl hərflərlə yazdırdı.

Dünya şöhrətli hakimimizin 100 illik yubileyi ilə bağlı  Tofiq Bəhramovun yetirməsi və “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyinin sədri Gülağa Cabarov öz xatirələrini KONKRET.az-a danışıb:

“Bütün dünyanın susduğu an  Tofiq müəllimin qətiyyətli qərarı hər şeyi dəyişdi. Bu qərar Azərbaycanı bir anda bütün dünyaya tanıtdı. Əlbəttə, bu tarixi qərar haqqında fikirlər birmənalı ola bilməzdi. Çünki, futbol oyunu dünyanın ən çox sevilən idman növüdür. Hər bir azarkeş subyektiv  fikrə malikdir. Mən sizə bir insanın fikrini çatdırmaq istəyirəm. Bu, həmin çempionatın iştirakçısı, futbol hakimi, almaniyalı Rudolf Kreytleyndir.  Əgər almanlar finala çıxmasaydı, o final matçının baş hakimi olacaqdı. Rudolf Kreytleyn matçın ertəsi  günü Tofiq Bəhramovun qərarını dəstəklədiyini və bu qərara hörmətlə yanaşmağı xahiş etmişdi.

Mən bu tarixi oyunu uşaq vaxtı televiyadan  izləmişəm. Sonralar futbolçu fəaliyyətimi bitirib hakimliyə başlayarkən və hər dəfə Tofiq müəllimlə rastlaşıb, onunla söhbətləşəndə unudulmaz, qəribə hisslər keçirirdim. Sonralar onun nə qədər səmimi, sadə, pozitiv  insan olduğunu gördüm. O, hamı üçün beləydi.

Evlərinə tez-tez gedirdim. Onunla dənizkənarı bulvarda gəzib, söhbət edirdik. Yanımızdan ötənlərin böyük əksəriyyəti Tofiq müəllimə salam verib keçərdi. Tofiq müəllim insanlarla münasibətdə həmişə diqqətli idi. Hətta bir dəfə məni özü ilə yaşadığı binanın sakinlərinin ümumi yığıncağına da aparmışdı. İnsanların ona olan baxışları və münasibəti mənə xüsusi zövq verirdi. Mən fəxr edirdim ki, Tofiq müəllimin yanındayam və onun yetirməsiyəm.

Daha bir tarixi faktı qeyd edim. Mövsümün əvvəlində Azərbaycan hakimlərinin siyahısı təsdiq olunur və Moskvaya göndərilirdi. Mənim adım siyahının  lap aşağısında  qeyd olunmuşdu. Sonradan Tofiq müəllim öz  imzası ilə mənə şəxsi təqdimat hazırladı və bu sənəd  Moskvaya göndərildi. Azərbaycanda bu təqdimat haqqında heç kimin xəbəri yox idi. Bu xüsusi təqdimat sonralar mənim hakimlik həyatımda böyük rol oynadı. Ümumiyyətlə, mənim hakim kimi formalaşmağımda onun əvəzsiz zəhməti olub”.

 Tofiq müəllimdən danışan qocaman hakim sanki kövrəlir və öz müəllimi qarşısında imtahana hazırlaşır. Necə də olmasa Gülağa Cabbarovun hakim kimi yetişməsində Bəhramovun əvəzsiz xitməti olub:  “Tofiq müəllim  hakimlik fəaliyyətini bitirdikdən sonra SSRİ hakimlərinin ən yüksək qrupunun təlim-məşq toplantısının rəisi seçilmişdi. Həmin il biz Krasnodarda  təlim-məşq toplantısında iştirak edirdik. Tofiq müəllim isə elit hakimlərlə Soçi şəhərində idi. Bir gün Tofiq müəllim vaxt tapıb bizimlə görüşməyə gəldi. O gələn vaxt bizdə fasilə olduğu üçün bütün iştirakçılar həyətə çıxmışdılar. Azərbaycan hakimləri bir yerə toplaşıb söhbət edirdik. Bu zaman başqa respublikadan olan bir hakim həyəcanla qışqırdı: “Uşaqlar, Bəhramov gəlir”. Həmin hakimin həyəcandan səsi titrəyirdi. Elə bil 100 il görmədiyi bir insanı görürdü.  Bu səs bu gün də qulağımdadır. Tofiq Bəhramov yeganə hakim idi ki, ona 51 yaşı tamam olana qədər hakimlik etməyə icazə verilmişdi. Yalnız Tofiq müəllim  SSRİ-ni  iki dəfə dünya çempionatında təmsil etmişdi. Hətta deyilənə görə 1974-cü il Dünya çempionatı Almaniyada yox, başqa ölkədə keçirilsəydi, ölkəni yenidən Tofiq Bəhramov təmsil edəcəkdi. 1970-ci il dünya çempionatının yarım final matçı və 1968-ci il Avropa çempionatının oyunları məhz Tofiq müəllimə həvalə edilmişdi. 1966-cı il Dünya çempionatına qədər yalnız final oyununun baş hakiminə “qızıl fit” mükafatı verilirdi. Həmin ildən sonra bu mükafat hakimlər briqadasının hər bir üzvünə verilməyə başladı.

O, ölkə çempionatının həmişə prinsipial oyunlarını idarə edirdi. 1970-ci il SSRİ çempionatının yekununda 2 komanda MOİK və “Dinamo Moskva” komandaları bərabər xal toplamış və qalibi müəyyən etmək üçün əlavə oyuna ehtiyac yaranmışdı. Daşkənd şəhərində keçirilən bu matçı Tofiq Bəhramov  ustalıqla idarə etmişdi. O, 1972-ci ildə UEFA kubokunun final matçı “Vulverhemton” – “Tottenhem”, Çempionlar liqasının yarım final matçı “Mançester Yunayted” – “Real Madrid” və Qitələrarası kubokun final matçı “İndependyente” – “Ayaks” oyunlarının baş hakimi olub.

1992-ci ildə AFFA təsis olunduqdan sonra Tofiq müəllim AFFA-nın ilk baş katibi olub. Həmin il Böyük Britaniyanın  Baş naziri Margaret Tetçer Azərbaycanda səfərdə olan zaman  xahiş etmişdi ki, onunla görüşə Tofiq Bəhramov da dəvət olunsun. Dünya şöhrətli qapıçı, “Qızıl top”un  sahibi  Lev Yaşin futbolçu karyerasını bitirən zaman vida matçını Tofiq Bəhramovun idarə etməsini  xahiş etmişdi. Həmin matçda dünya futbolunun ulduzları iştirak edirdilər.

15 il əvvəl- 2010-cu ildə tanınmış ingiltərəli hakimi Qrem Pollun  Tofiq Bəhramovu dünyanın “Ən yaxşı 50 futbol hakimi” siyahısına daxil etməsi həmyerlimizə hörmət və ehtiramdan irəli gəlir”.

 Gülağa müəllim, sonda bir daha İngiltərə-Almaniya matçında baş verənlərə qayıdır: “Bu gün müasir texnologiyaların tətbiq edildiyi oyunlarda bəzən səhvlərə yol verilir. Amma 2016-cı ildə “Sky Sports” kanalı müasir video-texnologiyaların köməyindən yararlanaraq Tofiq Bəhramovun düzgün qərar qəbul etdiyini, topun həqiqətən qapı xəttini keçdiyini sübut edib”.

Vəli Həsənoğlu,

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:121
embedMənbə:https://konkret.az
archiveBu xəbər 29 Yanvar 2025 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see214

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see197

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see195

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see180

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see173

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see166

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see164

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see163

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see150

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see147

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see144

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see142

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see139

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see138

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see135

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see132

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri