“Qətiyyətlilər koalisiyası” Parisdə toplaşır
Icma.az, Xalq qazeti saytına istinadən bildirir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
İyulun 14-də, Fransa prezidenti Emmanuel Makronun ikinci prezidentlik müddətinin sonuncu günündə Bastiliyanın alınması günü münasibətilə hərbi parad ərəfəsində Parisdə Ukraynanın əsas müttəfiqlərini birləşdirən “Qətiyyətlilər koalisiyası”nın yeni iclası keçiriləcək.
Məlumatı “Euronews” verib.
Vladimir Zelenski də daxil olmaqla, ən azı iyirmi beş dövlət və hökumət başçısı bazar ertəsi günü Avropa Birliyi və NATO qurumlarının rəhbərləri ilə birlikdə Parisdə bir araya gələcək.
Parisdə yaranan və Britaniya tərəfindən koordinasiya edilən, şəxsən görüşlər və video konfransları birləşdirən format hazırda 37 ölkəni bir araya gətirir. Bazar ertəsi günü iki yeni üzv də qoşulacaq: Moldova və Şimali Makedoniya.
Yelisey Sarayının məlumatına görə, “Hotel des Invalides”-də toplaşan müttəfiqlər Evian şəhərində keçirilmiş G7 sammitində başlayan və Ankarada keçirilən NATO sammitində qəbul edilən bəyannamə ilə təsdiqlənmiş Ukraynaya dəstək üçün “yeni yaxınlaşma” və birlik impulsunu “gücləndirmək” niyyətindədirlər. Bu bəyannamə 2026-cı ildə Kiyevə 70 milyard avro hərbi yardım ayrılmasını nəzərdə tutur.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 13 İyul 2026 11:49 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















