Icma.az
close
up
RU
Qəza zamanı hansı hallarda Forma 4 arayışı tələb olunmur?

Qəza zamanı hansı hallarda Forma 4 arayışı tələb olunmur?

Azpost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Forma 4 arayışını hansı tərəf almalıdır?

“İcbari Sığortalar haqqında” Qanunun (Qanun) 17.1.4-cü maddəsinə əsasən icbari sığorta ödənişi sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları (hadisənin baş vermə vaxtı, yeri, hadisəsinin baş verməsində təqsirli olan və (və ya) zərərçəkən şəxs (şəxslər), həmçinin zərər dəymiş əmlak, zərərin xüsusiyyətləri) barədə səlahiyyətli orqanın təqdim etdiyi arayış əsasında həyata keçirilir. Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə bu arayış Forma 4 adlanır.

Qanunun 17.4-cü maddəsinə əsasən sığortaçı qeyd olunan arayışı almaq üçün səlahiyyətli orqana dərhal sorğu verməlidir. Səlahiyyətli orqanlar bu sorğuya əsasən sığorta hadisəsi ilə əlaqədar tələb olunan, yayılması “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan olunmayan istənilən məlumatı sorğunun daxil olduğu tarixdən etibarən 10 gün müddətində təqdim etməlidirlər.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin informasiya sisteminin İcbari Sığorta Bürosunun informasiya sistemi ilə inteqrasiyası nəticəsində Forma 4 arayışının elektron şəkildə də alınması mümkündür.

Forma 4 arayışı hansı hallarda tələb edilmir?

“İcbari Sığortalar haqqında” Qanunun 58.2-ci maddəsinə əsasən yol-nəqliyyat hadisəsi haqqında Forma 4 arayışı aşağıdakı şərtlərin hər birinin mövcud olduğu hallarda tələb olunmur:

Hadisə ikidən artıq olmayan avtonəqliyyat vasitəsinin iştirakı ilə baş verdikdə; Hadisənin baş verməsində təqsirli olan şəxsin müəyyən edilməsi üzrə tərəflər arasında mübahisə olmadıqda; Hadisə nəticəsində sağlamlığa zərər dəymədikdə; Hadisə nəticəsində dəymiş zərərin həcminin 1000 manatdan çox olmaması hadisə iştirakçıları və sığortaçı tərəfindən ağlabatan şəkildə ehtimal edildikdə.

Yuxarıda qeyd olunan şərtlərin hər birinin mövcud olduğu hallarda, hadisə iştirakçıları tərtib etdikləri və həmin şərtlərin mövcudluğunu təsdiq edən protokolu sığortaçıya təqdim etməlidirlər.

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:676
embedMənbə:https://azpost.info
archiveBu xəbər 24 Mart 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see497

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see386

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see381

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see273

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see262

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see259

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see255

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see250

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see243

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see234

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see231

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see227

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see221

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see220

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see208

Baxçalı Bakıya gəlir? AÇIQLAMA

01 Noyabr 2026 03:27see204

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see200

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see190

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see188

Bakıda mağazadan Makadamiya fındığını belə oğurladı

01 Noyabr 2026 09:29see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri