Icma.az
close
up
RU
Daxili istehsalın güclənməsi hərbi sahədə xarici asılılığın azalması deməkdir ŞƏRH EDİLDİ

Daxili istehsalın güclənməsi hərbi sahədə xarici asılılığın azalması deməkdir ŞƏRH EDİLDİ

Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.

"Azərbaycanın müdafiə sənayesində istehsal və ixrac imkanlarının genişlənməsi təkcə hərbi-texniki məsələ deyil, eyni zamanda ciddi siyasi və geostrateji məna daşıyan bir prosesdir. Bu istiqamətdə atılan addımlar ölkənin regional və beynəlxalq mövqeyinin güclənməsinə xidmət edir və Azərbaycanın təhlükəsizlik arxitekturasında daha müstəqil aktor kimi çıxış etməsinə şərait yaradır". Bu sözləri SİA-ya açıqlamasında beynəlxalq ekspert Anar Əliyev deyib.

Onun sözlərinə görə, daxili istehsalın güclənməsi hərbi sahədə xarici asılılığın azalması deməkdir: "Bu, siyasi qərarların qəbulunda dövlətin manevr imkanlarını artırır. Silah və hərbi texnika tədarükündə kənar mənbələrdən asılı olan ölkələr çox vaxt geosiyasi təzyiqlərlə üzləşirlər. Yerli istehsal və texnoloji potensial isə Azərbaycanın milli maraqlara uyğun, daha çevik və müstəqil təhlükəsizlik siyasəti yürütməsinə imkan verir. Digər mühüm məqam müdafiə sənayesinin ixrac potensialıdır. Azərbaycan artıq hərbi təyinatlı məhsulları bir sıra ölkələrə ixrac etməklə regional silah bazarında etibarlı tərəfdaş kimi tanınmağa başlayır. Bu, ölkənin beynəlxalq münasibətlər sistemində siyasi çəkisini artırır, yeni diplomatik əlaqələrin qurulmasına və mövcud tərəfdaşlıqların dərinləşməsinə zəmin yaradır. Aparıcı dünya müdafiə sənayesi şirkətləri ilə birgə müəssisələrin yaradılması isə texnologiya transferi baxımından xüsusi əhəmiyyət daşıyır. Bu əməkdaşlıq Azərbaycanın yalnız istehsalçı deyil, eyni zamanda müasir hərbi texnologiyalara çıxışı olan ölkə kimi mövqeyini möhkəmləndirir. Uzunmüddətli perspektivdə bu, yerli mütəxəssislərin yetişməsinə, elmi-texniki bazanın güclənməsinə və müdafiə sənayesinin dayanıqlı inkişafına xidmət edir. Regional kontekstdə isə bu proses güc balansına birbaşa təsir göstərir. Güclü müdafiə sənayesi olan ölkə həm çəkindirici faktor rolunu oynayır, həm də təhlükəsizlik məsələlərində daha ciddi aktor kimi qəbul olunur. Bu, Azərbaycanın regionda sabitlik və təhlükəsizlik təşəbbüslərində daha fəal rol almasına imkan yaradır. Müdafiə sənayesinin inkişafı və ixrac imkanlarının artması Azərbaycanın hərbi gücündən daha çox siyasi mövqeyini gücləndirən strateji alətdir. Bu amil ölkənin xarici siyasətində balanslı, müstəqil və milli maraqlara əsaslanan xəttin möhkəmlənməsinə real töhfə verir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:47
embedMənbə:https://sia.az
archiveBu xəbər 07 Yanvar 2026 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see201

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see186

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see181

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see155

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see155

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see151

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see149

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see138

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see137

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see136

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see130

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri