Qəzaya uğrayan təyyarənin bələdçisi: Oksigen balonu partlasaydı, sağ qala bilməzdik
Icma.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.
"Birinci zərbədən sonra oksigen maskaları açıldı və biz sərnişinlərə müraciət etmək istəyərkən ikinci zərbə baş verdi".
Oxu.Az xəbər verir ki, bu barədə "XəzərXəbər"ə Aktauda qəzaya uğrayan AZAL-a məxsus sərnişin təyyarəsinin bələdçisi Aydan Rəhimli açıqlama verib.
O bildirib ki, ikinci zərbə zamanı digər təyyarə bələdçisi Zülfüqar Əsadov sol qolundan xəsarət alıb:
"Mən ona kömək etməyə çalışdım. Biz təyyarənin arxa hissəsinə getdik və orda bələdçilər üçün təyin olunmuş yerdə əyləşdik və oksigen maskalarını taxdıq. Ona ilkin yardım göstərdim".
A.Rəhimli qeyd edib ki, təyyarənin baş bələdçisi Hökumə Əliyeva ona zəng edib və daim əlaqədə olublar:
"Qəlpələr təyyarənin içinə daxil olmuşdu. Oksigen balonunun partlaması düzgün məlumat deyil. Oksigen balonu partlasaydı, biz sağ qala bilməzdik".
Ətraflı süjetdə:
Qəzaya uğrayan təyyarənin bələdçisi: "Oksigen balonu partlasaydı, sağ qala bilməzdik"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:77
Bu xəbər 27 Dekabr 2024 16:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















