Icma.az
close
up
RU
Qeyriyaşayış obyektləri çıxarışların verilməsi... AÇIQLAMA

Qeyriyaşayış obyektləri çıxarışların verilməsi... AÇIQLAMA

Icma.az, Sherg.az portalına istinadən məlumat verir.

Azərbaycan Prezidentinin “Qeyri-yaşayış təyinatlı bəzi tikinti obyektlərinin istismarına icazə verilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Fərmanına uyğun olaraq qeyri-yaşayış obyektlərinin istismarına icazələrin verilməsinin asanlaşdırılması tədbirləri icra edilir.

Bunu “APA-Economics”ə açıqlamasında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini Rüstəm Şahbazov deyib.

“Biz bu Fərmana qeyri-yaşayış sahələrinin amnistiyası kimi baxırıq. Tutaq ki, kənd təsərrüfatı təyinatlı torpaqda qeyri-yaşayış obyekti tikilib, bu halda kateqoriya dəyişməsi üçün Fövqəladə Hallar Nazirliyi (FHN), Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və digər aidiyyəti qurumların müvafiq razılıqları varsa, hüquqların qeydiyyatı sahəsində bizə müraciət edilir və biz həmin vəsatəti kateqoriya dəyişilməsi üçün Nazirlər Kabinetinə təqdim edirik”, - deyə R.Şahbazov bildirib.

O qeyd edib ki, bu kimi müraciətlər ilkin olaraq FHN-ə təqdim olunur:

“Bizdə olan məlumata görə, 25 minə yaxın hüquq sahibi müraciət edib. FHN-in təqribən 12-13 minə yaxın müraciəti əsasında Dövlət Xidməti tərəfindən yerquruluşu planları hazırlanaraq istismarın sənədləşdirilməsi üçün sistemə daxil edilib. Müvafiq icra hakimiyyəti orqanından və Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bizə daxil olan sənədlər əsasında təqribən 1500-ə yaxın mülkiyyət hüququ tanınıb. Proses davam edir. Mürəkkəb məsələlər çoxdur. Əksər hallarda bu tikililər mühafizə əraziləri, mühəndis-kommunikasiya qurğularının əhatə dairəsi və ümumi istifadədə olan ərazilərə düşdüyünə görə, çoxlu təhlillər aparılır”.


Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Sherg.az"a bildirib ki, qeyri-yaşayış, yaşayış olmayan tikililərdir: 


“Qeyri-yaşayış sahələrinə obyektlər, zavodlar, fabriklər, müəssisələr aiddir.  Yəni yaşayış üçün nəzərdə tutulmayan tikililərdir. Təbii ki, bunlara fermalar, anbarlar tam daxil deyil. Hazırda ölkə ərazisində 10 minlərlə çıxarışı olmayan qeyri-yaşayış obyekti var. Ötən il ölkə başçısının tapşırıq verdi ki, həmin çıxarışı olmayan qeyri-yaşayış obyektləri çıxarışla təmin olunsun. Məsələnin həlli isə Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Şöbəsinin nəzarətinə verildi. Bundan sonra da çıxarışı olmayan qeyri-yaşayış sahələrinin sahibləri sənədlərini həmin quruma yönəldərək oranın vasitəsilə sənədlərin toplaya və çıxarışlarını ala bildi. Amma qeyri-yaşayış obyektlərində də yaşayış evləri kimi çox sayda problem var. Burada torpaq sahələrinin təyinatının fərqli olması, yaxud tikilinin avtomobil yolunun tam kənarında tikilməsi və tikinti normativlərinə uyğun aparılmaması kimi problemlər mövcuddur. Hazırda proses gedir və növbəti ilin birinci yarısına qədər bu proses bitməlidir. Təbii ki, qeyri-yaşayış obyektləri də yaşayış evləri kimi önəmlidir. Bunlara çıxarışların verilməsi əmlak sahiblərinin bizneslərini genişləndirilməsinə səbəb ola bilər. Yəni vətəndaşlar həmin qeyri-yaşayış obyektlərini banka girov qoyaraq hansısa kreditlər əldə edə və yaxud bu əmlaklar kirayə verilməsi müqavilələri rəsmi notarial qaydada bağlanıla bilir. Ümumiyyətlə qeyri-yaşayış obyektlərində çıxarışların olmaması həm əmlak sahiblərinə problem yaradır, həm də dövlət  bu tip əmlakların satışından və icarəsindən gəlir götürə bilmir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:250
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 Dekabr 2024 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see596

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see421

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see304

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see284

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see279

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see269

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see259

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see258

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see256

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see239

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see233

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see210

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see203

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see203

ABŞ kəşfiyyatından xəbərdarlıq: Bu ölkələrdə…

28 Oktyabr 2026 03:37see198

Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü

28 Oktyabr 2026 06:14see187

Noyabrda bu 4 bürcün həyatında yeni mərhələ başlaya bilər

28 Oktyabr 2026 05:14see182

Nigeriya 21,7 milyard dollarlıq borclanacaq

28 Oktyabr 2026 01:56see176

Qeydiyyatda olmayan “klinika”, qeyri adi müalicə üsulları: “Bioşəfa Sağlamlıq Mərkəzi”nin qaranlıq fəaliyyəti FOTO

28 Oktyabr 2026 11:09see176

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see167
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri