“Qəzanı araşdırmaq üçün Azərbaycan hökuməti ilə əməkdaşlıq edirik” Qazaxıstan Hökumət Komissiyası
Azpost portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Qazaxıstan hökuməti qəzanın səbəbləri ilə bağlı hərtərəfli araşdırma aparmaq və prioritet yardım göstərmək üçün Azərbaycan hökuməti ilə əməkdaşlıq edir”.
Azpost.info xəbər verir ki, bu barədə Qazaxıstan hökuməti məlumat yayıb.
Qazaxıstan Nazirlər Kabinetinin qərarı ilə AZAL-a məxsus Embraer 190 təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğramasının səbəblərini araşdırmaq üçün Hökumət Komissiyası yaradılıb. Müvafiq qərarı baş nazir Oljas Bektenov imzalayıb.
Komissiyaya Baş nazirin müavini, fövqəladə hallar, nəqliyyat, xarici işlər, daxili işlər, əmək və əhalinin sosial müdafiəsi, səhiyyə nazirliklərinin rəhbərliyi və baş nəqliyyat prokuroru daxildir. Dərhal hadisə yerinə uçmaq, təyyarənin qəzaya uğramasının səbəblərinin hərtərəfli araşdırılmasını təmin etmək, həlak olanların və yaralananların ailələrinə ilk növbədə yardımın göstərilməsi üçün tədbirlər görmək tapşırılıb.
Azpost.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:139
Bu xəbər 25 Dekabr 2024 12:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















