Icma.az
close
up
RU
Qətlə yetirilən şəxsin anası: “Oğlumun qanını yerdə qoymayacağam”

Qətlə yetirilən şəxsin anası: “Oğlumun qanını yerdə qoymayacağam”

Icma.az bildirir, News24 portalına istinadən.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və quldurluq maddəsi ilə təqsirləndirilən şəxs Rəhim İsmayıl oğlu Əsədovun növbəti məhkəmə prosesi keçirilib.

News24.az “Unikal”a istinadla xəbər verir ki, hakim Novruz Kərimov dövlət ittihamçısı dəyişdiyi üçün yeni prokuror Elvin Mirzəyevi təqdim edib.

Sonra şahid qismində qətlə yetirilən Rəşid Rüstəm oğlu İmanovun anası Günel İmanova ifadə verib: “Mən Rəhim Əsədovu tanımıram. Hadisə baş verən gün mən işdə idim. Hər gün mən işdə olanda məni yığırdı. Zəng elədim, gördüm Rəşidin telefonundan kimsə yazdı. Amma Rəşid solaxay olduğuna görə göndərdiyi onun yazdığı mesaj deyildi. Sonra qaynım oğlu İsmayılı göndərdik evə, gördü Rəşid qanın içindədir. Rəşidin qanını yerdə qoymayacağam. Ona ömürlük cəza istəyirəm. Məni Rəşid saxlayıb aşpazlığı ilə”.

Növbəti şahid, Rəşidin qardaşı Riyad İmanov ifadə verib: “Rəhimi tanımıram. Hadisə barədə heç nə bilmirəm, mən işdə olmuşam, ofisiant işləyirdim. Bu gəlib evə, aralarında mübahisə olub, öldürüb Rəşidi. Hadisə barədə mənə əmim oğlu məlumat verib. Qardaşım aşpaz işləyib”.

Xatırladaq ki, 2024-cü il iyunun 14-də paytaxtın Sabunçu rayonu ərazisində 2006-cı il təvəllüdlü Rəşid İmanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 2006-cı il təvəllüdlü Rəhim Əsədovun rayonun Balaxanı qəsəbəsi ərazisində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Rəşid İmanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı ilkin olaraq Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://news24.az
archiveBu xəbər 05 Dekabr 2024 03:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see278

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see264

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see249

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see212

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see204

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see182

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see182

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see179

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see169

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see168

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see166

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see161

Nazirlikdə ixtisarlar: Bu şəxslər işdən çıxarıldı SİYAHI

26 Yanvar 2026 23:37see160

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see156

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see155

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see152

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see149

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see149

Pinqvin hekayəsi Azərbaycanda gəlirə çevrildi FOTO

27 Yanvar 2026 12:23see148

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri