Qəzada həlak olan 4 nəfərin nəşi Vətənə gətirilir
Icma.az, Manset portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yaralanan 7 Azərbaycan vətəndaşı və həlak olan 4 nəfərin nəşini gətirən AZAL-ın təyyarəsi Aktau şəhərindən Bakıya yola düşüb.
Manset.az xəbər verir ki, təyyarə təxminən 50 dəqiqədən sonra Heydər Əliyev Beynəlxalq Aeroportunda eniş edəcək.
Qeyd edək ki, daha öncə “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yaralanan 7 Azərbaycan vətəndaşı ölkəyə gətirilib.
Yaralıları gətirən FHN-nin xüsusi təyyarəsi Bakının Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.
Qəzada xəsarət almış vətəndaşları təyyarədə xüsusi həkim briqadası müşayiət edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 26 Dekabr 2024 19:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















