Icma.az
close
up
RU
Rusiya iqtisadiyyatı müharibəyə nə qədər dözə bilər?

Rusiya iqtisadiyyatı müharibəyə nə qədər dözə bilər?

Banco.az saytına istinadən Icma.az xəbər verir.

Müəllif: Mehin Qasımova, Banco.az

2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi üç il yarımdan artıqdır ki, davam edir. Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar dalğası genişlənməkdə davam edir və Moskva iqtisadiyyatının dayanıqlığı sual altına düşür.

Banco.az xəbər verir ki, ekspertlər artıq Rusiyanın müharibəni uzunmüddətli perspektivdə maliyyələşdirmə qabiliyyətini şübhə altına alıblar. ABŞ və Aİ-nin yeni sanksiyalar paketi fonunda Rusiya iqtisadiyyatı tənəzzül əlamətləri göstərir.

Hərbi xərclərlə dəstəklənən iqtisadiyyat staqflyasiya təhlükəsi ilə üz-üzədir. İnflyasiya hələ də yüksək olaraq qalır: martda 10,3 faiz olan göstərici sentyabrda 8 faizə düşüb. Mərkəzi Bank buna baxmayaraq oktyabrın 24-də baza faiz dərəcəsini 16,5 faizə endirib.

İqtisadi artım tempi də zəifləyib. 2025-ci ilin ilk yarısında artım 1,1–1,4 faiz aralığında olub ki, bu da əvvəlki illərin 4 faiz göstəricisindən xeyli aşağıdır. İşsizlik 2,1 faizlə aşağı səviyyədə qalsa da, biznes aktivliyi azalıb – S&P Global Russia Composite PMI sentyabrda 46,6-ya enib.

Oxford Economics-in məlumatına görə, Rusiya hələ rəsmi resessiyaya girməyib, lakin analitiklər son neft sanksiyalarının iqtisadiyyatı tənəzzülə sürükləyə biləcəyini istisna etmirlər. CASE (Avropa Strategiya və Təhlil Mərkəzi) iqtisadçısı Vladislav İnozemtsev bildirir:

“Biznes mühiti tutqunlaşır, sahibkarlar tələbin azalması və vergilərin artımını gözləyirlər.”

CASE-nin hesabatına görə, Rusiya iqtisadiyyatı müharibəyə uyğunlaşsa da, yaxın onillikdə ciddi inkişaf gözlənilmir və ölkəni uzunmüddətli durğunluq dövrü gözləyir.

Yeni sanksiyalar dalğası

2025-ci ilin oktyabrında həm ABŞ, həm də Aİ Moskvanı yeni sanksiyalarla hədəfə alıb.
ABŞ Rusiyanın iki nəhəng enerji şirkəti – Rosneft və Lukoil-i sanksiya siyahısına daxil edib.
Aİ isə 19-cu sanksiyalar paketi çərçivəsində 2027-ci ildən etibarən Rusiyanın LNG və neft-qaz ixracına tam qadağa tətbiq etməyi planlaşdırır.

Bundan əlavə, Avropa İttifaqı Rusiyaya sərmayə qoyuluşunu və maliyyə infrastrukturuna çıxışı məhdudlaşdırmaqla ölkənin “müharibə iqtisadiyyatına” təzyiqi artırır.

Rusiya sanksiyalardan necə yayınır?

Bununla belə, ekspertlər hesab edirlər ki, Rusiya sanksiyalardan yan keçməyin yollarını tapıb. “Kölgə tanker donanması” vasitəsilə neftin Çinə və Hindistana ixracı davam edir. CASE məlumatına görə, Rusiyanın federal büdcəsində neft-qaz gəlirlərinin payı 2011–2014-cü illərdəki 50 faizdən 2025-ci ildə 25 faizə enib.

İnozemtsevin sözlərinə görə, Ukraynanın pilotsuz hücumları neft ixracına ciddi təsir göstərmir:

“Putin müharibənin pulunu ixracdan əldə etdiyi dollarla deyil, daxili bazarda toplanan rublla ödəyir. Mərkəzi Bank istədiyi qədər rubl çap edə bilər.”

Tənəzzül nə qədər çəkəcək?

Oxford Economics-in hesablamalarına görə, Rusiya müharibəni hələ illərlə maliyyələşdirə bilər. Sentyabrda ölkənin suveren fondu ÜDM-in 5,9 faizinə bərabər olub, bunun 1,9 faizi likvid aktivlərdir.

Dövlət borcunun ÜDM-ə nisbətinin 2025-ci ilin sonuna qədər 17,7 faiz olacağı proqnozlaşdırılır ki, bu da fiskal sabitliyi qorumağa imkan verir.

İnozemtsev isə bildirir ki, Rusiya banklarında olan şəxsi əmanətlər “2025-ci ilin hərbi büdcəsindən beş dəfə çoxdur” və bu, hökumətə əlavə manevr imkanı yaradır.

Ekspertlərin yekdil qənaətinə görə, Rusiyanın ixrac gəlirlərinin azalması qısamüddətli dövrdə Kremlə ciddi təsir göstərməyəcək.

“Putinin müharibə aparmaq qabiliyyəti yaxın illərdə zəifləməyəcək. Bu barədə yalnız 2027-ci ilin sonuna doğru danışmaq mümkün olacaq,” – deyə İnozemtsev vurğulayıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:162
embedMənbə:https://banco.az
archiveBu xəbər 29 Oktyabr 2025 09:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri