Icma.az
close
up
RU
“Tofiq Bəhramov 100 il” Gülağa Cabarovun xatirələri

“Tofiq Bəhramov 100 il” Gülağa Cabarovun xatirələri

Icma.az, Footbal-plus portalına istinadən məlumat verir.

Bu gün tanınmış şəxsiyyət, idman xadimi və dünya şöhrətli futbol hakimi Tofiq Bəhramovun 100 illik yubileyini qeyd edirik.

“Football-plus.az” xəbər verir ki, bu əlamətdar tarixlə əlaqədar Tofiq Bəhramovun yetirməsi, SSRİ yüksək liqasının hakimi və “Azərbaycan Futbol Hakimləri” İctimai Birliyinin sədri Gülağa Cabarov öz xatirələrini paylaşıb:

“Bütün dünyanın susduğu an o, qətiyyətli qərar verdi. Bu qərar Azərbaycanı bir anda bütün dünyaya tanıtdı. Hadisə 1966-cı il futbol üzrə Dünya çempionatının final oyununda baş verdi. İngiltərə - Almaniya oyunu tarixdə silinməz izlər buraxdı. Əlbəttə, bu tarixi qərar haqqında fikirlər bir mənalı ola bilməzdi. Çünki, futbol oyunu dünyanın ən çox sevilən idman növüdü. Hər azarkeş subyektiv fikrə malikdi. Mən sizə bir insanın fikrini çatdıracam. Bu həmin çempionatın iştirakçısı, futbol hakimi, almaniyalı Rudolf Kreytleyndi. Almanlar finala çıxmasaydı, final matçının baş hakimi o olacaqdı. Kreytleyn növbəti gün çıxış edərək, Tofiq Bəhramovun qərarını dəstəklədiyini bildirdi və bu qərara hörmətlə yanaşmağı xahiş etdi.
Mən bu tarixi oyunu uşaqkən televizor vasitəsilə izləmişəm. Sonralar futbolçu fəaliyyətimi bitirib hakimliyə başlayarkən və hər dəfə Tofiq müəllimlə rastlaşıb, onunla söhbətləşəndə unudulmaz və qəribə hisslər keçirirdim. Beləcə onun nə qədər səmimi, sadə, pozitiv insan olduğunu kəşf etdim.
Evlərinə tez-tez gedirdim. Onunla dənizkənarı bulvarda gəzib, söhbət edərdik. Yanımızdan keçənlərin böyük əksəriyyəti Tofiq müəllimlə salamlaşarkən mən həmin hissləri bir daha xatırlayırdım. Xanımı evlərində bizə çay gətirərkən onunla çox hörmətlə danışar, amma bəzən iradlarını bildirərdi. Tofiq müəllim insanlarla münasibətdə həmişə çox diqqətli idi. Hətta bir dəfə məni özü ilə yaşadığı binanın sakinlərinin ümumi yığıncağına aparmışdı. İnsanların ona olan baxışları və münasibəti mənə zövq verirdi. Fəxr edirdim ki, Tofiq müəllimin yanında oturmuşam.
Daha bir tarixi faktı qeyd etməyi özümə borc bilirəm. Mövsümün əvvəlində Azərbaycan hakimlərinin təqdimat siyahısı təsdiq olunur və Moskvaya göndərilirdi. Mənim adım orda aşağı səviyyədə qeyd olunmuşdu. Sonradan Tofiq müəllim şəxsi imzası ilə mənə fərdi təqdimat hazırladı və bu təqdimat Moskvaya göndərildi. Azərbaycanda bu təqdimat haqqında heç kimin xəbəri yox idi. Bu xüsusi təqdimatın mənim hakimlik həyatımda böyük rolu olub. Ümumiyyətlə, mənim hakim kimi formalaşmağımda onun əvəzsiz zəhməti olub.
Daha bir hadisəni xatırlamalıyam. Bu 1983-cü ilə aiddi. Tofiq Bəhramov hakimlik fəaliyyətini bitirdikdən sonra SSRİ hakimlərinin ən yüksək qrupunun təlim-məşq toplanışının rəisi seçilmişdi. Həmin il biz Krasnodar vilayətinin toplanışında iştirak edirdik. Tofiq müəllim isə elit hakimlərlə Soçi şəhərində idi. Bir gün vaxt edib bizimlə görüşməyə qərar verdi. O gələn vaxt bizdə fasilə olduğu üçün bütün iştirakçılar həyətə çıxmışdı. Azərbaycan hakimləri bir yerə toplaşıb söhbət edirdik. Bu zaman başqa respublikadan olan bir hakim həyəcanla qışqırdı:
“Uşaqlar, Bəhramov gəlir”.
Bu səs bu gün də mənim qulağımdadı.
Tofiq Bəhramov yeganə hakim idi ki, yaş həddi 50 olduğu halda ona ölkə çempionatında 51 yaşı tamam olana qədər hakimlik etməyə icazə verilmişdi. Yalnız o, SSRİ-ni iki dünya çempionatında təmsil edib. Hətta deyilənə görə, 1974-cü ildə dünya çempionatı Almaniyada yox, başqa ölkədə keçirilsəydi, ölkəni yenidən Tofiq Bəhramov təmsil edəcəkdi. 1970-ci il dünya çempionatının yarımfinal matçını və 1968-ci il Avropa çempionatının oyunlarını məharətlə idarə etmişdi. İngiltərədə keçirilən dünya çempionatına qədər yalnız final oyununun baş hakiminə “qızıl fit” mükafatı verilirdi. Həmin ildən sonra bu mükafat hakimlər briqadasının bütün üzvlərinə verilməyə başladı.
O, ölkə çempionatının həmişə prinsipial oyunlarını idarə edirdi. 1970-ci ildə SSRİ çempionatının yekununda MOİK və “Dinamo Moskva” bərabər xal toplamış və qalibi müəyyən etmək üçün əlavə oyuna ehtiyac yaranmışdı. Daşkənd şəhərində keçirilən bu matçı Tofiq Bəhramov ustalıqla idarə etmişdi. O, həmçinin futbol tarixinin klublar arasında əlamətdar oyunları sayılan 1972-ci ildə UEFA kubokunun final matçı “Vulverhemton” – “Tottenhem”, Çempionlar Liqasının yarımfinal oyunu, “Mançester Yunayted” – “Real” və Qitələrarası kubokun final matçı “İndependyente” — “Ayaks” oyunlarını idarə edib.
1992-ci ildə AFFA təsis olunduqdan sonra Tofiq müəllim AFFA-nın ilk baş katibi olub. Həmin il Birləşmiş Krallığın baş naziri Marqaret Tetçer Azərbaycana işgüzar səfərə gəldiyində xahiş etdi ki, onunla görüşə Tofiq Bəhramov da dəvət olunsun. Dünya şöhrətli futbolçu, SSRİ-dən yeganə qızıl top sahibi, qapıçı Lev Yaşin futbolçu kimi fəaliyyətini bitirərkən öz xatirə matçına dünya futbolunun bütün ulduzlarını dəvət edərək, Tofiq Bəhramovdan bu oyunu idarə etməsini xahiş etdi. 2010-cu ildə tanınmış ingiltərəli hakimi Qrem Poll Tofiq Bəhramovu dünyanın “Ən yaxşı 50 futbol hakimi” siyahısına saldı.
Sonda söyləməliyəm ki, 50 ildən sonra 2016-cı ildə “Sky Sports” kanalı müasir video texnologiyalardan istifadə etməklə topun həqiqətən qapı xəttini keçdiyini sübut edib”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:268
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 29 Yanvar 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri