Qəzalı körpünün yerində yenisinin inşasına başlanıldı Video
Icma.az, Qafqazinfo saytına istinadən bildirir.
Quba-Qonaqkənd-Muçu avtomobil yolunun 7-ci kilometrliyində, Qaraçay çayı üzərində yerləşən, qəzalı vəziyyətə düşmüş 101 metr uzunluğa malik mövcud körpüyə alternativ olaraq yeni avtomobil körpüsünün tikintisinə başlanılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, yeni körpü 100 metr uzunluğunda, 12 metr enində və 3 aşırımlı olmaqla inşa olunur.
Xatırladaq ki, sel suları nəticəsində mövcud körpünün 4 nömrəli dayağında şaquli oxdan çıxaraq əyilmə müşahidə olunub. Bu səbəbdən də körpü ilə nəqliyyatın hərəkəti dayandırılıb. Daha sonra isə bərpa işləri aparılaraq körpü müvəqqəti olaraq istifadəyə verilib.






Qəzalı körpünün söküntüsünə başlanıldı Ərazidən ən son görüntülər
20 Dekabr 2024 15:07
Qəzalı körpünün aqibəti necə olacaq?
12 Fevral 2025 17:51
Qubada qəzalı körpünün bərpasına başlanılıb
24 Aprel 2025 15:31
Qaraçay çayı üzərində yeni körpünün inşasına başlanıldı KONKRET
13 May 2025 15:21
Selin qəzalı vəziyyətə saldığı körpünün bərpasına başlanılıb FOTO
29 Aprel 2025 18:17

