Icma.az
close
up
RU
Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Azərbaycanın iqtisadi siyasətində əsas hədəflərdən biri neft-qaz gəlirlərindən asılılığın azaldılması, qeyri-neft sahələrində istehsalın və ixracın genişləndirilməsidir. Maliyyə Nazirliyinin 2026-cı ilin yanvar-sentyabr ayları üzrə büdcə icrası hesabatı bu istiqamətdə irəliləyişləri göstərir.

Hesabat dövründə qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 16 milyard 381,3 milyon manata çatıb. Bu, ümumi büdcə gəlirlərinin 55,9 faizidir. Ötən ilin eyni dövrü ilə müqayisədə daxilolmalar 1 milyard 388,4 milyon manat və ya 9,3 faiz artıb, proqnozu isə 161,9 milyon manat üstələyib. Sektorun büdcə gəlirlərində payının 4,5 faiz-bənd yüksəlməsi iqtisadiyyatın gəlir bazasında struktur dəyişikliyini göstərir.

Bu dinamika real sektorun göstəricilərində də əks olunur. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin ilk doqquz ayında qeyri-neft-qaz ÜDM-i 71,7 milyard manat təşkil edib və real ifadədə 2,6 faiz artıb. Ümumi ÜDM 1,5 faiz yüksəldiyi halda, neft-qaz sektorunda 1,2 faizlik azalma qeydə alınıb. Qeyri-neft sənayesində istehsal 5,4 faiz, nəqliyyat və anbar təsərrüfatında xidmətlər 10 faiz, informasiya və rabitə sahəsində 11,1 faiz artıb. Kənd təsərrüfatında artım 1,1 faiz olub. Əsas kapitala investisiyaların ümumi həcmi 10,9 faiz yüksəlsə də, qeyri-neft-qaz sektoruna yönələn investisiyaların artımı 3,1 faiz təşkil edib. Bu fərq investisiyaların məhsuldarlığa çevrilməsinin vacibliyini göstərir.

İxrac göstəriciləri də şaxələndirmə prosesində irəliləyişə işarə edir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin oktyabrda açıqladığı “İxrac icmalı”na əsasən, 2026-cı ilin yanvar-sentyabr aylarında qeyri-neft sektoru üzrə ixrac (qeyri-pul, qızıl istisna olmaqla) 3,2 milyard ABŞ dollarına çatıb. Bu, illik müqayisədə 20,5 faiz artım deməkdir. Aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 1,08 milyard dollar təşkil edib və 19,6 faiz yüksəlib. Şəkər, alüminium, qara metallar, mis, pambıq və meyvə-tərəvəz ixracında artım qeydə alınıb. “Azərkosmos” 9 ayda 36 ölkədə 95-ə yaxın şirkətə 19,6 milyon dollarlıq telekommunikasiya xidməti göstərib; gəlirlərinin 61 faizi ixracdan formalaşıb. Bu, qeyri-neft ixracının yüksək texnologiyalı xidmətləri də əhatə etdiyini göstərir.

Son dövrdə istehsalı genişləndirmək üçün investisiya təşviqi mexanizmi yenilənib. 2026-cı il fevralın 6-da imzalanmış fərmanla yerli xammal əsasında istehsal, bərpaolunan enerji, tullantıların təkrar emalı, əczaçılıq və ixracyönümlü layihələr təşviq olunan istiqamətlərə daxil edilib. İnvestisiya təşviqi sənədi sahibləri yeddi il müddətinə vergi və gömrük güzəştlərindən yararlanırlar. 2026-cı il yanvarın 1-dək 528 sahibkarlıq subyektinə 633 belə sənəd verilib. Bu layihələr üzrə 9,2 milyard manatdan çox investisiya cəlbi və 46 mindən artıq iş yerinin yaradılması gözlənilir. Sertifikatların 86,9 faizinin Bakı və ətrafından kənarda icra olunan layihələrə aid olması regionlarda iqtisadi fəallığın artmasına xidmət edir.

Sənaye parkları bu siyasətin praktik nəticələrini göstərir. Ağdam Sənaye Parkında 2026-cı ilin ilk yarısında 976 milyon manatlıq məhsul satılıb, 42 milyon manatlıq ixrac həyata keçirilib. Parka 177 milyon manatdan artıq investisiya yatırılıb, 1 230 daimi iş yeri yaradılıb. Hazırda 12 müəssisə fəaliyyət göstərir, daha 12-si tikilir. Bu məkanlar azad edilmiş ərazilərin iqtisadi dövriyyəyə qoşulmasına və regional məşğulluğa xidmət edir.

Aqrar sahədə 2026–2030-cu illər üçün istehsal və emalın inkişafına dair Dövlət Proqramı qəbul edilib. Sentyabrda təsdiqlənən yeni subsidiya mexanizmləri müasir suvarmanı və ixracyönümlü istehsalı stimullaşdırır. 22 ixtisaslaşmış rayonda müasir suvarma ilə becərilən buğda sahələrinə hər hektara 400 manat, ənənəvi suvarma və dəmyə əkinlərinə isə 200 manat subsidiya ayrılır. Bu, suya qənaət və məhsuldarlığın yüksəldilməsi məqsədi daşıyır.

Dağ-mədən və metallurgiya qeyri-neft sənayesinin yeni inkişaf istiqamətlərindəndir. 2027–2030-cu illər üçün Dövlət Proqramı filiz hasilatından zənginləşdirmə və emaladək dəyər zəncirinin ölkə daxilində qurulmasını nəzərdə tutur. “Daşkəsən”, “Filizçay”, “Söyüdlü” və “Ortakənd” yataqları üzrə layihələr, dəmir filizi, mis və qızılın emalı əsas istiqamətlərdəndir. Proqram mis, qızıl və gümüş ixracının 2025-ci ildəki 600 milyon manatdan 2030-cu ildə 1,6 milyard manata, daimi iş yerlərinin sayının isə 5 mindən çoxa çatdırılmasını hədəfləyir. Dörd əsas layihə üzrə investisiya həcmi 3,63 milyard manatdır. Məqsəd xammalı ölkə daxilində emal edərək daha yüksək əlavə dəyər yaratmaqdır.

Nəqliyyat-logistika imkanlarının artırılması da vacib istiqamətdir. Asiya İnkişaf Bankı oktyabrın 6-da Biləcəri–Yalama dəmir yolu xəttinin 192 kilometrlik hissəsində elektrik, siqnalizasiya və telekommunikasiya sistemlərinin yenilənməsi üçün 350 milyon dollarlıq kredit təsdiqləyib. Layihə Şimal-Cənub dəhlizində yükdaşımaların səmərəliliyini və rəqabət qabiliyyətini artırmağa hesablanıb.

Bu tədbirlər ortamüddətli makroiqtisadi hədəflərlə uzlaşır. 2027-ci ildə ÜDM-in 141 milyard manata çatması, real iqtisadi artımın 2,7 faiz, qeyri-neft-qaz sektorunun artımının isə 4,4 faiz olması proqnozlaşdırılır. Qeyri-neft-qaz sektorunun ÜDM-də payının 2026-cı ilin sonuna gözlənilən 72,5 faizdən 2030-cu ilin sonunadək 82 faizə yüksələcəyi bildirilir. Bu hədəf iqtisadi artımın əsas mənbəyinin daha çox qeyri-neft sahələri olacağına dair strateji gözləntini ifadə edir. Hədəfin reallaşması üçün investisiyalar məhsuldarlığa, ixrac qabiliyyətinə və yerli əlavə dəyərə çevrilməlidir.

Neft-qaz gəlirlərinin bu prosesdə rolu xüsusi əhəmiyyət daşıyır. Karbohidrogen satışından əldə olunan vəsaitlər Dövlət Neft Fondu vasitəsilə büdcəyə yönəldilir, büdcə resursları isə nəqliyyat, enerji, su və kommunal infrastrukturun qurulmasına, regionların bərpasına, dövlət proqramlarının icrasına imkan yaradır. 2026-cı ilin ilk doqquz ayında Dövlət Neft Fondundan dövlət büdcəsinə 9 milyard 628 milyon manat transfert edilib. Eyni dövrdə dövlət büdcəsindən dövlət əsaslı vəsait qoyuluşu üçün 1 milyard 623,8 milyon manat, azad edilmiş ərazilərin bərpa və yenidən qurulmasına isə 1 milyard 761,4 milyon manat istifadə olunub. Bu məbləğin 891,8 milyon manatı su təsərrüfatı, nəqliyyat, istilik və kommunal infrastrukturun qurulmasına yönəldilib.

Ümumiyyətlə, neft gəlirləri infrastruktur quruculuğuna, özəl investisiyalar üçün şəraitin yaradılmasına və regionlarda iqtisadi fəallığın artırılmasına imkan verir. Bu resursların səmərəsi uzunmüddətli gəlir yaradan aktivlərə çevrilməsi ilə ölçülməlidir.

Beləliklə, 2026-cı ilin 9 ayının nəticələri qeyri-neft-qaz sektorunun büdcə daxilolmalarında mövqeyinin möhkəmləndiyini, sənaye, nəqliyyat, informasiya-kommunikasiya və ixrac sahələrində artımın davam etdiyini göstərir. Qarşıdakı əsas vəzifə bu dinamikanı davamlı istehsal artımına, texnoloji yenilənməyə və daha yüksək əlavə dəyərə çevirməkdir. Neft gəlirlərinin yaratdığı maliyyə imkanları səmərəli istifadə olunduqca, qeyri-neft iqtisadiyyatının büdcəyə, ixraca və məşğulluğa töhfəsi arta bilər.

Nurlan ABDALOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:91
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 31 Oktyabr 2026 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see325

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see318

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see311

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see283

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see275

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see253

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see245

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see239

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see232

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see227

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see222

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see220

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see214

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see214

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see209

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see207

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see189

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see185

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri