Icma.az
close
up
RU
Kreditlə avtomobil götürmək niyə dəb halına gəlib? EKSPERT SƏBƏBLƏRİ AÇIQLADI FOTO Kreditlə avtomobil götürmək niyə dəb halına gəlib? EKSPERT SƏBƏBLƏRİ AÇIQLADI FOTO

Kreditlə avtomobil götürmək niyə dəb halına gəlib? EKSPERT SƏBƏBLƏRİ AÇIQLADI FOTO Kreditlə avtomobil götürmək niyə dəb halına gəlib? EKSPERT SƏBƏBLƏRİ AÇIQLADI FOTO

Avtosfer saytından alınan məlumata görə, Icma.az bildirir.

Son illərdə avtomobil bazarında kreditlə alış-verişin populyarlığı diqqət çəkir. Bunun əsas səbəblərindən biri dövlət tərəfindən elektrik və hibrit mühərrikli avtomobillərə tətbiq olunan güzəştlər və yeni avtomobillərə olan marağın artmasıdır. Eyni zamanda, yeni modellərin əlverişli qiymətlərlə bazara daxil olması da alıcıların kreditlə avtomobil almağa üstünlük verməsinə səbəb olur.

Digər tərəfdən, insanların əksəriyyətinin nağd alış-veriş üçün kifayət qədər vəsaiti olmaması və avtomobili daha tez əldə etmək istəyindən də bu trend yaranır. Satıcılar isə satışları artırmaq üçün kredit imkanlarını genişləndirirlər.

Banklar və ya satıcılar tərəfindən verilən kreditlər zamanı müştərinin gəlir səviyyəsi və kredit tarixçəsi diqqətlə qiymətləndirilir, bu da maliyyə sektorunda risklərin az olmasına gətirib çıxarır. Lakin vətəndaşların kredit götürməzdən əvvəl öz maliyyə imkanlarını diqqətlə qiymətləndirməsi, gələcəkdə problemlərin qarşısını almaq üçün vacibdir.

Kreditlə avtomobil almaq niyə bu qədər populyarlaşıb? Bu, real fürsətdirmi, yoxsa uzunmüddətli maliyyə riski?

Mövzu ilə bağlı iqtisadçı ekspert Xalid Kərimov Avtosfer.az-a açıqlamasında bildirib ki, bunun üç səbəbi var:


“Birincisi, yeni avtomobillər populyarlaşır. Bunun səbəbləri arasında dövlətin xüsusən elektrik və hibrit mühərrikli avtomobillərə, yeni avtomobillərə tətbiq etdiyi güzəştlər yer alır. Alıcılar arasında yeni avtomobillərə maraq daha çoxdur. Yeni gələn avtomobillər, xüsusən Şərqdən gətirilən avtomobillər əlverişli olur. İkinci əl bazarında isə kredit o qədər populyar deyil.

İkincisi, bu həmişə belə olub. İnsanların kreditlərə marağı müəyyən səbəblərlə bağlıdır. Onlar nağd almaq istəyirlər, amma əllərində kifayət qədər pul yoxdur və maşını tez əldə etmək istəyirlər. Satıcılar isə daha çox satış etmək məqsədilə kredit imkanları yaradırlar. Maşını kreditlə almaq real investisiya və ya fürsət kimi qəbul edilmir, bu, sadəcə maşının istəhlakı hesab olunur. Maşın investisiya olmadığı üçün real gəlir və qazancdan danışmaq mümkün deyil”.


Ekspert əlavələ olaraq qeyd edib ki, gələcəkdə vəziyyətin daha pis olacağı barədə düşüncə yoxdur:

“Uzunmüddətli maliyyə riski yaratmır, çünki maşın kreditləri adətən qısa müddətə verilir, uzunmüddətli olmur.

Üçüncüsü isə maşın kreditləri ya satıcı öz daxili imkanları ilə verir, ya da bank müştərinin gəlirinə və kredit tarixçəsinə baxaraq riskləri analiz edib kredit verir. Buna görə də sektor, xüsusilə maliyyə sektoru üçün risk minimaldır.

Vətəndaş da kredit götürərkən öz imkanlarını nəzərə almalıdır. Kredit götürməzdən əvvəl bütün bu aspektləri özü analiz etməli, narahatçılıq və problem yaşamamaq üçün diqqətli olmalıdır”.

Eltac Zülfüqaroğlu

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://avtosfer.az
archiveBu xəbər 23 İyun 2025 14:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see166

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see165

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see153

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see153

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see149

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see141

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see141

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see139

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see136

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see134

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see132

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see131

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see131

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see129

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see129

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see129

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri