Icma.az
close
up
RU
Qəza baş verməsə də maşınlarda hava yastıqları niyə açılır? AVTOMOBİL USTASI SƏBƏBLƏRİ AÇIQLADI FOTO

Qəza baş verməsə də maşınlarda hava yastıqları niyə açılır? AVTOMOBİL USTASI SƏBƏBLƏRİ AÇIQLADI FOTO

Icma.az, Avtosfer portalına istinadən məlumat yayır.

Avtomobillərdə təhlükəsizlik sistemlərinin ən mühüm hissələrindən biri hava yastıqlarıdır. Bu sistemlər qəza zamanı sərnişinləri qorumaq üçün nəzərdə tutulub və illərdir bütün müasir avtomobillərdə tətbiq olunur.

Qəza zamanı hava yastıqları qəfil açıldığı zaman sürücü və sərnişinlər üçün həm təhlükəsizlik təmin edir, həm də zərbənin fəsadlarını minimuma endirməyə xidmət edir. Lakin bəzi hallarda sürücülər qəza baş vermədiyi halda belə hava yastıqlarının açıldığının şahidi ola bilirlər.

Bəs avtomobilin hava yastıqları qəza olmasa belə hansı səbəblərdən açıla bilər?


Mövzu ilə bağlı avtomobil ustası Dəniz Ağabəyli Avtosfer.az-a açıqlamsında bildirib ki, avtomobillərin hava yastıqlarının açılma səbəblərindən biri, təbii ki, qəzalardır:
“Avtomobil vurulduqda və ya qəza törədildikdə hava yastıqları aktivləşir. Lakin bəzi hallarda avtomobillər, xüsusən də Amerikadan və ya digər xarici ölkələrdən gətirilənlərdə, təmir zamanı açılmış hava yastıqlarının yenisi ilə əvəz olunmadığı hallar olur. Belə avtomobillər isə satışa çıxarıldıqda alıcıların təhlükəsizliyi risk altına düşür.

Hava yastığının açılmasının bir neçə səbəbi var. Elə hallar olur ki, avtomobil qəza törətməsə də, hava yastıqları açılır. Bu da bir çox sürücülərin şikayətində öz əksini tapıb. Onlar bildirirlər ki, bəzi yollarda sürət anidən azaldıqdan sonra avtomobilin sərt hərəkəti və ya yırğalanması səbəbindən sistem bunu zərbə kimi qəbul edir və hava yastıqları açılır.


Rayonlara gedən sürücülərin də belə hallarla üzləşməsi müşahidə olunub. Yol şəraitinə bələd olmadıqda və gözlənilmədən maneəyə dəyildikdə, baxmayaraq ki, avtomobilin üst hissəsində heç bir zədələnmə olmur, alt işlək hissələrdə müəyyən nasazlıqlar yaranır və bu halda da hava yastıqları açıla bilir”.
Usta əlavə olaraq qeyd edib ki, hava yastığının əsas vəzifəsi sürücünü zərbədən qorumaq, başın və bədənin ağır travma almasının qarşısını almaqdır:
“Ona görə də həm qəza zamanı, həm də kəskin zərbə təsiri verən digər hallarda onların açılması normaldır. Amma bir dəfə açıldıqdan sonra hava yastıqları mütləq yenisi ilə əvəz olunmalıdır ki, növbəti qəza və ya təhlükəli vəziyyətlərdə onlar yenidən işlək olsun”.

Eltac Zülfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 21 Avqust 2025 13:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see343

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see209

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see203

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see187

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see185

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see160

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see157

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see146

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see137

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see134

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri