Icma.az
close
up
RU
Qeyri neft sektorunda hansı sahələr perspektivlidir?

Qeyri neft sektorunda hansı sahələr perspektivlidir?

Metbuat portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda qeyri-neft sektorunun inkişafı son illərdə dövlət siyasətinin əsas prioritetlərindən biridir. Çünki ölkə iqtisadiyyatı uzun müddət neftdən asılı olub və bu asılılıq həm maliyyə sabitliyinə, həm də dayanıqlı iqtisadi artıma risklər yaradırdı. İndi isə neft hasilatı, ixracatı və ondan gələn gəlirlər azalmaqdadır. Bəs Azərbaycanda qeyri-neft sektorunun inkişafı hansı səviyyədədir?

Liberal İqtisadçılar Mərkəzinin sədri, kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli Metbuat.az-a açıqlamasında bildirib ki, qeyri-neft ÜDM-i artıq ümumi daxili məhsulun təxminən 55-60%-ni təşkil edir. Bu, müsbət meyildir, amma ixrac strukturunda hələ də neft-qaz üstünlük təşkil edir (ümumi ixracın 85-90%-i).

Ekspertin sözlərinə görə, son illər kənd təsərrüfatının bəzi sahələrində məhsuldarlığın artımı, texnologiyaların tətbiqi, subsidiyaların genişləndirilməsi müşahidə olunur:

“Qeyri-neft sənayesində kimya, metallurgiya, tikinti materialları, yüngül sənaye sahələrində az da olsa inkişaf var. Pandemiyadan sonra turizm sahəsində artım müşahidə olunur, amma tam potensial hələ istifadə olunmayıb. İnformasiya texnologiyalarınin inkişafı dinamikdir, lakin regional miqyasda rəqabətə tam hazır deyil. Qeyri-neft ixracı artsa da, hələ ki, həcmi məhduddur və əsasən kənd təsərrüfatı məhsulları üzərində qurulub. İnnovasiya və texnologiya sahəsində boşluq var, bu sahədə yüksək əlavə dəyər yaradan məhsulların payı azdır. Biznes mühiti baxımından son illər islahatlar aparılsa da, KOB-ların maliyyəyə çıxış imkanları hələ məhduddur”.

A.Nəsirli qeyd edib ki, əmək bazarında rəqabətədavamlı kadrların yetişməsi hələ kifayət qədər deyil. İşgücü bacarığı olan kadr bankı mövcud deyil, amma işsizlər kifayət qədərdir. Ona görə də bu istiqamətdə bəzi vacib addımlar atılmalıdır:

“İxrac diversifikasiya edilməli,kənd təsərrüfatı və xammal məhsullarından çox, emal olunmuş, brendli və yüksək əlavə dəyərli məhsulların ixracına dəstək verilməlidir. İnnovasiya və texnologiya transferi sürətlənməli, startap ekosistemi gücləndirilməli, texnoparklar və R&D (tədqiqat və inkişaf) mərkəzləri genişləndirilməlidir. KOB-ların dəstəklənməsi güclənməlidir. Güzəştli kreditlər, vergi təşviqləri, ixrac missiyalarına çıxış imkanları artırılmalıdır. Rəqəmsal iqtisadiyyat – elektron ticarət, İT xidmətləri, süni intellekt, “ağıllı kənd” layihələri kimi sahələr sürətləndirilməlidir. Regional inkişaf etdirilməli, iqtisadiyyatın mərkəzləşməsinin qarşısını almaq üçün bölgələrdə sənaye parkları, logistika mərkəzləri genişləndirilməlidir. İnsan kapitalına sərmayə qoyulmalıdır, təhsil sisteminin bazara uyğunlaşdırılması, peşə təhsili və yeni texnologiyalara uyğun ixtisasların yaradılması vacibdir”.

İqtisadçı əlavə edib ki, Azərbaycanda qeyri-neft sektorunun inkişafı istiqamətində əhəmiyyətli işlər görülüb, lakin hələ də əsas çağırış ixracın şaxələndirilməsi və yüksək əlavə dəyərli istehsalın artırılmasıdır.

Sevinc İbrahimzadə / Metbuat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:192
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 18 Sentyabr 2025 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see748

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see464

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see292

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see284

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see281

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see268

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see259

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see254

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see252

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see248

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see235

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see222

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see215

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see211

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see211

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see210

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see205

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see203

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see201

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri