Qəzadan sağ çıxmaq üçün avtomobildə bu sistem vaxtaşırı yoxlanmalıdır FOTO
Avtosfer saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Müasir avtomobillərdə sürücü və sərnişinlərin təhlükəsizliyini təmin edən hava yastığı sistemləri qəza anında həyati rol oynayır.
Avtosfer.az xəbər verir ki, bu sistemin nasazlığı barədə məlumat verən hava yastığı xəbərdarlıq işığı (airbag warning light) isə əsas göstəricilərdən biridir. Bəs bu işıq niyə yanır və nə zaman təhlükəyə işarə edir?
Hava yastığı işığı nədir?
Avtomobil işə düşdükdə bir neçə saniyə yanaraq yoxlamadan keçən bu işıq, sistemdə nasazlıq olmadığını göstərir. Lakin hava yastığı sistemi ilə bağlı hər hansı texniki problem yaranarsa, bu işıq davamlı şəkildə yanmağa başlayır və sürücünü xəbərdar edir.
İşığın daimi yanmasına səbəb ola biləcək hallar:
1) Hava yastığı sensor və yuvalarında təmas problemləri;
3) Sükan çarxı və hava yastığı arasında nasaz əlaqə;
4) Avtomobildə ümumi elektrik nasazlığı;
5) Təhlükəsizlik kəmərinin sensorlarında boş və ya zəif təmas;
6) Avtomobilin daha əvvəl qəza keçirməsi və hava yastığının açılması.
Xüsusilə ikinci əl avtomobillərdə bu işığın səbəbi, əvvəlki qəzadan sonra hava yastığı sisteminin düzgün bərpa olunmaması ola bilər.
Avtomobil işə düşərkən işığın qısa müddətli yanıb sönməsi normalır. Ancaq bu hal davamlı olarsa və avtomobili söndürüb yenidən işə salmaqla problem həll olunmursa, bu, daha ciddi texniki nasazlığa işarə edir. Belə hallarda avtomobil təcili olaraq mütəxəssis servisdə yoxlanılmalıdır.
Hava yastığı xəbərdarlıq işığının davamlı yanması təhlükəsizlik riski yaradır. Bu səbəbdən nasazlıq təxirə salınmadan aradan qaldırılmalıdır. Avtomobilinizi ən yaxın texniki servisdə yoxlatdırmaqla problemin dəqiq səbəbini müəyyən edib tez bir zamanda həll etdirə bilərsiniz.
Eltac Zülfüqaroğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:120
Bu xəbər 11 Aprel 2025 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















