Icma.az
close
up
RU
Qəzalı binaların sökülməsi ilə bağlı YENİ AÇIQLAMA Kompensasiya məbləği...

Qəzalı binaların sökülməsi ilə bağlı YENİ AÇIQLAMA Kompensasiya məbləği...

Baku.ws saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

"Söküntü mərhələli şəkildə həyata keçiriləcək və ilkin mərhələdə Bakının bir sıra rayonlarını əhatə edəcək. İlk olaraq Binəqədi, Nərimanov, Nəsimi, Pirallahı, Səbail və Yasamal rayonlarında qəzalı binaların sökülməsi nəzərdə tutulur".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.

Onun sözlərinə görə, növbəti mərhələlərdə isə proses tədricən paytaxtın bütün rayonlarını əhatə edəcək:

"Qeyd etmək lazımdır ki, Bakının demək olar ki, bütün ərazilərində qəzalı yaşayış binaları mövcuddur. Gələcəkdə bu proqram Sumqayıta və ölkənin digər şəhər və rayonlarına da şamil ediləcək.

Kompensasiya mexanizminə gəldikdə isə, hazırda iki əsas yanaşma mövcuddur. Birinci variantda müvafiq dövlət qurumları tərəfindən müəyyən edilmiş vahid qiymət tətbiq olunur. Məsələn, Yasamal rayonu üzrə artıq bir sıra hallarda kvadratmetr üçün 2700 manat məbləğində kompensasiya ödənişi həyata keçirilib. İkinci yanaşmada isə açıq müsabiqə yolu ilə seçilmiş müstəqil qiymətləndirici şirkətlər satınalma prosesi çərçivəsində əmlakın bazar dəyərini müəyyən edirlər.

Vacib məqam ondan ibarətdir ki, vahid kompensasiya məbləği mövcud deyil. Hər rayonun, hətta eyni rayon daxilində hər məhəllənin bazar dəyəri fərqlidir. Bu səbəbdən kompensasiya məbləği ərazinin real bazar qiymətinə uyğun hesablanmalıdır. Bizim təklifimiz ondan ibarətdir ki, kompensasiya sökülən binanın deyil, həmin binanın yerləşdiyi ərazidən bir kilometr radiusda olan yeni tikililərdə bir kvadratmetrin orta bazar dəyəri əsasında müəyyən edilsin".

AQC sədri əlavə edib ki, sözügedən layihə sadəcə söküntünü deyil, eyni zamanda Bakının tarixi və memarlıq simasının qorunması şərti ilə şəhərin kompleks şəkildə yenidən qurulmasını nəzərdə tutur:

"Layihə çərçivəsində nəqliyyat əlçatanlığının yaxşılaşdırılması, müasir infrastrukturun yaradılması və şəhər mühitinin keyfiyyətinin artırılması planlaşdırılır. Bu dəyişikliklərin nəticəsində Bakı daha müasir, Avropa paytaxtlarının standartlarına uyğun şəhər modelinə çevriləcək ki, bu da Azərbaycanın siyasi və iqtisadi mərkəzi statusuna tam uyğundur.

Kompensasiya məbləğləri ilə bağlı regionlar üzrə də təkliflər irəli sürülüb. Məsələn, Sumqayıt şəhərində kvadratmetr üçün 2000–2500 manat aralığında kompensasiya məbləğinin müəyyən edilməsi təklif olunur. Digər şəhər və rayonlarda isə qiymətləndirmə prosesi aparıldıqdan sonra konkret rəqəmlər müəyyən edilməlidir.

Qəti mövqeyimiz ondan ibarətdir ki, kompensasiya məbləğini investorun özü müəyyən etməməlidir. Çünki bu, bir çox hallarda vətəndaşlarla investor arasında qarşıdurmaya səbəb olur. Təcrübədə dəfələrlə müşahidə edilib ki, bu cür mübahisələr sonradan dövlət qurumlarına yönəlir. Məhz buna görə də Azərbaycan Respublikasının "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanununa uyğun olaraq kompensasiya məbləği yalnız müstəqil və akkreditə olunmuş qiymətləndirici təşkilatlar tərəfindən müəyyən edilməlidir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:218
embedMənbə:https://baku.ws
archiveBu xəbər 26 Yanvar 2026 12:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri