Icma.az
close
up
RU
“Qeydiyyatsız maliyyə mənbələrindən istifadə nəticəsində sadəcə inzibati deyil, cinayət məsuliyyəti də yarana bilər”

“Qeydiyyatsız maliyyə mənbələrindən istifadə nəticəsində sadəcə inzibati deyil, cinayət məsuliyyəti də yarana bilər”

Xalqcebhesi portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Məlum olduğu kimi hazırda müzakirə etdiyimiz qanun layihəsi qeyri-hökumət təşkilatlarının fəaliyyətində xarici maliyyə mənbələrinin istifadəsi ilə bağlı şəffaflığın və hesabatlılığın artırılmasını nəzərdə tutur. Layihəyə əsasən, qeydiyyata alınmamış xarici maliyyə mənbələri hesabına xidmətlərin göstərilməsi və ya işlərin görülməsi üzrə bank və digər əməliyyatlar qadağan edilir. Bu, sadəcə inzibati texniki yanaşma deyil, təhlükəsizliyinə və iqtisadi şəffaflığa yönəlik strateji məqsədlərə xidmət edən bir məsələdir”.

Xalqcəbhəsi.az xəbər verir ki, bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası sədrinin müavini, millət vəkili Elçin Mirzəbəyli parlamentin bu gün keçirilən plenar iclasında çıxışı zamanı deyib.

Millət vəkili əlavə edib ki, hazırda qanun layihəsində belə hallara görə, yalnız inzibati məsuliyyət nəzərdə tutulur: “Lakin gəlin unutmayaq ki, qeydiyyatsız maliyyə mənbələri bəzən qanunsuz gəlirlərin leqallaşdırılmasına, vergidən yayınmalara və daha da təhlükəlisi, terrorçuluğun və ölkənin təhlükəsizliyinə təhdid yaradan digər istiqamətlərin maliyyələşdirilməsinə yol açır. Ölkə qanunvericiliyində bu qəbildən olan hallar üçün cinayət məsuliyyətini nəzərdə tutan müddəalar var. Məsələn, Cinayət Məcəlləsinin 193-1-ci maddəsində “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması”, 214-1-ci maddədə “Terrorçuluğun maliyyələşdirilməsi”, 213-cü maddəsi ilə vergidən yayınma halları ayrıca sanksiyalaşdırılır. Yüksək diqqətinizə çatdırmaq istəyirəm ki, qeydiyyatsız maliyyə mənbələrindən istifadə nəticəsində sadəcə inzibati deyil, daha ağır hallarda cinayət məsuliyyəti də yarana bilər”.

E.Mirzəbəyli deyib: “Qanun layihəsinin məzmunu imkan verdiyi üçün bir sıra vacib məqamlara da diqqət çəkməyi zəruri hesab edirəm. Qanunvericilik təkmilləşdirildikcə, xarici maraqları ifadə edən qrupların öz nüfuz müvəkkillərinə onların pozucu əməllərinin maliyyələşdirilməsi üçün ötürdükləri maliyyə vəsaitlərinin forması da dəyişilir. Hazırda bununla bağlı, dünyanın müxtəlif ölkələrində azsaylı da olsa, qanunsuz maliyyə vəsaitlərinin əmtəə, istehlak malları və s. formasında ötürülməsi ilə bağlı faktlar da var. Bu özünü nəqliyyat vasitələrinin və digər bu kimi daha böyük vəsait tələb edən mallarının alınmasında da büruzə verir. Düşünürəm ki, bu kimi halların baş verməsi ehtimalı ilə bağlı məqamlar da nəzərdən keçirilməlidir. Qeyd edim ki, faktiki olaraq, müxtəlif dövlətlərin xarici ölkələrdəki nüfuz müvəkkilərini maliyyələşdirmək və yumşaq daxili güc formalaşdırmaq üçün yaradılan fond və təşkilatların əhəmiyyətli hissəsi, son illər ayrı-ayrı ölkələr üzrə ayırdıqları qrant vəsaitlərinin miqdarını və hansı ölkələri əhatə edəcəyini açıqlasalar da, bu vəsaitlərin hansı təşkilat və şəxslərə verilməsi ilə bağlı məlumatları gizli saxlayırlar. Bu da, şübhəsiz ki, sözügedən vəsaitlərin qanunsuz yollarla və vasitələrlə ötürüldüyünə şübhələr yaradır. Bu baxımdan, təqdim edilən layihədə növbəti oxunuşa qədər, qeyd etdiyim istiqamətlərə diqqət çəkilməsinin mümkünlüyünün də nəzərdən keçirilməsini xahiş edirəm. Bütövlükdə isə hesab edirəm ki, dəyişikliklər qeyri-hökumət sektorunun daha şəffaf, hesabatlı və təhlükəsizlik baxımından etibarlı şəkildə fəaliyyət göstərməsi üçün hüquqi zəmin yaradır. Layihəyə səs verəcəyəm. Təşəkkür edirəm”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:99
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 24 İyun 2025 14:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see168

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see166

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see154

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see152

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see148

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see147

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see141

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see140

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see137

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see137

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see137

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see136

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see136

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see134

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see132

“Mançester Yunayted” 3 xalı 1 qolla qazandı

27 Dekabr 2025 07:40see131

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see131

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see130

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see128

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri