Qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlandı 1005 nəfəri qadındır
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin təqdim etdiyi məlumata görə, 2024-cü ilin sonuna dispanser qeydiyyatında olan narkotik istifadəçilərinin sayı 40 490 nəfər olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nda qeyd edilib.
Belə ki, onlardan 39 485 nəfəri kişi, 1005 nəfəri isə qadındır.
Qeydiyyatda olanların 20 182 nəfəri opioidlərin, 8611 nəfəri kannabinoidlərin, 11 697 nəfəri isə eyni zamanda bir neçə narkotik maddənin qəbul edilməsi nəticəsində psixi və davranış pozuntuları yaranmış şəxslərdir.

Azərbaycanda qeydiyyatda olan narkomanların sayı açıqlandı
17 Sentyabr 2025 18:39
Azərbaycanda qeydiyyatda olan İİV xəstələrinin sayı açıqlandı
29 Noyabr 2024 13:34
Azərbaycanda qeydiyyatda olan onkoloji xəstələrin sayı açıqlandı VİDEO
16 Aprel 2025 00:07
Azərbaycanda qeydiyyatda olan işsiz gənclərin sayı açıqlandı KONKRET
27 Avqust 2025 15:16
Azərbaycanda qeydiyyatda olan narkomanların sayı
13 Avqust 2025 18:48

