Qəzaya düşən sürücü Qusar xəstəxanasında ölüb
Icma.az bildirir, Apa.az portalına istinadən.
Quba şəhəri, Vaqif küçəsində avtoqəzada ağır xəsarətlər alan sürücü Qusar Rayon Mərkəzi Xəstəxanasında ölüb.
APA xəbər verir ki, 3 gün öncə Quba şəhərində minik avtomobillərinin toqquşması nəticəsində Quba rayonunun Küpçal kənd sakini, 23 yaşlı Teymur Quliyev ağır xəsarətlər alıb.
O, öncə Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılıb, vəziyyəti ağır olduğundan ilkin tibbi yardımdan sonra Qusar Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Müvafiq tibbi yardım göstərilsə də, T.Quliyevi həyatda saxlamaq mümkün olmayıb. O, müalicə aldığı Travmatologiya Şöbəsində vəfat edib.
Faktla bağlı araşdırma aparılır.

Qəzaya düşən sürücü Qusar xəstəxanasında ölüb
10 Dekabr 2024 22:59
Qəzaya uğrayan sürücü Qusar xəstəxanasında ölüb
11 Dekabr 2024 03:30
Qəzaya düşən sürücü xəstəxanada ölüb
10 Dekabr 2024 23:24
İki gün öncə qəzaya düşən sürücü ölüb
11 Dekabr 2024 12:46
Lənkəranda qəzaya düşən xəstə ölüb
12 Dekabr 2024 16:37

