Icma.az
close
up
RU
Qəzalı binalarla bağlı mühüm məlumat: Hər kvadratmetr üçün...

Qəzalı binalarla bağlı mühüm məlumat: Hər kvadratmetr üçün...

Pravda.az saytına istinadən Icma.az xəbər verir.

Hökumət qəzalı vəziyyətdə olan binaların son statistikasını açıqlayıb. Nazirlər Kabinetinin 2024-cü il üzrə hesabatında əksini tapan məlumata görə, Bakı şəhəri üzrə 187 ünvanda yerləşən 6.1 min mənzil, Sumqayıt şəhəri üzrə 21 ünvanda yerləşən 464 mənzil və Gəncə şəhəri üzrə 11 ünvanda yerləşən 708 mənzil olmaqla, ümumilikdə qəzalı binalara dair 219 ünvan üzrə 7.3 min mənzillə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə təqdim edilmiş siyahılar təhlil edilib və məsələnin həlli üzrə aidiyyəti dövlət orqanlarının iştirakı ilə İşçi qrup yaradılıb. Bakı şəhəri üzrə 92 ünvanda inventarizasiya işləri başa çatdırılıb, digərləri üzrə isə bu işlər müxtəlif mərhələlərdə davam etdirilir. Bu istiqamətdə 2025-ci ilin dövlət büdcəsində 50 milyon manat vəsait nəzərdə tutulub. Oxu.Az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir. Millət vəkili Fazil Mustafanın sözlərinə görə, qəzalı binada yaşayan insanlar problemin həllini gözləyirlər: "Təkcə Sabunçu rayonu və Bakıxanov qəsəbəsində təqribən 209 qəzalı bina mövcuddur. Onlardan cəmi 47-nin qəzalı vəziyyətdə olduğunu təsdiq edən akt tərtib edilib. Vəsait olmadığı üçün digər binalarla bağlı belə akt tərtib edilməyib. Qəzalı vəziyyətdə olan iki və üç mərtəbəli 174 binanın sakinləri bu məsələyə əncam çəkilməsini gözləyirlər. Sabah hansısa hadisə baş verəndə sonradan peşmançılığını çəkməyək deyə, indidən bu problemin həlli istiqamətində ciddi fəaliyyət göstərməliyik. Məsələnin həlli sahibkarların bu işə cəlb olunmasıdır. Amma bu, stimullaşdırılmalıdır. Digər tərəfdən, hazırda qəzalı binaların sakinlərinə hər kvadratmetr üçün 1 300 manat verirlər. Üçotaqlı mənzildə yaşayan vətəndaş alacağı pulla gedib ev ala bilmir. Çünki ona verilən məbləğ 80-100 min manatdır, amma bazarda real qiymət 200 min manatdır".

Daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev hesab edir ki, ölkə ərazisində olan bütün qəzalı, xüsusən də istismar müddətini başa vurmuş binalarla bağlı monitorinq aparılmalıdır: "Daha sonra Fövqəladə Hallar Nazirliyinin Tikintiyə nəzarət şöbəsi onun qəzalı olub-olmadığını yoxlamalıdır. Qəzalı binalar mümkün qədər qısa vaxtda sökülməli və yaxud söküləcəyi günə qədər həmin binalarda təmir-bərpa işləri aparılmalıdır. Təbii ki, qısa müddətdə bütün qəzalı binaların sökülməsi və yenisi ilə əvəzlənməsi qeyri-mümkündür. Belə binalar dövlətin hansısa qurumu tərəfindən deyil, əsasən özəl şirkətlər tərəfindən sökülməlidir".

Mütəxəssis söküntü prosesinin yubanmasını müxtəlif səbəblərlə bağlayır. Onun fikrincə, özəl sektorun dəstəyi olmadan dövlət bu işin öhdəsindən gələ bilməz: "Daha hündür binaların sökülməsi şirkətlərə sərf etmədiyi üçün bu, hələ ki mümkün deyil. Düşünürəm ki, o binaların sökülməsi daha uzun müddət çəkəcək. Çünki binaları sökənlər özəl şirkətlər olduğuna görə, onlar daha çox azmərtəbəli binalarda bu işlərə başlayırlar ki, orada yaşayan sakinləri tikdikləri binalarda evlə təmin edə və çəkdikləri xərcləri satdıqları mənzillərdən çıxara bilsinlər. Doqquzmərtəbəli binaların bu şərtlərlə sökülməsi tikinti şirkətlərinə sərf etmir. Bu baxımdan, ən yaxşısı tikinti şirkətləri üçün müəyyən güzəştlərin tətbiq olunmasıdır. Çünki bu gün tikinti şirkətlərinin qarşısında əngəllər mövcuddur. Bu əngəllər aradan qaldırılmalıdır ki, işlər yubanmasın, tikinti şirkətləri söküntüdə maraqlı olsunlar. Həmin şirkətlərə vergi güzəştləri, icazələrin alınmasında müəyyən imtiyazlar verilə bilər".

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc isə bildirib ki, artıq istismarı mümkün olmayan binaların söküntü prosesinə start verilib: "Bu istiqamətdə aidiyyəti qurumlar tərəfindən müvafiq addımlar atılır. Həmin binalardakı mənzillər qiymətləndirilir, vətəndaşlara kompensasiyalar ayrılır və ya müvafiq ərazilərdə mənzillər təklif olunur. Təbii ki, mövcud problemin həllinə birdən-birə nail olmaq qeyri-mümkündür. Bununla bağlı 2025-ci ilin büdcəsindən ilkin olaraq 50 milyon manatın ayrılması nəzərdə tutulub. Bu o deməkdir ki, hökumət problemin həllində iradə ortaya qoyub və prosesin davamlı olacağı bildirilir".

V.Oruc onu da vurğulayır ki, hazırda yaşayış fondunun təxminən 10-15 faizi yararsız vəziyyətdədir: "İlkin olaraq 1-2 mərtəbəli yararsız binalar söküləcək və onların yerinə yeniləri tikiləcək. Düşünürəm ki, bu situasiya ölkənin daşınmaz əmlak bazarına da müsbət təsir göstərəcək".

Əmlak məsələləri üzrə ekspert Elnur Azadov bildirir ki, bu, həm ölkə iqtisadiyyatı, həm də vətəndaşlar üçün mühüm məsələdir: "Çünki son yüz ildə Bakıda inşa olunan yaşayış fondu köhnəlib. Həmin binalar kütləvi şəkildə yenilənməlidir. Amma nə hökumətin, nə də özəl sektorun 16 minə yaxın köhnəlmiş yaşayış fondunu bərpa etməyə resursu yoxdur. Məsələn, paytaxtın birinci mikrorayonunda sakinlər uzun illərdir ki, təhlükəli binalarda yaşayırlar. Nazirlər Kabineti hələ 2017-ci ildə sakinlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə müvafiq qərar verib. Qərarın verilməsindən səkkiz il keçməsinə baxmayaraq, ərazidə heç bir iş görülməyib. Halbuki orada cəmi 40 bina, 1 800-ə yaxın mənzil var. Bu işin həyata keçirilməsi üçün azı 50 il vaxt lazımdır. Hazırda dövlət üçün əsas prioritet 30 il işğal altında qalmış Qarabağın yenidən qurulmasıdır".

Ekspert işlərin yubanmasının əsas səbəblərindən birini inşaat normativlərinin sərtləşdirilməsində görür: "Bu məsələ tikinti şirkətlərinin üzərinə düşür. Amma 2018-ci ildən sonra inşaat normativləri dəyişib. İnşaat həcmi iki dəfə azalıb. İnşaat şirkətlərinə çoxmənzilli binanı sökərək yeni yaşayış kompleksi tikmək sərf etmir. Ölkədə yüzə yaxın tikinti şirkəti var. Onlardan cəmi 3-5-nin maliyyə imkanları mövcuddur. Tikinti şirkətləri son beş ilə yaxındır ki, sərəncamlar əldə edə bilmirlər. Resursları məhduddur. Bu baxımdan tikinti şirkətlərinin inkişafı üçün müvafiq şərait yaratmaq lazımdır. Bizdə tam əksi baş verir. İnşaat normativləri o qədər sərtləşib ki, tikinti şirkətləri işləyə bilmirlər ".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:24
embedMənbə:https://pravda.az
archiveBu xəbər 04 May 2025 20:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kişi qadın münasibətində balansı necə qorumaq olar?

03 May 2025 06:35see206

Şəmkirdə Prado Kamaz la toqquşdu

03 May 2025 12:42see187

Ukrayna məktəbləri dövlət dilində ünsiyyətin yoxlanılmasına başlayır

03 May 2025 19:09see155

Naxçıvan şəhərinə dolu yağıb FOTO

04 May 2025 00:18see147

Sumqayıtda yaşlı qadını yük maşını vurdu

03 May 2025 12:28see140

Tibbi sosial aksiya keçiriləcək

03 May 2025 09:01see135

Bala bayquşlar niyə körpələr kimi yatır?

04 May 2025 04:19see135

“Euronews” kütləvi məzarlıqlar mövzusunu işıqlandırıb

03 May 2025 15:14see132

Təkcə çips və qazlı içkilər deyil: Faydalı kimi təqdim edilən zərərli DÖRD MƏHSUL

03 May 2025 02:33see131

Zəlzələdə çökmə riski olan binalar Belə binalar hansı ərazilərdə tikilib? + VİDEO

03 May 2025 12:04see128

Zaxarova bu məsələyə aydınlıq gətirdi

03 May 2025 15:55see128

Keçmiş baş nazirə 34 il həbs cəzası

03 May 2025 17:10see125

Bakıda bu ərazilərdə 10 yeni metro stansiya tikiləcək RƏSMİ

03 May 2025 15:46see123

Hər bir cəmiyyətin təməl daşlarından biri...

03 May 2025 10:29see120

Premyer Liqa: XXXIII tura iki oyunla yekun VURULACAQ

04 May 2025 09:14see120

Birol Akgün: 1926 cı il qurultayının 100 illiyini Türk dünyasının ortaq əlifbası ilə qeyd etməyi səbirsizliklə gözləyirik

03 May 2025 18:47see118

Ata balasına kömək üçün yalvarır: Qızımın gözündən 1 damcı yaş töküləndə mənim gözümdən sel axır

03 May 2025 18:36see115

“Araz Naxçıvan” tilsimi qıracaqmı?

03 May 2025 12:29see115

Ordubadda yağış fəsadlara səbəb olub FOTOLENT

04 May 2025 19:00see114

Sumqayıt ın Qarabağ sınağı Heyətlər

04 May 2025 16:53see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri